Cümə (rəsmi) və ya Əbu Bəkr məscidi (ümumişlək) — 1997-ci ildə Bakı şəhərində, səhabə və ilk xəlifə olmuş Əbu Bəkr şərəfinə inşa edilmiş məscid.

Tarixi Küveyt Xeyriyyə cəmiyyətinin dəstəyi ilə inşa edilmişdir. Azərbaycanın ən böyük sünni məscidi sayılır. Azərbaycan KİV məscidə gələnləri radikalizmdə və vəhhabizmdə ittiham edirlər. Ancaq məscidin imamı Qamət Süleymanov dəfələrlə onların vəhhabi olmamasını bildirmiş və bunun böhtan olduğunu demişdir.

Cümə günləri məscidi 6 min insan ziyarət edir. Məscidin imamı Qamət Süleymanov tərəfindən xütbələr oxunur. Məsciddə ərəb dili, Quran təfsiri, hədis və islam əqidəsi tədris olunur. Ramazan ayında iftar süfrələri açılır və Təravih namazı qılınır.

Məsciddə qadınlar üçün ayrıca bölmə var. Məscid yaxınlığında isə islam ədəbiyyatı, geyimləri və parfumeriyası satılan dükan vardır.

17 avqust 2008-ci ildə məscidə iki əl qumbarası atılır. Terror nəticəsində 2 nəfər ölür və 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olur. Azərbaycan polisi terror aktına görə İlqar Mollaçıyevin rəhbəri olduğu «Meşə qardaşları» qrupunun törətdiyini bəyan etmişdir. 2008-ci ilin oktyabrında Nərimanov rayon məhkəməsi məscidin ziyarət edilməsinə qoyulan qadağanı aradan götürmüşdür.

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Bakıdakı Əbu Bəkr məscidində terror

İstinadlar

Xarici keçidlər

Bakıdakı Əbu Bəkr məscidi açılır, tender elan olunub "Əbu-Bəkr" məscidi yeni adla fəaliyyət göstərəcək

Kateqoriya:Bakı məscidləri Kateqoriya:Sünni məscidləri