Ağalar Bəhman oğlu Abdullayev () — Azərbaycan rəssamı.
Həyatı 1944-cü ilə qədər Bakı incəsənət kollecində təhsil almışdır. 1948-1954-cü illərdə V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunda (MDAİİ) təhsil almış, rəssamın müəllimi V.P Yefanov idi. MDAİİ-ni bitirdikdən sonra çəkdiyi "Tətildə ilk səhər" Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
Xüsusən portret janrında əsərlər çəkmişdir. 200px|thumb|Ağalar Abdullayev. "Qatarı gözləyərkən" 1945-ci ildə Bakıda keçirilmiş respublika sənət sərgisində Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş "Qəhrəmanlıq hekayəsi" adlı bir sıra əsərləri uğurla təqdim etmişdir.
1945-ci ildən bəri sərgilərdə iştirak etmişdir.
Rəssamın incə və lirik qabiliyyəti onun "Görüş", "Çoban ailəsi", "Dağlıq yerdə kolxoz",və s. əsərlərində görünür.
Böyük Vətən müharibəsi mövzusunda "Qəhrəman ömrü" (1944) mövzusunda bir sıra çəkilişlərin müəllifidir.
1957-ci ildə "Qoyunların kəsilməsi", "Çoban ailəsi" (1957-ci ildən bu rəsm Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır) "Qatarı gözləyərkən" (1958-1959), "Hündür dağda kolxoz", "Kolxozda uşaq bağçası" və s. əsərlər çəkmişdir.
1957-ci ildə Hindistana səfər etmişdir.
Həmçinin bax
Azərbaycan rəssamlarının siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycan rəssamları