Urartular (, , ) — Qərbi Asiyada, Ermənistan yaylasının (indiki Ermənistan, Türkiyənin şərqi, İranın şimal-qərbi və Azərbaycanın Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşən qədim dövlət. E.ə. I minilliyin birinci rübündə Qərbi Asiya dövlətləri arasında dominant mövqe tutmuşdur.
Erkən dövr Assurlar bu ölkəni Urartu, urartular isə öz ölkəsini Biaynili adlandırdılar. Urartu Şərqi Anadoluda (Türkiyə) Van gölü yanında meydana gəlmiş dövlət idi. E.ə XIII–X əsrlərdə gələcək Urartu ərazisində tayfa ittifaqları yaranmışdı. Şərqi Anadoluda, Van Gölü ətrafında, Cənubi Qafqaz və Şimal-Qərbi İranın bəzi bölgələrini əhatə edən geniş bir coğrafi ərazidə mədəniyyətin təmsilçiləri olan Urartular, e.ə 13-cü əsrdən bəri Aşşur mənbələrində xatırlanırCeylan, A., Ceylan, N. İran Coğrafyasında Urartular. Kafdağı. Erzurum: Güneş Vakfı: 11–35, 2016. Aşşur kralı I Salmanasar səltənətinin ilk dövrlərində Uruatri ölkəsinin ona qarşı çıxdığını və bu ölkəyə yürüş etdiyini belə anladmışdır : . Aşşur mənbələrində ilk olaraq Urartular Uruatri, daha sonra I Tukulti-Ninurta dövründən kitabələrdə Nairi qəbilə ittifaqı kimi xatırlanırlar. I Tukulti-Ninurtanın Aşurdakı saray kitabəsindəki Nairi ölkəsinin 43 kralının Aşşura qarşı gəldiyini və onlar əsir edilərək zincirlənmiş şəkildə Aşşura gətirildiyi söylənmişdir. Bu kralın kitabəsində Nairi və Yuxarı Dəniz sahillərində 40 kralın adı çəkilir. I Tukulti-Ninurtanın "bütün Nairi ölkələrinin kralı" unvanını qəbul etməsi bu ölkənin siyasi əhəmiyyətini göstərir. Urartu adı bir dövlət olaraq e.ə IX əsrdə Aşşur mixi kitabələrində yad edilir. Aşşur hökmdarı II Aşşurnasirapal (e.ə 883–858) Urartu ölkəsinə yürüş etmişdi. Urartu hökmdarı Aramu (e.ə 864–845) güclü müqavimət göstərmişdi. Mənbələrdən aydın olduğu kimi, III Salmanasar Suriyadakı səfərindən qayıtdıqdan sonra yenidən Urartuya hücum etdi. Qara Nimrud obeliskindəki Aşşur ordusunun marşrut xətti belə təsvir edilmişdir: III Salmanasarın hakimiyyətinin 3. ilinə aid bir kitabədə isə Aşşur kralının Urartu kralı Aramunun krali şəhəri olan Arzaşku və ətrafındakı şəhərləri fəth etməsindən, Aramunun əlçatmaz dağın zirvəsinə çıxmasından bəhs edilirTarhan, M. T. "Urartu devleti’nin "kuruluş" evresi ve kurucu krallardan "Lutipri=Lapturi" hakkında yeni görüşler,(1 levha ile birlikte)", Anadolu Araştırmaları. 2011, 8, səh 69–114.Salvini, M. Urartu Tarihi ve Kulturu (Cev: Belgin Aksoy), İstanbul: Arkeoloji ve Sanat Yayınları. 2006, səh 31–36Luckenbill, D. D. Ancient Records of Assyria and Babylonia, I: Historical Records of Assyria from the Earliest Times to Sargon. Chicago. 1926 № 604. Bu hadisələr III Salmanasarın 856-cı ilə aid kitabəsində belə təsvir edilmişdir:
Daha sonra, Aşşur kralının Aşşurun dəhşətli silahının Nairi ölkəsinin dənizinə çatdığı və qurban verməsindən, Gilzanda Nairi qələbəsini anmaq üçün bir stel ucaltdığı xatırlanır. III Salmanassarın 15-ci səltənət ilinə aid kitabədə isə Aramunun məğlub olması və şəhərlərin talan edildiyi yazılmışdır. III Salmanasarın mənbələrindəki məlumatlar Urartu Dövlətinin vahid bir dövlət halına gəldiyini, Aşşur mənbələri Urartu və Nairi ölkəsində III Salmanasarın taxta çıxmasından əvvəl əhəmiyyətli dəyişikliklərin olduğunu göstərir. Aşşur mənbələrindən aydın olduğu kimi Aramu birləşmiş Urartu dövlətinin kralı olmuşdur. Ancaq Aşşur kralı e.ə. 832-ci ildə 4-cü Urartu səfərində yeni bir kraldan I Sarduridən bəhs etmişdir. Ancaq Madır Bürcündəki kitabə Aramunun I Sardurinin atası olmadığını sübut edirМеликишвили Г.А. Наири-Урарту. — Тбилиси: Издательство Академии Наук Грузинской ССР, 1954. — 446 с. — 1000 экз.. Melikişviliyə görə, səltənət Aramudan I Sarduriyə keçərkən sülalə dəyişikliyi olmuşdur. B. B. Piotrovski Nairi Ölkəsinin cənubunda Cənub-Şərqi Anadolu Toros dağlarından şimalda Qara dəniz sahillərinə qədər ərazini əhatə etdiyini, e.ə 9-cu əsrin birinci yarısında Aşşur yazılı mənbələrində xatırlanan "Urartu" sözünün "Nairi" sözü ilə eyni mənada istifadə olunduğunu söyləmişdir. Onun fikrinə görə, Aşşurların sərhəd bölgələrində Urartu kralı Aramu və Sarduri ilə müharibələri Urartu dövlətinin inkişafı ilə nəticələndi. Urartu dövləti I Sarduri və onun davamçıları İşpuini və Menua zamanında Ön Asiyanın ən qudrətli dövlətinə çevrilmişdir. Urartu dövləti bölgənin super gücü nə çevrildikdən sonra sərhədlərini genişləndirmə siyasətini davam etdirmiş, Urartu kralları müxtəlif bölgələrə hərbi səfərlər təşkil etmişlərdir. Bu səfərlər sırasında isə Urartunun qudrəti daha da artmış və uzun zaman Ön Asyanın ən güclü dövləti kimi səltənətini davam etdirmişdir.
Yaranması və yüksəlişi
I Sarduri və İşpuininin dövrü E.ə 833-cü ildə III Salmanasar Urartuya qarşı yeni bir yürüş təşkil etdi. Ancaq güclənmiş Urartu dövlətinə bata bilmədi. I Sardurinin dövründə Urartu vahid şəkildə birləşdi. Belə ki, o Nairi ölkələrini öz siyasi təsir dairəsinə salmışdır.Assur mixi kitabələrində I Sardurinin bu qələbəsinə görə o,"Nairi hökmdarı" adlandırılırdı. I Sardurinin vəfatından(e.ə 825) sonra hakimiyyətə gəlmiş onun oğlu İşpuininin(e.ə 825–810) dövründə Urartunun ərazisi genişləndi. O,Araz çayı vadisində yaşayan tayfalara qarşı çıxış etdi. Bu tayfalar Etuini (Zaqafqaziyada) ölkəsinin hökmdarlarının köməyinə arxalanırdılar. İşpuini şimalda öz sərhədlərini möhkəmləndirmək üçün oraya böyük hərbi qüvvə göndərdi. Şərq istiqamətində Urartu Urmiya gölünə çatan ərazini ələ keçirmək tədbirləri həyata keçirirdi. İşpuini Urmiya gölünün cənub-qərbində Mannanın Meişta vilayətini tutdu, buradan o,cənuba hərəkət edərək Barşua (ass. Parsua) ölkəsinin bir sıra şəhərlərini işğal etdi. Buradan minlərlə mal-qara,at və s.qənimət apardı. Beləliklə e.ə IX əsrin II yarısında Assuriyanın şimalında Van gölü regionunda güclü Urartu dövləti yaranmışdı.
Menua və I Argiştinin dövrü İşpuininin oğlu Menuanın(e.ə 810-781) dövründə Urartu Ön Asiyanın qüdrətli dövlətinə çevrilmişdi.Menuanın hərbi yürüşləri əsasən 3 istiqamətdə yönəlmişdi. Zaqafqaziya və Mannadan başqa o,qərbdə Suriya ərazisinə kimi gəlib çıxmışdı. Menua Araz çayı sahilində indiki(az.Ağrıdağ) Araratdağı sahəsindəki ərazini tutmuşdu. Urartu kralı Menuanın dövründə İğdır bölgəsinə hərbi səfərlər təşkil edildi və məhsuldar Iğdır torpaqlarında yerləşdi. Menua, bölgədəki ələ keçirilmiş torpaqları qorumaq üçün Arazın sağ sahilindəki işğal olunmuş ərazilərdə Menuahinili qalasını tikdirmişdi. B. Piotrovskinin fikrincə Menuahinili qalası Luhiuni şəhərinin yerində inşa edilmişdir. Ancaq Şərqi Anadoluda aparılan araşdırmalar zamanı Menuahinilinin Qaraqoyunlu qalası olduğu təsbit olunmuşdurCeylan, A., Özgül, O. Eskiçağ’da Iğdır Kaleleri. Erzurum: Atatürk Universitesi Yayınları 2018, 192 səh.. Quru divar texnikası ilə tikilən müdafiə obyektlərinin memarlıq xüsusiyyətləri, qalanın Kral Menua dövründə inşa edildiyini sübut edir. Bu qalanın inşası haqqında məlumat Başbulaq kitabəsində verilmişdir. Başbulaq kitabəsində Menuahinilinin inşası belə təsvir edilmişdir: Urartuların Cənubi Qafqazdakı genişləndirmə siyasəti zamanı Kral Menua bu qaladan mərkəz kimi istifadə etdi. Bu qala Urartuların Cənubi Qafqazda genişlənmə siyasəti üçün mühüm bir yerə sahib idi. Kitabələrdən aydın olur ki, Menua və oğlu Argişti dövründə Urartuların hakimiyyəti Iğdırda və ətrafında daha da gücləndi. Iğdır düzənlikləri Urartuların şimal səfərləri üçün çox vacib bir mövqeyə malik idi. Çünki bu bölgədə üstünlük olmadan Urartular Araz vadisinin şimalındakı torpaqlara nəzarət edə bilməzdilər. Tədqiqatçıların fikrincə, İğdır/Erikua bölgəsini Urartular Cənubi Qafqaz səfərlərində hərbi mərkəz olaraq istifadə etmişlərdirÖzgül O., Morkoç, A. "Urartu Devleti İçin Iğdır’ın Yeri ve Önemi", II İnternational Iğdır Sympozium, 9–11 October 2017. Iğdır: 255–271. 2018Özgül, O., Üngör, İ. "Erikua’da Stratejik Bir UrartuMerkezi: Kasımıntığı Kalesi", Kafkasya Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 2016 17, 225–240.. Bu zaman Zaqafqaziyanın cənub-qərbində yaranmış Diauhi (ass.Dayeni,yun.Taox) tayfalarının güclü siyası birləşməsi yaranmışdı.Diauhi ölkəsi üstündə Assuriya ilə Urartu arasında mübarizə gedirdi.Menua Diauhilərin ərazisini işğal etdi.Diauhi Urartulara xərac verməyə məcbur oldu. Cənubda Assuriya sərhədləri təhlükə altına alınmışdı,cənub-şərqdə Manna Urartu işğallarına məruz qalırdı. Van gölünün xeyli cənubunda yerləşən Kumenu (ass. Kuman) şəhərindən tutmuş Assuriya sərhədlərinə çatan ərazi işğal olunmuş,Hatti (Şimali Suriya) və Alzi (indiki Malatya regionu) ölkələrində Assuriya hakimiyyəti ləğv edilmişdi. Menua Mannaya(urart. Mana) soxuldu, ölkəni taladı və yandırdı. Mannaya yürüşü zamanı Meişta (ass. Mesa/Mesi) şəhərini tutdu və oradan Mannanın dərinliyinə soxuldu. O Urmiya gölünün cənub-şərqinə gəlib çatdı. Burada indiki Taş-Təpə adlanan yerdə Menua öz yazılı abidəsini qoydurdu.Menuanın oğlu I Argişti (e.ə 781-760) atasının xarici siyasətini davam etdirdi. Argişti Etiuni ölkəsinə daxil oldu, bir sıra vilayətləri(Uluani,Darani,Luşa,Eriahi,Katarza,İşkiqulu,Kihuni,Aliştu) zəbt etdi. O, burada Erebuni (indiki Qanlı-Təpə) və Argiştihinili (indiki Armavir) qalalarını tikdirdi, bu ölkənin bir hissəsini isə Udiri-Etiuni adlandırdı. Menuanın oğlu Argiştinin İrəvan şəhərindən 15 km şimalda tapılan kitabəsində, Etiuni ölkəsinə səfərdən bəhs olunması da bu ölkənin Naxçıvan ətrafında yerləşdiyini sübut edir. Digər Urartu kralı II Argiştinin (e.ə. 714–680) Sisianda aşkarlanmış kitabəsində belə deyilir: Menua oğlu Argiştinin Sarıqamış və Surp Sohakda tapılan kitabəsində Etiuni ölkesinə edilən səfərdən də bəhs edilir.Ceylan, A., Günaşdı, Y. Erzurumun Eskiçağ Kaleleri. Erzurum, 2018, s95–96.Ceylan, A., Ceylan, N. Doğunun Sönmeyen Yıldızı Akçakale ve Çıldır araştırmaları. Erzurum, 2018. 256 s Urartular Etiuni tayfalarının şimalda, Gökçe gölü ətrafında yerləşdiyini xatırlasalar da, bu tayfaların Naxçıvanın qonşuluğunda məskunlaşan böyük bir tayfa birliyinə çevrildiyini söyləməliyik. I Argişti Qərbdə Fərat çayını keçib,Hatti ölkəsinə çatdı. Burada Assuriya qoşunlarını məğlub etdi. E.ə 779 ,774-cü illərdə o Mannaya basqınlar etdi.Mannanın Buştu,İrkuini,Aşkaya,Uqiştini vilayətlərini tutdu, buradakı Aleteye(türk. Alatey,Altay,Alatau) ölkəsini dağıdıb yandırmış, kişi və qadınları, at və mal- qaranı, hətta dəvələri qənimət kimi aparmışdı. Mannaya sonuncu yürüşü I Argişti belə təsvir edir: thumb|253x253px|I Argiştinin (e.ə 781–760) abidəsi. İrəvan .Ermənistan
Assuriya ilə mübarizə left|thumb|104x104px|Urartu hökmdarı II Sarduri (e.ə 760–730)
II Sarduri və I Rusanın dövrü
II Sardurinin dövrü(E.ə 760-730) I Argiştinin oğlu II Sarduri hakimiyyətə gələn zaman Urartunun çiçəklənməsini təmin edən beynəlxalq şərait hələ dəyişməmişdi. Assuriya siyasi böhrandan çıxmamışdı. Buna baxmayaraq II Sarduri bütün istiqamətlərdə müharibələr aparmalı olurdu. II Sardurinin şimal yürüşləri daha uğurlu keçirdi. II Sarduri Ağrıdağ vadisindəki üsyanlarla əlaqədar olar Göyçə gölünün qərb sahilinə doğru yürüşlər təşkil etdi. Bu yürüş nəticəsində o, Urartuya təxminən 60000 hərbi əsir gətirdi. II Sarduri həmçinin Assurilər ilə də toqquşmalı olurdu. Döyüşlərin birində V Aşşurnirari (e.ə 754–745) üzərində qələbə çaldı. O, Urartunun siyasi təsirini cənubda Dəməşqə kimi yaya bildi.Qərbdə Şupria(Subar bəyliyi) ölkəsini Urartuya tabe etdi. II Sarduri həmçinin Mannaya da yürüş təşkil etdi. II Sarduri salnaməsində qeyd edir: