DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır.

Tarix DreamWorks Interactive (1995–2000)

"DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi. Şirkətin ən böyük uğurlarından biri 1997-ci ilin avqust ayında satışa çıxardığı "Goosebumps: Escape from Horrorland" idi. Oyun ümumi olaraq 130 min nüsxə satmışdır.

31 oktyabr 1999-cu ildə studiya PlayStation konsolu üçün birinci şəxs atıcı janrındakı "Medal of Honor" videooyununu satışa çıxarmışdır. "Electronic Arts" tərəfindən nəşr olunan bu oyun şirkətin ən uğurlu videooyun seriyasına çevrilmişdir.

EA Los Angeles (2000–2010) "Medal of Honor" videooyununun əldə etdiyi müvəffəqiyyətdən sonra "Electronic Arts" şirkəti 24 fevral 2000-ci ildə "DreamWorks" və "Microsoft"dan satın almışdır. Şirkətin adı "EA Los Angeles" olaraq dəyişdirilmişdir. Buna əlavə olaraq, şirkət əsasən "Medal of Honor" seriyası üzrə işləyəcəkdi. Onlar həmin il "Medal of Honor: Underground" videooyununu satışa çıxarmışdır. 6 avqust 2003-cü ildə "EA Los Angeles" Bel-Eyrdən Playa-Vistaya köçmüşdür. Həmin ofisdə onlar "EA Pacific" ilə birləşdirilmiş və "Westwood Studios"un bir neçə əməkdaşını işə almışdır. Buna görə də, şirkət "Command & Conquer" seriyası üzrə işləməyə başlamışdır.

Danger Close Games (2010–2013) 22 iyul 2010-cu ildə "Electronic Arts" "EA Los Angeles" şirkətinin "Danger Close Games" olaraq rebrendləşdiriləcəyini açıqlamışdır. Şirkət bu dövrdə sadəcə "Medal of Honor" videooyunları üzrə işləmişdir. Onların ilk layihəsi "Medal of Honor" 12 oktyabr 2010-cu ildə Microsoft Windows, PlayStation 3 və Xbox 360 platformaları üçün satışa çıxarılmışdır. Oyunun davamı olan "Medal of Honor: Warfighter" 23 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır.

DICE Los Angeles (2013–) 31 yanvar 2013-cü ildə "Electronic Arts" "Medal of Honor" seriyasını "Warfighter" epizodunun müvəffəqiyyətsizliyinə görə ləğv etmişdir. 15 may 2013-cü ildə studiya "EA DICE" şirkətinin bir diviziyası olmuşdur. "DICE Los Angeles" studiyası "Battlefield 4" videooyununun istehsalında "DICE Stockholm" ilə birgə işləmişdir.

Məhsullar Videooyunlar İl Ad Platforma(lar) DreamWorks Interactive L.L.C. olaraq 1996 Someone's in the Kitchen! Microsoft Windows Steven Spielberg's Director's Chair Microsoft Windows Goosebumps: Escape from HorrorLand Microsoft Windows The Neverhood Microsoft Windows 1997 Chaos Island: The Lost World Microsoft Windows Goosebumps: Attack of the Mutant Microsoft Windows Dilbert's Desktop Games Microsoft Windows The Lost World: Jurassic Park PlayStation 1998 Skullmonkeys PlayStation Small Soldiers PlayStation Small Soldiers: Squad Commander Microsoft Windows Trespasser Microsoft Windows 1999 BoomBots PlayStation T'ai Fu: Wrath of the Tiger PlayStation Warpath: Jurassic Park PlayStation Medal of Honor PlayStation 2000 Medal of Honor: Underground PlayStation EA Los Angeles olaraq 2001 Clive Barker's Undying macOS, Microsoft Windows 2002 Medal of Honor: Frontline GameCube, PlayStation 2, Xbox 2003 Medal of Honor: Rising Sun GameCube, PlayStation 2, Xbox 2004 GoldenEye: Rogue Agent GameCube, PlayStation 2, Xbox Medal of Honor: Pacific Assault Microsoft Windows The Lord of the Rings: The Battle for Middle-earth Microsoft Windows 2005 Medal of Honor: European Assault GameCube, PlayStation 2, Xbox 2006 The Lord of the Rings: The Battle for Middle-earth II Microsoft Windows, Xbox 360 2007 Command & Conquer 3: Tiberium Wars macOS, Microsoft Windows, Xbox 360 Medal of Honor: Vanguard PlayStation 2, Wii Medal of Honor: Airborne Microsoft Windows, PlayStation 3, Xbox 360 Medal of Honor: Heroes 2 PlayStation Portable 2008 Boom Blox Wii Command & Conquer: Red Alert 3 macOS, Microsoft Windows, PlayStation 3, Xbox 360 2009 Boom Blox Bash Party Wii 2010 Command & Conquer 4: Tiberian Twilight Microsoft Windows Danger Close Games olaraq 2010 Medal of Honor Microsoft Windows, PlayStation 3, Xbox 360 2012 Medal of Honor: Warfighter Microsoft Windows, PlayStation 3, Xbox 360 DICE Los Angeles olaraq2013 Battlefield 4 Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One 2016 Battlefield 1 Microsoft Windows, PlayStation 4, Xbox One 2017 Star Wars Battlefront II Microsoft Windows, PlayStation 4, Xbox One

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1995-ci ildə yarananlar Kateqoriya:DreamWorks Kateqoriya:Electronic Arts Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:2002-ci ildə ABŞ-də yarananlar Kateqoriya:2013-cü ildə yaranan şirkətlər