Rza Mirkərimi — əslən azərbaycanlı olan iranlı kinorejissor və ssenarist.
Həyatı 1966-cı ildə Zəncanda azərbaycanlı ailəsində anadan olub. Tehran Təsviri İncəsənət Universitetini bitirib. İlk dəfə 1987-ci ildə "Onun üçün" adlı qısametrajlı filmini çəkib. Sonradan bir müddət idman mövzulu sənədli filmlər və teleseriallar çəkib. İlk tammetrajlı filmi olan "Uşaq və əsgər" filmi 2000-ci ildə ekranlara çıxıb və çox böyük əks səda doğruraraq müxtəlif mükafatlara layiq görülüb[ Rəsmi saytı].
Filmoqrafiya 2000-ci il - Uşaq və əsgər (rejissor, ssenari müəllifi və prodüser) 2001-ci il - Ay işığı altında (rejissor və ssenari müəllifi) 2001-ci il - Mənim kimi yüzlərlə qadın (rejissor və ssenari müəllifi) 2002-ci il - Burada parlaq işıq (rejissor, ssenari müəllifi, montaj və prodüser) 2005-ci il - Çox uzaq çox yaxın (rejissor, ssenari müəllifi və prodüser) 2008-ci il - Daha asan (rejissor, ssenari müəllifi, montaj və prodüser) 2011-ci il - Bir kəllə qənd (rejissor, ssenari müəllifi və prodüser) 2013-cü il - Yorulma! (prodüser) 2013-cü il - Tac Mahal (prodüser) 2014-cü il - Bu gün (rejissor, ssenari müəllifi, montaj və prodüser) 2016-cı iı - Qız
Qısametrajlı filmləri 2006-cı il - Xalça, at, Türkmən (prodüser) 2006-cı il - Mələk və xalça (prodüser)
Sənədli filmləri 2006-cı il - İran xalçası
Seriallar 1996-cı il - Əziz xanımın macəraları 1997-ci il - Hemmat məktəbinin uşaqları
Mükafatları Çəkildiyi il İngiliscə adı Tərcüməsi Mükafat 2000 The Child And The Soldier Uşaq və əsgər 2000-ci ildə Monreal Dünya Film Festivalında Qrand Pri mükafatı namizədi 2000-ci ildə Üç Qitə Film Festivalında Gümüş Monqolfye mükafatı 2000-ci ildə Üç Qitə Film Festivalında Gənc Tamaşaçılar mükafatı 2000-ci ildə Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı rejissor fəxri fərmanı 2000-ci ildə Üç Qitə Film Festivalında Gümüş şar mükafatı 2001-ci ildə Zlin Film Festivalında Qızıl Ayaqqabı mükafatı 2001 Under The Moonlight Ay işığı altında 2001-ci ildə San Paulo Beynəlxalq Film Festivalında Jüri mükafatı 2001-ci ildə Tokyo Beynəlxalq Film Festivalında Ən yaxşı rejissor mükafatı 2001-ci ildə Beyrut Beynəlxalq Film Festivalında Xüsusi jüri mükafatı 2001-ci ildə Tokyo Beynəlxalq Film Festivalında Xüsusi jüri mükafatı 2001-ci ildə Fəcr Beynəlxalq Film Festivalında Xüsusi jüri mükafatı 2001-ci ildə Kann kinofestivalında “Tənqid həftəsi” mükafatı 2002-ci ildə Dehli Beynəlxalq Film Festivalında Gümüş Tovuzquşu Xüsusi jüri mükafatı 2002 Here Is A Shining Light Burdakı parlaq işıq 2002-ci ildə Asiya-Sakit okean Film Festivalında ən yaxşı ssenarı mükafatı 2003-cü ildə Fəcr Beynəlxalq Film Festivalında Büllur Simurq mükafatı 2004-cü ildə Bali Beynəlxalq Film Festivalında Xüsusi jüri mükfatı 2005 So Close, So Far Çox uzaq çox yaxın 2005-cü ildə Fəcr Beynəlxalq Film Festivalında Büllur Simurq mükafatı 2008 As Simple as That Daha asan 2008-ci ildə 30-cu Moskva Beynəlxalq Film Festivalında Qızıl Müqəddəs Georgi mükafatı 2008-ci ildə 30-cu Moskva Beynəlxalq Film Festivalında Rusiya kino mütəxəsisləri və kino tənqidçiləri mükafatı 2008-ci ildə Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı rejissor nominasiyasında Büllur Simurq mükafatı 2011 A Cube of Sugar Bir kəllə qənd 2012-ci ildə Kazan Beynəlxalq Müsəlman Film Festivalında Xüsusi jüri mükafatı 2012-ci ildə İbn Ərəbi Beynəlxalq Film Festivalında Ən yaxşı film mükafatı 2013-cü ildə Kazan Beynəlxalq Müsəlman Film Festivalında Ən yaxşı film mükafatı 2014 Today Bu gün 2014-cü ildə Rabat Beynəlxalq Film Festivalında Ən yaxşı film mükafatı 2015-ci ildə Tallin Qara Gecələr Film Festivalında Xüsusi jüri mükafatı 2015-ci ildə Tallin Qara Gecələr Film Festivalında FIPRESCI mükafatı 2015-ci ildə Cines del Sur Film Festivalında Auditoriya mükafatı və Bürünc Alhambra mükafatı 2016-cı ildə Dəkkə Beynəlxalq Film Festivalında Mənəviyyət bölməsi mükafatı 2016 Daughter Qız 2016-cı ildə Fəcr Beynəlxalq Film Festivalında Büllur Simurq mükafatı 2016-cı ildə Moskva Beynəlxalq Film Festivalında Qızıl Müqəddəs Georgi mükafatı 2016-cı ildə Rus Film Klubları Federasiyasının Ən yaxşı film mükafatı 2016-cı ildə Fəcr Beynəlxalq Film Festivalında Ən yaxşı film və Ən yaxşı rejissor mükafatları 2016-cı ildə Hindistan Beynəlxalq Film Festivalında Ən yaxşı film nominasiyasında Qızıl tovuzquşu mükafatı
Həmçinin bax Cəfər Pənahi Yədulla Səmədi Hüseyn Şəhabi
Xarici keçidlər Rza Mirkəriminin 38-ci Moskva Film Festivalınada çəkdiyi "Qız" filmi ilə bağlı müsahibəsi Çəkdiyi filmlərin siyahısı
İstinadlar
Kateqoriya:İranın azərbaycanlı film rejissorları Kateqoriya:İran ssenaristləri