Səlcuq Xatun () — 5-ci Osmanlı sultanı Çələbi Mehmedin qızı.Yavuz Bahadıroğlu, Resimli Osmanlı Tarihi, Nesil Yayınları (Ottoman History with Illustrations, Nesil Publications), 15th Ed., 2009, ISBN 978-975-269-299-2 (Hardcover).Uluçay 2011, p. 50Beiträge-Institut za istoriju Sarajevo, 1978, p. 80 Bibi Sultan olaraq anılır.
Həyatı Səlcuq Xatun 1407-ci ildə Amasyada dünyaya gəldi. Atası Sultan Çələbi Mehmed, anası isə onun kənizlərindən Qumru Xatundur. 1425-ci ildə Candaroğlu İsfəndiyar bəyin oğlu İbrahim bəylə evləndirildi. Qayınatasının 1439-cu ildə vəfatının ardından əri İbrahim bəy hakimiyyəti ələ aldı. Ancaq cəmi 4 il sonra vəfat etdi. Ərinin vəfatından sonra Bursaya geri dönən Səlcuq Xatunun bu nikahdan 4 övladı dünyaya gəldi.
Qalan ömrünü Bursada xeyriyyəçiliklə məşğul olan Səlcuq Xatun 1450-ci ilin oktyabrında Bursada bir məscid və imarət, 1465-ci ildə yenə Bursa yaxınlığında Nilüfər çayı üzərində bir körpü və Ədirnədə bir məscid inşa etdirmişdir.
II Bəyazid və Cem Sultan arasında başlayan taxt mübarizəsində Böyük bibi ünvanıyla sülh danışıqları apardı. Cem Sultanın 1481-ci ildə Bursadakı 22 günlük səltənəti əsnasında onun tərəfində durdu. Səlcuq Xatunun köşkü Bursadakı Cem Sultan tərəfdarlarının mərkəzi iqamətgahına çevrilmişdi. II Bəyazidin orduyla Bursaya irəliləməsini eşidən Cem Sultan böyük bibisi Səlcuq Xatunu bir qrup üləma ilə birlikdə qardaşının yanına göndərdi. Səlcuq Xatun qardaşı nəvəsinə qardaş qanı axıtmamasını və ölkə torpaqlarının bölüşdürülməsini məsləhət gördü. Ancaq dövlət adamlarının buna qarşı çıxması nəticəsində Bibi Sultanın bu təklifi rədd edildi.
Ardından Bursaya qayıdan Səlcuq Sultan 2 qardaş arasındakı bu müharibəyə son qoya bilmədi və 1485-ci ildə Bursada vəfat etdi. Cənazəsi Yaşıl türbədə dəfn edilmişdir.
Övladları Əmir Yusif Çələbi (ö. sentyabr 1441, Kastamonu) — Kastamonuda Sərçəoğlu məscidi yaxınlığındakı türbəyə dəfn edilmişdir. İshaq Bali bəy (ö. 1443-cü ildən sonra, Bursa) Hafsa Xatun (ö. may 1442, Kastamonu) — Kastamonuda Sərçəoğlu məscidi yaxınlığındakı türbəyə dəfn edilmişdir. Xədicə Xatun (ö. 1502, Bursa) — Anasının sağlığında Qoca Mehmed Paşanın oğlu və II Bəyazidin lələsi Mahmud Çələbiylə evlənmiş, bu nikahdan 4 övladı dünyaya gəlmişdir. Süleyman bəy (ö. 1515) — Həm anasının, həm də nənəsinin vəqf mülklərini idarə etmişdir. Adları bilinən 4 övladı vardı: Osman Çələbi Mehmedşah Çələbi Əli ÇələbiBursa Mahkeme-i Şeriyyesi sicili A 24/26, s. 460 sene rebiülevvel 921 Şahənşah ÇələbiBursa Mahkeme-i Şeriyyesi sicili A 24/26, s. 460 sene rebiülevvel 921 Aləmşah Çələbi Mehmed Çələbi Xanzadə Xatun Xundi Xatun (ö. mart 1500) Şahzadə Xatun (ö. oktyabr 1495) Fatma Xatun
Mənbə Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı Çelebi Sultan Mehmed'in kızı Selçuk Hatun kiminle evlendi. Prof. İsmail Hakkı Uzunçarşılı. Belleten Dergisi sayı Nisan 1957, Cilt 21 — Sayı 82 Sayfalar: 253–260.
İstinadlar
Kateqoriya:Osmanlı sultanlarının qızları