() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Avstraliyada yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 10-15 metr olan, qamətli, incə görkəmli, həmişəyaşıl ağacdır. Elastik, sallaq budaqların üzərində incə, nazik buğumlu, tünd-yaşıl zoğlar və pulcuq şəklində tam inkişaf etməmiş yarpaqlar yerləşir. Bitkinin xarici görünüşü iynəyarpaqlılara bənzəsə də, iynəvarı budaqcıqlar üzərində düzülən kiçik, bəzən gözlə görünməyən pulcuqvarı yarpaqcıqlarına görə kazuarina enli yarpaqlılara aid edilmişdir. Abşeronda oktyabrda çiçəkləyir. Bitki ikievlidir. Meyvələri 1-1,5 ildən sonra yetişir. Toxumla yaxşı çoxalır.

Ekologiyası Qatırquyruqyarpaq kazuarina quraqlığadavamlı, torpağa az tələbkardır. Qeyri-münbit, qumsal torpaqlarda zəif suvarıldıqda da normal inkişaf edir. Kazuarina subtropik iqlim şəraitində yayıldığından, Abşeronda çox nadir hallarda sərt keçən qışda bitkinin yerüstü hissəsi məhv olur. Yazda bitki yenidən pöhrə verərək bərpa olunur.

Azərbaycanda yayılması Mərdəkan dendrarisində introduksiya edilmişdir. Bakı şəhərinin park və bağlarında mədəni şəraitdə becərilir.

İstifadəsi Canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadə edilə bilər.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1759-cu ildə təsvir edilən bitkilər Kateqoriya:Avstraliya ağacları Kateqoriya:Tropik Asiya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avstraliya və Okeaniya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Kvinslend florası Kateqoriya:Yeni Cənubi Uels florası Kateqoriya:Şimal ərazisi (Avstraliya) florası