Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi — Azərbaycan Respublikası Prezidentinin mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamına əsasən yaradılmış mərkəzi icra hakimiyyəti orqanı.
Tarixi 20 aprel 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi olaraq yaradılıb.
2018-ci il aprelin 24-də "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən Fuad Hümbət oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri təyin olunub.
4 mart 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev agentliyin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilməsilə bağlı sərəncam imzalayıb.
30 iyul 2025-ci ildə Hesablama Palatası Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlayıb.
9 dekabr 2025-ci ildə İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açılışı olub.
İstinadlar
Həmçinin bax Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Turizm Assosiasiyası Mingəçevir Turizm Kolleci
Xarici keçidlər
Kateqoriya:20 apreldə yarananlar Kateqoriya:2018-ci ildə Azərbaycanda yarananlar
Kateqoriya:Turist təşkilatları