Anar Rəhim oğlu Əliyev () — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (2025-ci ildən), 2018–2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.

Həyatı və fəaliyyəti 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirib. 2002-ci ildə magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi almışdır. 2000–2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləmişdir. 3 fevral 2016-cı il tarixli fərman ilə 2018-ci ilə qədər Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının üzvü olmuşdur. 2018-ci ildə nazirin əmri ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri – Nazirliyin aparat rəhbəri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilmişdir. 7 fevral 2025-ci il tarixli sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdir.

Ailəsi Ailəlidir, 2 övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri Kateqoriya:Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirləri Kateqoriya:Bakı şəxsləri