Der Werwolf: The Annals of Veight () və ya Yaponiyada tanınan adı ilə – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır.

Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır.

Məzmun Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir. Ryunheyt adlı ticarət mərkəzini işğal etdikdən sonra Veyt demon və insan əhalisinə malik bir şəhərin idarəetməsindəki çətinliklər barədə eşidir. Növlərarası başadüşməyə malik olan Veyt sülh tərəfdarıdır və günlərini zorakı demonları və distruptiv insanları sakitləşdirib sakitçilik və sülh əldə etməyə sərf edir.

Media Roman Hyougetsu ranobeni əvvəlcə 22 iyul 2015-ci ildə Shōsetsuka ni Narō saytında veb-roman şəklində yayımlamağa başlamışdır. 14 noyabr 2015-ci ildə Earth Star Entertainment tərəfindən Nishieda-nın rəssamlığı ilə ranobenin ilk cildi buraxılmışdır. İndiyə kimi 7 cildi nəşr olunmuşdur.

J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək öz saytında yayımlamışdır.

Manqa

İstinadlar

Xarici keçidlər

Shōsetsuka ni Narō-da

Kateqoriya:Ranobelər Kateqoriya:2015-ci ilin Yaponiya romanları Kateqoriya:2016-cı ilin manqaları Kateqoriya:Yaponiya fentezi romanları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:İsekay anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Qurd adamlar haqqında anime və manqalar Kateqoriya:Shōsetsuka ni Narō Kateqoriya:Əvvəlcə onlayn yayımlanmış ranobelər Kateqoriya:Earth Star Entertainment Kateqoriya:J-Novel Club Kateqoriya:Şonen manqaları