Kazım Sevüktəkin (; ) — türk əsgəri və siyasətçisi.

Hərbi fəaliyyəti 1895-ci ildə Hərbi məktəbi bitirdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində taqım və bölük komandiri, Balkan müharibələrində tabor komandiri, Birinci Dünya müharibəsində alay və diviziya komandiri kimi xidmət etmişdir. 30 iyun 1921-ci ildə Anadoluya köçdü və Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibə dövründə bölmə komandiri vəzifəsini icra etdi. 1922-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 27 dekabr 1927-ci ildə öz istəyi ilə təqaüdə çıxdı.

Siyasi fəaliyyəti Türkiyə Böyük Millət Məclisinin IV, V, VI və VII dövrlərində Diyarbəkir, VIII dövrdə Mardinin millət vəkili oldu. V və VI dövrlərdə Milli Müdafiə Şurasının rəhbəri kimi fəaliyyət göstərmişdi. 1949-cu ildə vəfat etmişdir. Onun cəsədi 1988-ci ildə Türkiyə Dövlət məzarlığına köçürüldü.

Medal və təltifləri "Yunanıstan müharibəsi" medalı "Müharibə" medalı (Osmanlı imperiyası) Gümüş "Ləyaqət" medalı (Osmanlı imperiyası) Gümüş "İmtiyaz" medalı (Osmanlı imperiyası) Qızıl "Ləyaqət" medalı (Osmanlı imperiyası) "Qızıl Aypara" medalı Dəmir xaç ordeni 1-ci və 2-ci dərəcəsi "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

İstinadlar

Mənbə T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 36.

Kateqoriya:Türkiyə generalları Kateqoriya:TBMM III çağırış deputatları Kateqoriya:TBMM IV çağırış deputatları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:TBMM VI çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:TBMM VIII çağırış deputatları