Mehmet Emin Çolağoğlu () (d. 1878, Şəbinqarahisar - ö. 1939, İstanbul, Osmanlı İmperiyası) — Türk əsgəri.

Hərbi fəaliyyəti Mehmet Emin Çolağoğlu 1895-ci il aprelin 12-də baş leytenantın rütbəsi ilə Topçu və Mühəndislik Akademiyasından məzun oldu. 3 iyul 1909-cu ildə hərbi biliklərini artırmaq üçün Almaniyaya göndərildi. 1912-ci ildə Rumıniyadakı Topçu Atıcılıq Məktəbində kurs keçdi. Almanca və fransızca bilirdi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdi. 1921-ci ilin 27 aprelində Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 6 oktyabr 1924-cü ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 14 iyul 1938-ci ildə təqaüdə çıxdı. 6 avqust 1939-cu ildə öldü.

Medal və təltifləri Məcidiyyə ordeni 5, 4 və 3-cü dərəcəsi Osmanlı nişanı 4-cü dərəcəsi (iki dəfə) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

Həmçinin bax İtaliya-Osmanlı müharibəsi Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi

Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 85.

Kateqoriya:Türkiyə generalları Kateqoriya:1878-ci ildə doğulanlar Kateqoriya:1939-cu ildə vəfat edənlər Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Türkiyənin hərb tarixi