Corc Reymond Riçard Martin () — amerikalı yazıçı, ssenarist və prodüserdir. Yazdığı əsərlər, əsasən, fantaziya, elmi-fantastik və qorxu janrlarındadır. Fantastik qurğu janrında yazılan "Buz və Alovun Nəğməsi" adlı romanlar seriyası onun ən məşhur əsəridir. Bu əsərin əsasında "Taxtların Oyunu" adlı teleserial hazırlanmışdır.
Həyatı Corc Reymond Riçard Martin 20 sentyabr 1948-ci ildə Bayonne, Nyu-Cersi'də anadan olmuşdur. Atası italyan, anası isə yarı irland əsillidir.
İlk təhsilini Mary Jane Donohoe məktəbində almış, sonra isə Marist kollecində davam etdirmişdir. Məktəb illərində o əsərlər yazıb satmağa başlamışdı.
Ali təhsilini Şimal-Qərb Universitetində jurnalistika ixtisası üzrə almışdır.
İstinadlar
Həmçinin bax Taxtların oyunu (teleserial, 2011) Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:Hüqo mükafatı laureatları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Yəhudi əsilli amerikalılar Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsrin ABŞ romançıları Kateqoriya:ABŞ blogerləri