Cəmilə Şeyxi () — əslən İran azərbaycanlılarından olan aktrisa və Atila Pisyaninin anasıdır.
Həyatı 1930-cu ilin aprelin 30-da Təbriz şəhərində anadan olmuşdur. 2001-ci ilin may ayının 23-də Tehran şəhərində vəfat etmişdir. Məşhur İran teatr və film aktyoru Atila Pisyaninin anası, Sitarə Pisyaninin nənəsidir.Jamileh Sheikhi (1930–2001)
Karyerası O səhnəyə ilk dəfə 1957-ci ildə çıxmışdır. Filmlərə çəkilməyə isə 1975-ci ildə çəkilən Gəmi qəzası filmi ilə başlamışdır. O İran filmoqrafiyasının yaradıcılarından və ən qocaman üzvlərindən hesab olunurdu. Cəmilə Şeyxi bir çox tanınmış kino rejissorlarla birgə çalışmışdır. Ən məşhur ekran işi isə 1991-ci ildə Bəhram Bayzayi tərəfindən çəkilən Səyahətçilər filmidir. Bu roluna görə Cəmilə Şeyxi Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür.
Seçilən filmləri Viza Səyahətçilər (1992-ci ildə Bəhram Bayzayi tərəfindən çəkilib) Leyla (1996-cı ildə Dariuş Mehrjoui tərəfindən çəkilib) Xətsiz kağız (2001-ci ildə Naser Tağvayi tərəfindən çəkilib)
Həmçinin bax Roza Camali İran azərbaycanlılarının siyahısı
İstinadlar
Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran aktrisaları