thumb|Pedego — elektrik velosipedi thumb|Dağ yolları üçün istifadə olunan elektrik velosipedi thumb|Moped stillində — elektrik velosipedi thumb|Almaniyada elektrik velosipedinin batterayasının yenidən qidalanması (yüklənməsi) üçün stansiya Elektrik velosipedi (və ya başqa adlarla elektrikli velosiped, elektriklə işləyən velosiped) — elektrik mühərriki ilə işləyən velosipeddir. Hal-hazırda dünyada müxtəlif növ elektrik velosipedləri mövcuddur. Elektrik velosipedlərinin hamısında pedala sürmək mümkün olduğundan,, onlar motosikl kateqoriyasına aid edilmir.

Elektrik velosipedləri yenidən doldurula bilən batareyalardan istifadə edirlər. Yüngül mühərrikli velosipedlər 25–32 km/saat sürətlə, daha ağır mühərrikli velosipedlər isə 45 km/saat sürətlə hərəkət edə bilirlər. Bəzi ölkələrdə (məsələn, Almaniya) elektrik velosipedləri ənənəvi velosipedləri əvəz edir. Digər ölkələrdə isə (msəsələn, Çin) elektrik velosipedləri benzinlə işləyən moped və motosiklları əvəz edir.

İstinadlar

Kateqoriya:Nəqliyyat vasitələri