Nikaraqua etirazları — 18 aprel 2018-ci il tarixində Nikaraqua Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası. Aksiyaların beşinci günündə ümumi olaraq, 30 nəfər həlak olmuşdur. Hadisələrin nəticəsi olaraq, 2007-ci ildən bəri ölkənin prezidenti olan Daniel Orteqa gələcək islahatları ləğv etmişdir. Bu hərəkətlərə cavab olaraq, müxalifət illərlə davam edən siyasi repressiyalara baxmayaraq, Orteqanın vəzifədən azad olmasını tələb etmiş və prezidenti devirmək üçün etiraz aksiyalarına qoşulmuşdur. Etiraz aksiyaları dalğası Orteqa hakimiyyətində baş verən ən böyük etiraz aksiyaları, Nikaraqua inqilabından sonra ölkədə baş verən ən ölümcül mülki münaqişə olmuşdur.
İğtişaşın bir nəticəsi olaraq, Nikaraqua ictimaiyyəti, eləcə də beynəlxalq qurumlar növbəti prezident seçkilərinin daha erkən keçirilməsini tələb etmişdir. Avropa İttifaqı bu hərəkəti dəstəkləyir.
Arxaplan Pensiyalar Etiraz aksiyalarının ilkin mərhələsi 2013-cü ilin iyun ayında ölkənin 750 həftədən az iş görmüş yaşlı əhalisi Nikaraqua Sosial Təhlükəsizlik İnstitutunun pensiyaların verilmə kriteriyalarının yüngülləşdirməsini tələb edəndə başlamışdı. Tezliklə, tələbələr və gənclər də onların aksiyalarına qoşulub. Etiraz aksiyalarının başlamasından bir neçə həftə sonra sülhsevər etirazçılar hərbiləşdirilmiş hökumət dəstələrinin üzvləri tərəfindən zorakılığa məruz qalıblar. Bu dəstənin Sandinista Gəncliyi təşkilatı ilə yaxın əlaqələri var idi. Daha sonra, Prezident Daniel Orteqa etirazçıları sakitləşdirmək üçün pensionerlərə tələblərini yerinə yetirəcəyi ilə bağlı konsessiya verib.
Kanal təklifi Demək olar ki, tam bir il sonra etiraz aksiyaları yenidən başlayır. Bu etiraz aksiyaları Çin Xalq Respublikası tərəfindən maliyyələşdirilən okeanlararası bir kanalın tikintisi təklifinin irəli sürülməsinə qarşı olur, çünki bu, ətraf mühitin zərərlənməsinə və yerli əhalinin hüquqlarının pozulmasına səbəb olacaqdı. 2018-ci ilin fevral ayında layihənin maliyyələşdiricisi və sponsoru olan "Honkonq Nikaraqua Kanal İnkişafı Qrupu" (HNKİ) layihənin tamamilə dayandırıldığını açıqlayır. "Canal 15" kanalının sədri Miquel Moranın iddiasına görə, Nikaraqua hökuməti kanalı ölkədəki bütün kabel şəbəkələrində senzuradan keçirmişdir. Kanala qarşı keçirilən senzura 25 apreldə qaldırılmışdır. Anqel Qahona adlı bir jurnalist "Feysbuk" sosial şəbəkəsində etiraz aksiyaları ilə bağlı bir canlı yayım edərkən güllələnmişdi. O, xəstəxanaya aparılan zaman həlak olmuşdur. Orteqa hökumətinə qarşı səsləndirdiyi sərt tənqidləriylə məşhurlaşan "Radio Darío" radiostansiyası 20 aprel 2018-ci ildə iqtidaryönlü dəstələrin hücumuna məruz qalmış və iddialara görə, məhv edilmişdir.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Şurası kütləvi informasiya vasitələrinə qarşı aparılan hücumları və Orteqa hökumətinin keçirdiyi senzuraları tənqid etmişdir. Amerikaarası Press Assosiasiyası da Orteqa adminstrasiyasının senzuranın qarşısının alınmasını tələb etmişdir. Qurumun sədri Qustavo Mohme Seminario KİV-ə qarşı aparılan hücumların "hökumətin qüvvədə olduğu son on bir ildə sadəcə öz və öz ailə üzvlərinin mənfəəti üçün dövləti sökən avtoritarçılığını ifşa edir" demişdir.
Kiber hücumlar Anonim hərəkat qrupu olan "Anonymous Nicaragua" etirazlara qoşulmuş və "Nikaraqua Əməliyyatı"na start vermişdir. Əməliyyat Nikaraqua hökumətinə bağlı veb-saytlara qarşı edilən kiber hücumlardan ibarətdir. Əməliyyat 26 apreldə qrupun Milli Məclisin rəsmi veb-saytını bağlaması ilə başlamışdır. Daha sonra, Juventud Presidente, Televicentro, Nikaraqua Baş Prokorurunun rəsmi veb-saytı, Nikaraqua Mülki Təyyarəçilik İnstitutunun rəsmi veb-saytı və Nikaraqua Mədəniyyət İnstitutunun rəsmi veb-saytına kiber hücümlar edilmişdir.
Nikaraqua Telekommunikasiya və Poçt Xidmətləri İnstitutu ( TELCOR) dövlət agentliyi ölkəni internet xidməti ilə təmin edən korporasiyalarına bu hakerlərə qarşı bir birlik qurmağa çağırmışdır. TELCOR bu korporasiyaların vəzifəliləri ilə Nikaraquadakı dövlət və özəl qurumların veb-saytlarına hücum edən beynəlxalq hakerlərə qarşı təhlükəsizlik tədbirləri görmək barədə bir iclas keçirmişdir.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2018-ci ildə Nikaraqua 2018 2018