Andre Mari Amper (; ) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur.

Fəaliyyəti thumb|right|Amper və oğlunun məzarı Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır. Bu illər ərzində Amper öz sahəsində bir sıra tədqiqatlar aparmışdır. Ehtimal nəzəriyyəsi, variasiya hesabının mexanika məsələlərinə tətbiqi və riyazi analizə aid bir sıra işləri nəşr edilmişdir. Fizika sahəsindəki işləri onu öz zamənəsinin ən böyük alimləri sırasına çıxarmışdır.

H.K.Ersted elektrik cərəyanın maqnit əqrəbinə təsirini kəşf etdikdən sonra, Amper 1820-ci ildə maqnit əqrəbin əyilmə istiqamətini təyin etmək üçün qayda təklif etmişdir. Sonra, Amper cərəyan keçən iki naqilin bir-biri ilə qarşılıqlı mexaniki təsirini kəşf etmiş, bu qarşılıqlı təsirin qanununu (Amper qanunu) və ilk dəfə maqnetizm nəzəriyyəsini yaratmışdır. Həmin nəzəriyyəyə görə maddənin maqnit xassələri onun hissəciklərindəki elektrik cərəyanları ilə təyin olunur. Amper öz fikirlərini Yalnız təcrübə yolu ilə əldə edilmiş elektrodinamik hadisələr nəzəriyyəsi əsərində çap etmişdir. Amper digər önəmli əsəri olan Elmlərin fəlsəfəsi təcrübələri əsərini 1834-cü ildə çap etdirmişdir.

Mənbə

Hofmann, James R. (1996). André-Marie Ampère. Cambridge University Press Azərbaycan Milli Ensiklopediyası səh 452. ampere.cnrs.fr Revue des deux mondes, Tome neuvième ⇾Biographie d'Ampère lccn

Həmçinin bax Amper Amper qanunu

Xarici keçidlər

Kateqoriya:Fransa fizikləri Kateqoriya:Fransa riyaziyyatçıları Kateqoriya:1775-ci ildə doğulanlar Kateqoriya:1836-cı ildə vəfat edənlər Kateqoriya:Eyfel qülləsində adı yazılmış şəxslər Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:De Frans Kollecinin müəllimləri Kateqoriya:Alimlər Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:Elektrostatika