Jetikonır () — Qazaxıstanın Karağandı vilayəti ərazisində, Betpak-Dala səhrasından qərbdə, Sarısu çayının sol sahilində yerləşən qumlu sahə. Dəniz səviyyəsindən 280–300 metr hündürlüyə malikdir. Cənub-qərbdən şimal-şərqə uzunluğu 65 km, eni isə 20 km təşkil edir. Ərazisi 825 km²-dir. Sarısu çayı vadisinin dördüncü dövr suxurlarından ibarətdir. Yeraltı suları dərindədir. Şoranlaşmış ərazilərdə ayrıqotu, teresken, yovşan, cuzqun və s bitkilər bitir. İllik otlaq sahələri kimi istifadə edilir.
Ədəbiyyat Жетыконыр // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. II. — ISBN 9965-9746-3-2.
İstinadlar
Kateqoriya:Qazaxıstan səhraları Kateqoriya:Asiya səhraları