Köləmən Abdulla Paşa — (1846-1937) Türk əsgəri.

Həyatı 1846-cı ildə Trabzonda anadan olmuşdur. Hərbi Akademiyanı bitirdikdən sonra 1881-ci ildən orduda xidmət etməyə başladı və kapitan rütbəsinə yüksəldi. Hicaz və Yəməndə xidmət etməyə başaldı. İstanbula qayıtdıqdan sonra Hərbi Akademiyada müəllim kimi fəaliyyət göstərdi. Von der Qoltzun tərcüməçisi və yardımçısı idi. Vyana hərbi nümayəndə kimi də göndərilmişdi.

Anadolundakı erməni üsyanını yatırmaq ona həvalə edilmişdi. Musul qubernatoru idi. Daha sonralar isə müvəqqəti olaraq bir sıra xarici ölkələrə səfir kimi göndərilmişdi.

Fəaliyyəti 1908-ci ildə II Məşrutiyətin elanından sonra Dördüncü ordunun komandiri oldu. 1910-cu ildə onun dərəcəsi aşağı salınaraq leytenant oldu. 1911-ci ildə dərəcəsi birinci dərəcəyə salındı. Ancaq daha sonra isə Albaniyada ordu komandiri və Anadoluda Qərb ordusunun komandiri təyin edildi.

Balkan müharibələri başladığı bir vaxtda bu müharibəyə qarşı olmasına baxmayaraq Şərqi Frakiyada Şərq Ordusu komandiri təyin edildi. Komandir kimi təyin edildiyi zaman müharibənin taleyi ilə bağlı aşağıdakı bəyanatı verdi:

Həmçinin bax Həsən İzzət Paşa Balkan müharibələri Türkiyə İstiqlaliyyət müharibəsi Osmanlı-Yunan müharibəsi (1897)

Mənbə 1328 Balkan Harbinde Şark Ordusu Kumandanı Abdullah Paşanın hatıratı, Erkân-ı Harbiye Matbaası, 1917.

İstinadlar

Xarici keçidlər "National Scapegoat" - The Montreal Gazette "Commander's Plight" - The Montreal Gazette "The War in Egypt" - Nelson Evening Mail

Kateqoriya:Türkiyə generalları Kateqoriya:1846-cı ildə doğulanlar Kateqoriya:1937-ci ildə vəfat edənlər Kateqoriya:Osmanlı paşaları