Dəməşq saatı ilə (farsca: به وقت شام) — İbrahim Hatemikiyanın rejissorluğunu və ssenaristliyini etdiyi filmdir.
Mövzusu 2018-ci il istehsalı filmdir. Film Suriya vətəndaş müharibəsindən bəhs edir. Film pilot və pilot köməkçisi olan ata-oğulun (Əli və Yunis) Şərqi Suriyada İŞİD-in mühasirəsində olan insanlara İlyuşin yük təyyarəsi ilə humanitar yardım aparan zaman İŞİD qüvvələri tərəfindən təyyarələrinin vurulmasından bəhs edir.
Filmin ilk ekrana çıxma tarixi 2018-ci ilin 14 mart tarixidir. Filmdə həmçinin, Hadi Hajezifar, Babək Həmidiyan ilə yanaşı Suriyalı və İraqlı aktyorlar da çəkilmişdir.
Film Berlin Film Festivalında da nümayiş etdiriləcəkdir.
Film haqqında fikirlər İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymani filmi "şah əsər" adlandırmışdır.
Filmdə pilot rolunu oynayan Hajezifar öz işindən o qədər də razı qalmadığını bildirmişdir. Ümumiyyətlə tənqidçilərdən müsbət rəy toplayan filmin bundan sonra Cənubi Koreyada, Yaponiyada, İraqda və Livanda nümayiş olunması gözlənilir.
Mükafatlar Filmin rejissoru İbrahim Hatemikiya bu filmdəki işinə görə ən yaxşı rejissor nominasiyasında Kristal Simurq mükafatına layiq görülmüşdür. Bu film bundan əlavə ən yaxşı bəstəkar işinə və ən yaxşı səs effektlərinə görə də iki Kristal Simurq mükafatına layiq görülmüşdür.
Aktyorlar
İranlı aktyorlar Babək Həmidyan Hadi Hajezifar Əbdülrza Nəsari Rəzag Radan Mənsur Navaseri Afşin Talibi Vahid Abdullazadə Əziz Nəğdi Qüdrətullah Bayat Məlik Absalan Cəlal Nəcəfi Əli Abadi Cəlal Zəndəş
Digər ölkələrdən olan aktyorlar Pier Dağer Xalid əl Sayed Rami Atallah Ləth əl Müfti Məhəmməd Şaban Münsər Zeynəddin Yusif Salama Əli Sukkar Samir Xəlili
İstinadlar
Həmçinin bax İbrahim Hatemikiya
Kateqoriya:İran filmləri Kateqoriya:İbrahim Hatemikiyanın filmləri Kateqoriya:Suriya haqqında filmlər