Bapisa və ya Bapbi — Butanın Tximpxu dzonqxaqında keçmiş qevoq.

Coğrafiya Qevoqun ərazisi 27 km2 idi. Daxilində olan kəndlər dəniz səviyyəsindən 1500–3000 metr yüksəklidə yerləşirdi. Subtropik iqlimə malik idi, yaz ayları isti və nəmli olurdu. İyun, iyul və avqust aylarında ağır yağışlı mussonlar baş verirdi. Qışda iqlim normal səviyyədə olurdu.

Tximpxu, Puanakxa və Vanqdi-Pxodranq şəhərlərini birləşdirən yol Bapisa qevoqundan keçirdi.см. карту в Thimphu dzongkhag Ninth Plan (2002–2007) Bapisa qevoqunun qərbində Teopisa qevoqu yerləşirdi. Qevoq Tximpxudan 55 kilometr uzaqlıqda yerləşirdi və ən əlverişli yola malik olan qevoq idi.

İqtisadiyyat Düyü qevoqun əsas qida mənbəyidir. Baharda cücərən buğda daha az populyardır. Qevoq sakinləri tərəvəz və düyüləri bazarda satmaq üçün yetişdirirlər. 2001-ci ildə ev təsərrüfatlarının 75%-dən çoxu elektrikləşdirilmiş və ölkədaxili boru kəmərinə bağlanmışdı.

Əhali 2001-ci il məlumatlarına əsasən, qevoq 21 kənddə yaşayan 268 ailədən ibarət idi. Qevoqun bir dənə orta məktəbi var. Bu təhsil müəssisəsində 800 şagird qeydiyyatdan keçmişdi. Əhalisi Tximpxu, Puanakxa və Vanqdi-Pxodranq şəhərlərində tibb xidməti alırdı.9th FYP Part Three (Dzongkhag & Geog Health Sector) Health Ninth Five Year plan (2002–2007)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Butanın keçmiş qevoqları Kateqoriya:Tximpxu dzonqxaqı