Oyrat burnu () və ya Uret burnu — Tərxan Qut yarımadasının cənub qutaracağında, Krım yarımadasının qərbində yerləşən burun. Burun Qara dənizə doğru uzanır. İnzibati cəhətdən Çernomorski rayonuna daxildir. Sahilləri əsasən sıldırımlıdır. Bəzi hissələrdə isə kiçik çimərliklər, su altı və üstü daşlar vardır. Sahil hissədə hündürlük 5–10 m arasında dəyişir. Burun ərazisi və ətrafı birillik ot bitkiləri ilə örtülür. Burada b.e.ə IV əsrdən b.e II əsri aralığında yaşayış yeri olmuşdur. Tərxan Qut yarımadasında əsas dayvinq ərazilərindən biridir.

İstinadlar

Kateqoriya:Krım burunları Kateqoriya:Qara dəniz burunları