Əhməd Tofiq Paşa () — II Əbdülhəmid, V Mehmed Rəşad və VI Mehmed Vahidəddinin səltənətlərində 3 dəfə — ümumilikdə 2 il 4 ay 29 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı, Osmanlı imperiyasının sonuncu sədrəzəmi. 1934 tarixli Soyad qanunu ilə Oktay soyadı almışdır.

Həyatı

İlk illəri 10 fevral 1845-ci ildə Üsküdarda dünyaya gəldi.İzahlı Osmanlı Tarihi Kronolojisi, Osmanlı Devlet Erkânı, Türkiye Yay., İstanbul 1971, s. 98İnal, İbnülemin Mahmut Kemal, Osmanlı Devrinde Son Sadrazamlar, C. I–IV, MEB. Yay., İstanbul 1953 Atası Gəraylar sülaləsinə mənsub olan və Osmanlı ordusunda fərqli vəzifələrdə çalışan ferik İsmayıl Haqqı PaşaBayur, Y. Hikmet, Türk İnkılâp Tarihi, C. I–II, Maarif Matbaası, İstanbul 1940Okday, İsmail Hakkı, Yanya’dan Ankara’ya, Sebil Yay., İstanbul 1975, anası isə Diyarbəkirin yerli zadəganlarından əslən kürd olan Hacı Süleyman Şaban ağanın qızı Ayşə Gülşinas Banu xanımdır. Hələ bir neçə aylıq körpə ikən anası vəfat etdi və Əhməd Tofiq qardaşları Nuri və Əli Rüfətlə birlikdə bibisinin himayəsində böyüdüldü.Öztuna, Yılmaz, Devletler ve Hanedanlar, C. I–II, Kültür Bakanlığı Yay., Ankara 1969 Bibisinin himayəsində türkcə, ərəbcə, farsca və fransızca dərsləri aldı.Başbakanlık Osmanlı Arşivi (BOA). Dahiliye Nezareti Sicil-i Ahval İdaresi Defterleri (DH. SAİD) d 2/1008 Ardından İstanbul Topqapı səmtindəki sübyan məktəbində təhsil almağa başlayan Əhməd Tofiq ardından atasının vəzifəsi səbəbilə təhsilinə Vidində davam etdi. Ardından 1858-ci ilin sentyabrında Davudpaşa kazarmasındakı ikinci süvari alayında hərbi təlimə başladı. Buradakı təhsilini tamamladıqdan sonra 1861-ci ilin sentyabrında süvari mülazimi-sani rütbəsi aldı. Ancaq 2 illik xidmətinin ardından səhhətinin pis olmasını bəhanə edərək anidən istehfa verdi.

Katiblik dövrü Bir çox əcnəbi dilləri bilən Əhməd Tofiq 14 may 1866-cı ildə Bab-ı Əlinin tərcümə bölümündə xidmət etməyə başladı. 1872-ci ilədək bu bölümdə katib və diplomat olaraq xidmət edən Əhməd Tofiq 21 avqust 1872-ci ildə Roma səfirliyində ikinci katib təyin edildi. Qısa müddət sonra 1873-cü ilin yanvarında Vyana səfirliyində, həmin ilin iyununda Berlin səfirliyində, 1874-cü ilin oktyabrında isə Afina səfirliyində ikinci katib təyin olundu. Son vəzifə yerində xidmət etdiyi əsnada 1875-ci ilin dekabrında Afina səfirliyi baş katibliyinə, oradan isə 1876-cı ilin sentyabrında Sankt-Peterburq səfirliyi baş katibliyinə gətirildi.

Son vəzifə yerində xidmət etdiyi əsnada Rusiya imperatoru II Aleksandrla bir neçə dəfə görüşdü və mövcud gərgin vəziyyətlə bağlı müzakirələr apardı. Ancaq bu müzakirələr nəticə vermədi və 23 aprel 1877-ci ildə İstanbuldakı rus səfiri Nelidov hökumətə nota göndərərək Osmanlı hökumətinə müharibə elan etdi. Həmin gün Sankt-Peterburqdakı Əhməd Tofiq bəyə göndərilən teleqrafla dərhal ölkəni tərk etməsi əmr edildi. 1877–1878 Rusiya-Osmanlı müharibəsinin başlamasıyla Sankt-Peterburqdakı vəzifəsi başa çatan Əhməd Tofiq bəy İstanbulda döndü və həmin ilin iyununda Bolqarıstanın mərkəzi Şumnudakı siyasi təmsilçi olaraq vəzifələndirildi.

Afina səfirliyi Müharibənin bitməsinin ardından İstanbula qayıdan Əhməd Tofiq bəy 13 avqust 1879-cu ildə üçüncü dərəcəli Məcidiyyə nişanıyla Afina səfiri təyin olundu. Bu vəzifədə ikən Yunanıstan krallığı ilə sərhədlərin müəyyən edilməsi üzrə davam edən müzakirələr nəticələndi və 24 iyul 1881-ci ildə imzalanan andlaşma ilə Fessaliyanın böyük bir hissəsi və Larisa Yunanıstana ilhaq edildi. Ardından Süveyş kanalı məsələsinin müzakirəsi məqsədilə 1885-ci ildə toplanan Paris konfransına Osmanlı təmsilçisi olaraq qatılan Əhmət Tofiq bəy müzakirələrin başa çatmasının ardından Afinaya qayıtdı.

Berlin səfirliyi Ardından 4 oktyabr 1885-ci ildə Berlin səfirliyinə təyin olunan Əhməd Tofiq bəy, Sultan Əbdülhəmidin Alman imperatoru II Vilhelmə ünvanladığı 2 məktubla birlikdə 22 noyabr 1885-ci ildə Berlinə yola düşdü və dekabr ayında etimadnaməsini təsdiqlədərək Berlin səfiri olaraq fəaliyyətə başladı. Xariciyyə nazirliyinə qədərki 10 il boyunca burada xidmət edən Əhməd Tofiq bəy ilk olaraq, Almaniyada Osmanlı əleyhində nəşr edilən qəzet və jurnalların təqib edilməsi və bunların Alman hökumətinə şikayət edilməsiylə məşğul oldu. Onun Berlin səfirliyi dövrün Osmanlı-Almaniya münasibətlərinin inkişafında mühüm rol oynadı. Belə ki, Rusiya-İngiltərə-Fransa blokuna qarşı birləşən iki imperiya bu yolla həm iqtisadi, həm də siyasi gücünü artırmaq niyyətində idi. Bu dövrdə bir çox alman zabit və komandanları Osmanlı ordusunun təkmilləşdirilməsi və yeni tip təlimlərin keçilməsi məqsədilə İstanbula göndərildi. Digər yandan müasir alman silahlarıyla təchiz olunan Osmanlı ordusu bu illər ərzində öz modernləşmə çağını yaşadı. Ardından Alman imperatoru II Vilhelm 1889-cu ildə İstanbula gələrək Sultan Əbdülhəmidi ziyarət etdi. Bütün bu xidmətlərinin mükafatı olaraq 26 oktyabr 1889-cu ildə vəzirlik rütbəsinə yüksəldi və paşa ünvanı aldı.

Xariciyyə Nazirliyi Uzun müddət Berlində xidmət etməsinin ardından Əhməd Tofiq Paşa 6 noyabr 1895-ci ildə qurulan yeni hökumətdə Xariciyyə naziri təyin edildi. Uzun illər xarici ölkələrdə xidmət etdiyi üçün İstanbulda evi olmayan Əhməd Tofiq Paşaya Ayazpaşa səmtində bir köşk təsis edildi. Ənənəvi olaraq, Xariciyyə nazirləri üçün təsis edilən bu köşk 1898-ci ildə Sultan Əbdülhəmid tərəfindən satın alınaraq Əhməd Tofiq Paşaya hədiyyə edildi.

Bu vəzifədə ikən ilk məşğul olduğu məsələ illərdir davam edən və Avropa dövlətlərinin əlində oyuncağa çevrilən Erməni məsələsi oldu. 1878-ci ildə bağlanan San-Stefanos müqaviləsinin 16-cı, yenə həmin il bağlanan Berlin sülhünün isə 61-ci maddəsinə əsasən rəsmiyyət qazanan erməni məsələsi ilə Berlin səfirliyi dönəmindən bəri yaxından maraqlanan Əhməd Tofiq Paşa bu barədə İstanbula bir neçə dəfə teleqraf çəkmişdi. Üstəlik 1887-ci ildə İsveçrədə Hnçak partiyası və 1890-cı ildə cənubi Qafqazda Daşnaksütun partiyalarının qurulmasıyla bu məsələ beynəlxalq hal aldı. 26 avqust 1896-cı ildə Osmanlı Bankına tərtiblənən hücumun ardından Avropa dövlətlərinin İstanbuldakı səfirlərini toplayaraq vəziyyətin əhəmiyyətiylə bağlı xəbərdarlıq edən Əhməd Tofiq Paşa hadisədə iştirak edən və müttəfiq dövlətlərin himayəsiylə ölkədən qaçırılan terroristləri Avropada təqib etmişdir. Bir digər erməni skandalı isə 21 iyul 1905-ci ildə tərtiblənən Ulduz sui-qəsdidir. Partlayış nəticəsində 24 nəfər həlak olmuş, 58 nəfər yaralanmışdı.

23 iyul 1908-ci ildə İkinci Məşrutiyyətin elan edilməsindən sonra hakimiyyət tamamilə İttihad və Tərəqqi cəmiyyətinin əlində cəmləndi. Dövlət idarəsinə və təyinat məsələlərinə müdaxilə edən İttihadçılar digər yandan Sultan Əbdülhəmid tərəfindən təyin edilən mühüm dövlət adamlarının fəaliyyətlərinə irad bildirir, sədrəzəmə göndərdikləri şikayət ərizələrində bu şəxslərin dərhal vəzifədən alınmaları yolunda təkid edirdilər. Belə bir şəraitdə 14 fevral 1909-cu ildə İttihadçıların təzyiqi ilə sədrəzəm Kamil Paşa hökuməti istehfa verdi. Beləliklə, 13 ildir xidmət etdiyi Xariciyyə nazirliyi başa çatan Əhməd Tofiq Paşa, yeni nazir İstanbula gələnədək onun yerinə vəkil təyin edilsə də, bunu qəbul etmədi. Yeni Xariciyyə naziri Mehmed Rüfət Paşanın tövsiyəsilə 6 aprel 1909-cu ildə ikinci dəfə London səfirliyinə təyin olundu.

I sədarət dövrü Ancaq tam o əsnada baş verən 31 mart hadisələri əsnasında bu təyinatı ləğv edildi və bitərəf olması səbəb göstərilərək 14 aprel 1909-cu ildə sədarətə gətirildi. Dərhal həmin gün yeni hökumət kabinetini təsis edən sədrəzəm Əhməd Tofiq Paşanın heyəti bu şəkildədir:

Sədrəzəm — Əhməd Tofiq Paşa Şeyxülislam — Ziyaəddin Əfəndi Hərb naziri — Müşir Əthəm Paşa Xariciyyə naziri — Rüfət Paşa Dövlət şurası rəisi — Mustafa Zihni Paşa Maliyyə naziri — Osman Nuri bəy Ədliyyə naziri — Həsən Fəhmi Paşa Maarif naziri — Əbdürrəhman Şərəf Əfəndi Ticarət və Nafiyə naziri — Qabriel Noradunkyan Meşə, Mədən və Kənd təsərrüfatı naziri — Dmitriy Mavrokordat Əvqaf naziri — Xəlil Həmadə Paşa Daxiliyyə naziri vəkili — Adil bəy Bəhriyə naziri vəkili — Hacı Emin Paşa

Ancaq onun təsis etdiyi bu hökumət nə İttihadçıların çoxluq təşkil etdiyi məclis, nə də xalq tərəfindən qəbul edilmədi. Rumelidəki II və III ordunun İstanbula hücum edəcəyi xəbərinin yayılmasıyla paytaxt əhalisinin hökumətə olan təzyiqləri daha da artdı. Hökumətin buna mane olan cəhdləri bir nəticə vermədi. İkinci və üçüncü ordu birliklərindən ibarət olan və "Hərəkat ordusu" adlanan bu ordu 19 apreldə qatarla Yaşılköyə gətirildi. Hərəkat ordusu rəhbəri Hüseyn Hüsnü Paşa ertəsi gün Hadımköyə qayıtdı və 22 apreldə ordu rəhbərliyini ələ almaq üçün Mahmud Şövkət Paşa Yaşılköyə gəldi. Bunun ardından məclis üzvlərindən bəziləri 22 apreldə Yaşılköyə gələrək burada ordu komandirləri ilə görüşdülər. 24 apreldə Hərəkat ordusu şəhərə yeridildi və şəhərin idarəsini ələ aldı. Yüzlərlə insan öldürüldü. İttihadçılar yenidən İstanbula qayıtdılar. Ardından təşkil olunan məhkəmədə Dərviş Vəhdəti də daxil olmaqla, bir çox şəxs meydanlarda qurulan dar ağaclarında edam edildi. Həbs olunan bəzi siyasi şəxslər isə İngiltərənin müdaxiləsi ilə azadlığa buraxıldı. Hadisələrdən sultanı da təqsirləndirən məclis 27 apreldə Sultan Əbdülhəmidi taxtdan endirdi və vəliəhd Mehmed Rəşad taxta çıxarıldı. Bu əsnada sultan, sədrəzəm Tofiq Paşaya səltənəti qardaşına buraxa biləcəyini, ancaq 31 mart hadisələrində heç bir günahının olmadığını bir komitə vasitəsilə sübut edilməsini tələb etdi. Tofiq Paşa vəziyyəti Səid Paşaya bildirsə də, Səid Paşa "Əgər sultan bəraət qazanarsa, bizim halımız necə olar ?" deyərək təklifə etiraz etmişdir.

Sultan Əbdülhəmidin taxtdan endirilib Sultan Rəşadın taxta çıxarılmasının ardından formal olaraq istehfa edən Əhməd Tofiq Paşa yenidən sədarətə təyinat aldı və yeni hökumət kabineti təsis etdi:

Sədrəzəm — Əhməd Tofiq Paşa Şeyxülislam — Ziyaəddin Əfəndi Hərb naziri — Salih Paşa Xariciyyə naziri — Rüfət Paşa Daxiliyyə naziri — Hüseyn Hilmi Paşa Ədliyyə naziri — Hayri bəy Dövlət şurası rəisi — Raif Paşa Bəhriyə naziri — Topçu ferik Rza Paşa Maarif naziri — Əbdürrəhman Şərəf Əfəndi Ticarət və Nafiyə naziri — Qabriel Noradunkyan Meşə, Mədən və Kənd təsərrüfatı naziri — Dmitriy Mavrokordat Maliyyə naziri — Cavid bəy Əvqaf naziri — Xəlil Həmadə Paşa

Ancaq Maliyyə, Daxiliyyə və Ədliyyə naziri təyin etdiyi şəxslər bu vəzifəni qəbul etmədi və hökumət kabineti ilk gündən istehfalarla başladı. Nəhayət uzun müzakirələrin ardından Maliyyə nazirliyi Rüfət Paşaya, Daxiliyyə nazirliyi İzmir valisi vəkili Fərid Paşaya təsis edilmiş, Ədliyyə nazirliyi isə boş saxlanmışdır. Buna baxmayaraq İttihad və Tərəqqi cəmiyyətinin səltənət və Sultan Rəşad üzərindəki nüfuzundan narahat olan Əhməd Tofiq Paşa bu təzyiqlərə dözmədi və 4 may 1909-cu ildə istehfa verdi.

London səfirliyi Onun bu ilk sədarəti dövrün çalxantılı siyasi mühitində cəmi 20 gün davam etdi və vəzifədən alınmasının ardından 9 may 1909-cu ildə yenidən London səfirliyinə təyin olundu. Beləcə, daha öncə təyin olunmasına baxmayaraq gedə bilmədiyi Londona bir ay gecikməylə getdi. 16 mayda yola düşən Əhməd Tofiq Paşa 28 iyunda İngiltərə kralı VII Eduard tərəfindən qəbul edildi. Qısa zamanda sarayla yaxşı münasibətlər quran Əhməd Tofiq Paşa bu münasibətləri V Corc dövründə də davam etdirdi. Tez-tez Vindzor sarayında verilən ziyafətlərə dəvət edilən Əhməd Tofiq Paşa V Corcun tərtiblədiyi ov ziyafətlərinə də iştirak edirdi.