Kommunizm qurbanlarına həsr olunmuş abidə () — abidə 1948-1989-cu illər ərzində ölkəni idarə edən kommunist rejimin qurbanlarına həsr olunub. Yeddi heykəlcikdən ibarət olan abidə Praqanın tarixi Malo strana bölgəsində, Ujezd küçəsində yerləşir.
Abidənin qoyulması və məzmunu Abidə ölkədə kommunist rejimin devrilməsindən 12 il sonra 22 may 2002-ci ildə qoyulub. Abidə çex heykəltaraşı Olbram Zubek və memarlar Yan Kerellə Zdenek Xolzelin ortaq işidir. Abidənin qoyulması yerli hakimiyyət və Siyasi Məhbuslar Konfederasiyası tərəfindən dəstəklənmişdir.
Memorial abidə pilləkandan aşağı düşən 7 bürünc heykəldən ibarətdir. Gözlə baxıldığı zaman ən axıra doğru heykəllərin daha da çox dağıntılı olması, hissələrinin olmaması, bədənlərindəki qopuqlar gözə çarpır. Heykəllərin bədənində olan bu qopuqlar siyasi məhbusların kommunist rejimindən nə dərəcədə ziyan gördüyünü simvolizə edir.
Memorial abidənin mərkəzində yerləşən bürünc lövhəcikdə kommunizm qurbanı olanların sayını göstərən yazılar həkk olunub:
Digər yandakı bürünc lövhəcikdə isə yazılıb:
Həmçinin bax Qırmızı terror Böyük təmizləmə Azərbaycanda Stalin repressiyaları
Abidənin şəkilləri
Xarici keçidlər Abidənin görüntüləri
İstinadlar
Kateqoriya:Çexiya Kateqoriya:Praqa abidələri Kateqoriya:Çexiya abidələri Kateqoriya:Kommunizm qurbanlarına həsr olunmuş abidələr Kateqoriya:Antikommunizm Kateqoriya:Vandalizmə məruz qalmış sənət əsərləri