Fleş Oxa qarşı () – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir.
İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir.
Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar. Tənqidçilər hər iki serialı bir araya gətirərək serialların hər ikisinin özünəməxsus xüsusiyyətlərinin saxlanmasına görə prodüserlərin işini yüksək qiymətləndirmiş, Fleş və Oxun döyüş səhnələrini bəyənmişlər. Reytinqlər yüksək olmuş, hər iki seriya isə aid olduğu serialın mövsümündə ən yaxşı nəticəni göstərmişdir. Növbəti il Ox Kainatının “Qəhrəmanlar güclərini birləşdirir” adlı ikinci krossoveri təqdim edilmişdir.
Məzmunu
Sentral-sitidə peyda olan metainsan Roy Bivolo insanlara idarəolunmaz güclü qəzəb ötürür. Polis detektivi Eddi Toun Fleşi həbs etməyi təklif etsə də, kapitan onun təklifini qəbul etmir. Polis Bivolonu izləyərək anbara gəlsə də, o, bacarığını istifadə edərək qaçmağa çalışır. Barri Allen Co Vesti xilas etməyə çalışsa da özü polis tərəfindən yaralanır və bu zaman peyda olan Ox kostyumlu Oliver Kuin onu xilas edir. Daha sonra Oliver Barriyə izah edir ki, o, komandası ilə birlikdə Sentral-sitiyə qaçmış dəmir bumeranqlar istifadə edən cinayətkarı tutmaq üçün gəlmişlər. Barri və komandası Oliverlə razılığa gələrək hər ikisinin düşmənini tutmağa razılaşır. Oliver Barrini ətrafındakı insanlara qarşı daha diqqətli olmağı öyrətməyə çalışsa da, Barri Bivolonu tutmağa tək gedir. Bivolo bacarığını Barri üzərində tətbiq edir, lakin sürətinə görə təsir Barri üzərində daha uzun müddət davam edir.
Eddi rəhbərlərinin göstərişinə əməl etmədən Fleşin həbs edilməsi üçün fokus qrupu yaratmağa çalışır. Qəzəblənmiş Barri Eddiyə hücum etdikdə Oliver onun qarşısını alaraq dayandırır, beləcə onlar arasında ilk döyüş baş verir. Oliver Barrinin başını qarışdırdığı müddətdə Harrison Uells və Co impuls lampaları vasitəsiylə onun emosional vəziyyətini stabilləşdirirlər. Bundan sonra Barri və Oliver birlikdə Bivolonu tutaraq S.T.A.R. Labsdakı metainsanlar üçün nəzərdə tutulmuş həbsxanaya salırlar. Qarşıdurmadan sonra Eddi Fleşi həbs etməyi qarşısına məqsəd qoyur. Star-sitini tərk etməyə hazırlaşan Oliver Barriyə deyir ki, ikili həyat sürən adamların sevdiyi insanlarla xoşbəxt həyat sürməsi mümkün deyil və ona seviyi Ayris Vestdən uzaq durmağı məsləhət görür. Oliver Fleş komandasından onun alter-eqosunu gizli saxlamağı xahiş edir. Sentral-sitidə isə alovu idarə edə bilən yeni metainsan peyda olur.
Honq-Konqda baş verən fleşbek hadisələrində isə Oliver şübhəlidən məlumat alınmasını öyrənir. Müasir dövrdə Oliver və Roy Harper insanları dəmir bumeranqla öldürən Digger Harknessin yerini müəyyənləşdirirlər, lakin ortaya çıxır ki, A.R.G.U.S. da onu axtarırmış. Starlinq-sitiyə gələn Keytlin Snou və Sisko Roman Sara Lensin qətlinin araşdırılmasında Felisiti Smoka kömək edirlər. Digger Layla Maykls, Roy və Oliveri öldürməyə çalışsa da, Barri özünü vaxtında çatdırır və onları xilas edir. Sonradan Layla bildirir ki, Digger əvvəl İntiharçılar dəstəsinin üzvü olmuşdu. Qaçmış Diggerin yerini müəyyənləşdirmək istəyən Oliver Rus mafiyasının üzvünə əziyyət verərkən Barri Oliverin keçmiş əziyyətlərinin onu necə dəyişdiyini görür. Digger Oliverin gizli yerini müəyyənləşdirir, gizlicə oraya daxil olaraq Laylanı yaralayır və qaçır. Şəhəri tərk etməzdən əvvəl Digger şəhərin beş müxtəlif yerində bomba quraşdırır. Oliver Diggeri tutmağa çalışdığı vaxtda Barri həm özünün, həm də Oxun komandasını istifadə edərək bombaları zərərsizləşdirir. Digger Lian Yu adasında Sleyd Uilsonla bir yerdə həbsə salınır. Barri komandası ilə birlikdə Starlinq-sitini tərk etməzdən əvvəl Keytlin və Sisko Oliverin geyimi və silahlarını təkmilləşdirirlər.
Aktyorlar və personajlar Əsas Aktyor Personaj Seriya Fleş Ox Qrant Qastin Barri Allen / Fleş Əsas Qonaq Kendis Petton Ayris Vest Əsas Yox Daniella Panabeyker Keytlin Snou Əsas Qonaq Rik Kosnett Eddi Toun Əsas Yox Karlos Valdes Sisko Ramon Əsas Qonaq Tom Kavanaq Harrison Uells Əsas Yox Cesse L. Martin Co Vest Əsas Yox Stiven Amell Oliver Kuin/ Ox Qonaq Əsas Devid Ramsi Con Diql Qonaq Əsas Emili Bett Rikards Felisiti Smok Qonaq Əsas Keti Kessidi Lorel Lens Yox Əsas Villa Holland Teya Kuin Yox Əsas Kolton Heyns Roy Harper / Arsenal Yox Əsas Con Barroumen Malkolm Merlin Yox Əsas Poll Blektron Kventin Lens Yox Əsas Qonaq
Fleş Pol Entoni – Roy Bivolo Anna Hopkins – Samanta Kleyton Patrik Sabonqui – Devid Sinq Robbi Amell – Ronni Reymond / Alov fırtınası
Ox Odri Mari Anderson – Layla Maykls Sintiya Addai-Robinson – Amanda Uoller Nik E. Tarabay – Digger Harkness / Kapitan Bumeranq
İstehsal İnkişaf
The CW telekanalının Ox Kainatında potensial krossover hadisəsi haqqında ilk məlumat, “Fleş” teleserialının çıxarılmasından əvvəl Barri Allenin “Ox” teleserialının ikinci mövsümünün səkkizinci seriyasında təqdim edilməsindən sonra verilmişdir. 2014-cü ilin iyulunda “Ox” teleserialının üçüncü mövsümü və “Fleş” teleserialının birinci mövsümünün səkkizinci seriyalarının iki saatlıq krossover hadisəsi olacağı elan edilir. Krossover əvvəlcə hər iki serialın yeddinci seriyası üçün nəzərdə tutulsa da, sonradan görüləcək işlərin çox olması nəzərə alınaraq digər seriyaya keçirilmişdir. Xüsusən yayım qrafikinin uyğunlaşdırılması və bir-birinə daha uyğun olan seriyanın seçilməsi lazım idi. “Ox” teleserialının yaradıcısı və icraçı prodüseri olan Mark Quqqenheym izah edir ki, hər iki serialın aktyorlarının iki saat davam edəcək və hər iki serial üçün eyni gündə yayımlanacaq krossoverə cəlb edilməsi üçün maddi imkanlar o qədər də geniş deyildi.
Hər iki teleserialın yaradıcısı və icraçı prodüseri olan Endryu Kreysberq isə deyir ki, “Bu həqiqətən də hər iki seriyada Ox və Fleşin birgə macərası olacaq. Hər iki komandanın bir araya gələrək birlikdə mübarizə aparması çox maraqlı və şən olacaq...biz gözləməyə səbir tapa bilmirik. Biz həqiqətən də sürətli nəqlə inanırıq.” Kreysberq deyir ki, yaradıcılar özləri də komiks fanatı olduqlarına görə, hansı superqəhrəmanın qlib gələcəyi onları da çox maraqlandırır; “İki qəhrəmanın bu krossoverdə qarşı-qarşıya gəlməsi bizim ən erkən ideyalarımızdan biri idi.” Hər iki teleserialın yaradıcısı və icraçı prodüseri olan Qreq Berlanti “krossover personajların təməlində duran xüsusiyyətlərdən biridir...əgər biz uzun müddət gözləsəydik...auditoriyanı hamımızın görmək istədiyi bir şeydən məhrum edə bilərdik.”
2014-cü ilin oktyabrında Kreysberq deyir ki, seriyalar həm Barri həm də Oliver üçün mühüm əhəmiyyət daşıyacaq, “onların birlikdə fəaliyyəti isə həm “Ox”, həm də “Fleş” üçün mühüm serpriz olacaq.” Quqqenheym əlavə edir ki, "bu, stol altında gizlədilmiş bombaya oxşayır, Fleşin ictimayət tərəfindən tanınmasının Oliver tərəfindən öyrənilməsini izləmək isə əyləncəli olacaq.” Sonradan məlum olur ki, Fleş seriyasının sonunda açılan başqa bir sirr isə serialın növbəti seriyasına giriş xarakteri daşıyacaq. Seriyada Oliver, sonuncu dəfə hamiləlik vaxtı “Ox” serialının ikinci seriyasında gördüyü və Moyra tərəfindən gizlicə şəhərdən göndərilmiş keçmiş sevgilisi ilə qarşılaşır. Həmin qızın yanında uşaq görünür. Seriyanın yayımlanmasından sonra Quqqenheym qızın yanındakı uşağın atasının Oliver olduğunu təsdiqləyir. Seriyanın sonunda ölüdüyü düşünülən Keytlinin keçmiş nişanlısı Ronni Reymond Alov fırtınasına çevrilmiş halda (Robbi Amell tərəfindən canlandırılır) geri qayıdır.
Yazılması
“Fleş Oxa qarşı” krossover hadisəsinin ssenarisi Berlanti və Kreysberq tərəfindəən yaradılmış hekayə əsasında 2014-cü il sentyabrın ortalarında yazılmışdır. Krossover hekayəsinin yazılması zamanı Berlanti “Altı milyon dollarlıq adam” və “Bionik qadın” teleseriallarından, Kreysberq isə “Doktor Kim” teleserialının dördüncü mövsümünün “Səyahətin sonu” adlı sonuncu seriyasından (bu seriyada serialın spin-offları olan “Torçvud” və “Sara Ceynin macəraları” teleseriallarının personajları da iştirak etmişlər) ilhamlanmışdır. “Fleş” seriyyasının ssenarisi Ben Sokolovski və Bruki Eykmeyer, “Ox” seriyasının ssenarisi isə Mark Quqqenheym və Qreynni Qadfri tərəfindən yazılmışdır.
2014-cü iin sentyabrında Quqqenheym bildirir ki, “Ox” seriyası “Məğrur və kobud” adlandırılacaq və bu ad DC Comics tərəfindən nəşr edilən ən uzunn müddətli başlıqlardan birinə işarədir. Quqqenheym deyir:
2014-cü ilin oktyabrında “Fleş” seriyasının “Fleş Oxa qarşı” adlandırılacağı məlum olmuşdur. Kreysberq bildirmişdi ki, seriyaların ssenarisi üzərində işlənməsi zamanı hər iki serialın ssenaristlərinin iş otaqları birləşdirilmişdi.
Çəkilişlər
Hər iki seriyanın çəkilişlərinə 24 sentyabr 2014-cü ildə başlanmış və 8 oktyabr 2014-cü ildə çəkilişlər tamamlanmışdır. “Fleş” seriyasının rejissoru Qlen Uinter, “Ox” seriyasının rejissoru isə Cessi Varn olmuşdur. “Fleş” seriyasında Ox və Fleşin söyüş səhnəsi üç gecə ərzində çəkilmişdir. Stiven Amell tərəfindən canlandırılan personaj ilk dəfə supergücə malik biri ilə qarşılaşdığına görə, onun tryukları da dəyişdirilmiş və xüsusi effektlərə uyğunlaşdırılmışdır. Hər iki seriyanın çəkilişlərini müqayisə edən Qrant Qastin “Fleş” seriyasının çəkilişlərini “həqiqətən yorucu” adlandıraraq deyir ki, çoxlu sayda boş çəkilişlər həyata keçirilmiş və sonradan post-prodakşn zamanı onlar montaj edilərək birləşdirilmişdir. “Ox” çəkilişlərində isə əsas çətinlik müvafiq çəkiliş bucağının tapılması olduğunu demişdir. Qastin həm də deyir ki, bəzən çəkiliş meydançalarını dəyişik salırdı, çünki hər iki seriyanın çəkilişləri paralel aparılırdı.
Musiqi
18 dekabr 2014-cü ildə WaterTower Music leybli Fleş/Ox krossover seriyalarında istifadə edilmiş musiqiləri albom şəklində satışa çıxarmışdır. Alboma həm də sezon arası respektivdən iki bonus trek də əlavə edilmişdi. Hər iki serialın musiqi mövzularını biləşdirməli olan bəstəar Bleyk Nili deyir ki, “Əslində bu elə də çətin iş deyildi, mən hər iki serialın musiqisini elə hazırlamışdım ki, onlar oxşar xüsusiyyətlərə malik idilər, lakin hər ikisi bir-birindən fərqli xüsusiyyətlər də daşıyırdı.”
Alboma “xüsusi hadisə fanatları arasında məşhur olan” iki bonus trek də əlavə edilmişdi. Alboma daxil olan bütün musiqilər Blek Nili tərəfindən bəstələnmişdir.
Çıxarılması Yayım
22 noyabr 2014-cü ildə Vestvud, Los-Ancelesdəki Krest kinoteatrında fanatlar üçün eksklüziv “Fleş Oxa qarşı” krossover seriyalarının xüsusi baxışı təşkil edilmişdir. Bundan sonra Amell, Qastin, Devid Ramsi, Emili Bett Rikards, Daniella Panabeker və Karlos Valdes icraçı prodüserlər Berlanti, Kreysberq və Quqqenheymlə birlikdə sual-cavab panelində iştirak etmişlər.