Tofiq Rəfiyev (Tofiq Yusuf oğlu Rəfiyev; ) — "Əməkdar Dövlət Qulluqçusu" fəxri ad mükafatçısı, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinin müavini.
Həyat və fəaliyyəti 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1969-cu ildə SSRİ Elmlər Akademiyasının A. İoffe adına Leninqrad Fizika-Texniki İnstitutunun aspiranturasını bitirib. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Universitetində radiotexnik, baş laborant, laboratoriya müdiri olmuş; 1970–1972-ci illərdə Fizika İnstitutunda laborant, mühəndis işləmiş; 1972–1976-cı illərdə SSRİ HSK-nın "Azon" zavodunda böyük mühəndis, konstruktor, aparıcı mühəndis olmuş; 1976–1981-ci illərdə Partiya işlərində çalışmış; 1981–1992-ci illərdə SSRİ HSK-nın Elektron Hesablayıcı Maşınlar, Bakı Radio və "Alunit" zavodlarında istehsalat şöbəsinin rəisi, xüsusi konstruktor bürosunun rəis müavini, baş mühəndis vəzifələrində işləmiş; 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsində şöbə rəisi vəzifəsində çalışmış; 1992–2001-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuş; 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsində sədr köməkçisi, şöbə müdiri işləmiş; 2006-cı ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində şöbə müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Tofiq Yusuf oğlu Rəfiyevə Azərbaycan müdafiə sənayesinin inkişafı sahəsində uzun müddət səmərəli fəaliyyətinə görə fərdi təqaüd verilib.
1news.az saytının qurucularından biri olub.
Mükafatları 2011-ci ilin 15 dekabrda "Əməkdar Dövlət Qulluqqcusu" fəxri adına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər Müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev Polşadakı beynəlxalq sərgiyə qatılıb