Heydər Abbasi (; ) — daha çox öz təxəllüsü ilə tanınır — Barışmaz (farsca: باریشماز) — İran azərbaycanlılarından olan şair, yazıçı, tərcüməçi və Azərbaycan ədəbiyyatı tənqidçisi.Tanınmış azərbaycanlı şair ustad Barışmazın yaradıcılıq gecəsi keçirilib
Həyatı Heydər Abbasi 1943-cü ildə Şərqi Azərbaycan ostanının Marağada şəhərində anadan olmuşdur.
2017-ci ilin dekabr ayının 7-də Marağa şəhərinin Əbdülqadir Marağalı adına Mədəniyyət və İncəsənət Kompleksində Heydər Abbasi üçün yaradıcılıq gecəsi keçirilmişdir. Mərasimdə Cənubi Azərbaycanın tanınmış şairləri, o cümlədən Kərimi Marağalı, Nadir İlahi, Vədud Dusti və daha bir neçə şair də iştirak etmişdir.
Təhsili Təbriz Universitetində ingilis dili üzrə bakalavr təhsili almışdır. Tehran şəhərində isə magistr pilləsində təhsil almışdır.
Yaradıcılığı 45 ədəbi əsəri vardır. Heydər Abbasi ədəbi yaradıcılıq və ədəbi tənqidçiliklə yanaşı tərcüməçiliklə də məşğuldur. Onun ən yaxşı tərcümə əsərlərinə Nəhcül-bəlağəni həm ərəb, həm də latın əlifbasında Azərbaycan dilinə tərcüməsini (həmçinin həmin əsərin təfsirini 2 cilddə yazmışdır), Mövlanə Cəlaləddin Ruminin Məsnəvisini həm ərəb, həm də latın əlifbasında (4 cilddə) Azərbaycan dilinə tərcüməsini misal göstərmək olar.
Heykəltaraş, xəttat və rəssam kimi də tanınan ustad Barışmaz türk, ərəb, ingilis, fransız, rus və fars dilllərini mükəmməl bilir. Ən çox Azərbaycan türkcəsində yazıb-yaradan şair 50-dən çox dəyərli əsərin müəllifidir.
Məşhur əsərləri: Nəğmə Daği və İstimar Kəbə və qanlı azan Güləndə hərzaman Məşair və şeytan Səs Divarlar Ödümlü Dirək Çağirilmamiş qonaqlar Müxannaslər Val-əsr Dartılmamış dənlər
İstinadlar
Xarici keçidlər Heydər Abbasinin yaradıcılığı barədə Günaz TV-də proqram
Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran şairləri Kateqoriya:İran tərcüməçiləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:İran azərbaycanlısı yazıçılar Kateqoriya:İran azərbaycanlısı şairlər