Bahar () — İtaliya İntibahı rəssamı Sandro Botiçellinin 1470-ci illərin sonu, 1480-ci illərin sonlarında tempera ilə işlədiyi rəsm əsəridir. Bahar "dünyada haqqında ən çox yazılmış və ən mübahisəli", həmçinin, "Qərb incəsənətinin ən məşhur rəsmlərindən biri"dir.

Tabloda klassik mifologiyadan olan personajlar qrupu əks olunsa da, onları bir araya gətirəcək hansısa hekayə yoxdur.Dempsey Bir çox sənətşünaslar rəsmin Baharın gəlişinə alleqoriya olmasını bildirsələr də, onun anlamı ilə bağlı fikirlər fərqlidir, əksər fikirlər isə əsəri, o dövrlərdə Florensiyanın intellektual dairələrini valeh etmiş İntibah Neoplatonizmi ilə əlaqələndirirlər. Rəsm əsəri, onu 1550-ci illərdə Florensiya yaxınlığındkı Villa Kastelloda görmüş Corco Vazari tərəfindən "Bahar" (Primavera) adlandırılmışdır.

Bir-biri ilə əlaqəli olmasa da, Botiçellinin Uffitsi qalereyasında saxlanan "Veneranın doğulması" rəsmi kimi "Bahar" da, rəssamın mifologiyaya baxışının araşdırılmasında əsas mənbələr kimi istifadə edilir. "Bahar" dünyanın ən məşhur rəsm əsərlərindən biri olmaqla, həm də İtaliya İntibahının əsas simvollarından biridir; buna baxmayaraq sənətkarın "Veneranın doğulması" əsəri daha məşhurdur.Ettlingers, 134; Legouix, 118 Hər iki tablo antik dövrdən bəri klassik mifologiya subyektlərini böyük ölçülü tabloda əks etdirən ilk nümunələr olduğuna görə nadir hesab edilir.Ettlingers, 119 Hər iki əsərin Mediçi ailəsinin üzvü olan eyni şəxs tərəfindən sifariş edilməsi düşünülsə də, bu haqqda dəqiq məlumat yoxdur.

Əsərin tarixi haqqında dəqiq məlumat olmasa da, onun Mediçi ailəsi tərəfindən sifariş edildiyi ehtimal olunur. Əsərin mövzusu bir neçə klassik və intibah ədəbiyyat nümunəsindən, o cümlədən, Qədim Roma şairi Ovidin əsərləri, az ehtimal ki, Lukretiusun işləri və ehtimal ki, Medici ailəsinin şairi olan Ancelo Polisianonun işlərindən götürülmüş, ola bilsin ki, sonuncu Botiçelliyə kompizisiyanı yaratmağa kömək etmişdir. 1919-cu ildən əsər İtaliyanın Florensiya şəhərindəki Uffitsi qalereyasının kolleksiyasına daxildir.

Ədəbi mənbələri Əsər üçün ədəbi mənbə rolunu oynaya biləcək çoxlu saylı qaynaqlardanHartt, 332 ən aydın olanları 1893-cü ildə Ebi Varburq tərəfindən yazılmış rəssamlıq haqqında elmi dissertasiyada əksini tapmışdır.Lightbown, 140; Dempsey Rəsmin sağ tərəfindəki qrupdakı fiqurlar Qədim Roma şairi Baharın gəlişini təsvir etməsindən (Fasti, kitab 5, 2 may) götürülmüşüdür. Burada ağac nimfası Xloridanın çılpaq gözəlliyinin ilh bahar küləyi Zefiri cəlb etməsi göstərilir. Zefir Xloridanı izləyir və tutaraq zorlayır. Bundan sonra Xloridanın ağzından çiçəklər çıxmağa başlayır və o, çiçək ilahəsi Floraya çevrilir.Lightbown, 140 Ovidin poemasında deyilir ki, "…o vaxta kimi yer, ancaq bir rəngdə idi." Xloridanın adından başa düşmək olar ki, həmin rəng yaşıl olmuşdur. Yunan dilində yaşıl sözü "xloros" kimi səslənir ki, xlorofil sözü də ordan götürülmüşdür. Ola bilsin, buna görə Botiçelli Zefiri yaşımtıl mavi çalarında işləmişdir.

Digər spesifik elementlər isə ehtimal ki, Polisianonun poemasından götürülmüşdür. Şairin "Rustikus" adlı əsəri 1483-cü ildə nəşr edilsə də (Botiçellinin "Bahar"ı ümumi qəbul edilmiş fikrə görə 1482-ci ildə tamamlanmışdırLightbown, captions to his pictures), alimlərin fikrincə, Polisiano rəsmin alleqorik anlamının hazırlanması və kompozisiyasının qurulmasında Botiçelliyə kömək etdiyini düşünürlər.

Rəssamın ilhamlandığı digər bir mənbə isə Lukretiusun "De rerum natura" əsəri olmuşdur. Həmin didaktik poemada deyilir ki, "Bahar vaxtı Venera və Veneranın oğlanı gəlir/Qanadlı müjdəçi qədəm basır/ Və Zefirin ağır ayaqlarında Ana Flora/Onların yollarına çıxaraq,/Gözəl ətirli rəngarəng çiçəklər gətirir."Lightbown, 137, 138

Mövzu ilə bağlı çoxlu sayda ədəbi mənbələr olsa da, ehtimal ki, heç Botiçelli özü də həmin mənbələrin hamısı haqqında məlumatlı olmamış, onun məsləhətçiləri və köməkçiləri həmin mənbələr haqqında ümumiləşdirilmiş məlumatı sənətkara vermişdilər:

Tarixi thumb|200px|Merkuri obrazının yaradılmasında Lorenso di Pyerfrançesko de Mediçi] və ya Culyano de Mediçinin model kimi istifadə edilməsi güman olunur. Rəsmin mənşəyi aydın deyil. 1481–1482-ci illərdə Sikstin kapellasının divar rəsmləri üzərində işlədiyinə görə, Botiçelli Florensiyada yox, Romada olmuşdur. Əsərin ehtimal edilən çəkilmə tarixi əksər hallarda həmin illərdən sonra göstərilsə də, bəzən rəsm həmin tarixdən əvvələ də aid edilir. 1975-ci ildə Lorenso di Pyerfrançesko de Mediçinin 1499-cu ilə aid inventarının nəşri ilə məsələyə baxış dəyişmişdir.Lightbown, 142; Inventory publication

1499-cu ilin invertarına görə əsər, Lorenso di Pyerfrançesko de Mediçi və onun qardaşı Covanni il Popolanonun şəhər sarayında asılmışdı. Onlar Florensiyanın faktiki hakimi olan Lorenso de Mediçinin kuzenləri olmuş, atalarının vəfatından sonra isə birincinin himayəsi altında böyümüşlər.Lightbown, 120–122 Əsər böyük lettuççio üzərində mürəkkəb mebel yığımı arasında asılmışdı. Əsərin aşağı hissəsi insan gözü ilə bir səviyyədə idi.Lightbown, 122

Həmin otaqdaca Botiçellinin "Pallada və kentavr" əsəri, həmçinin Bakirə və körpə mövzusunda işlənmiş böyük bir tondo asılmışdı. Həmin tondonun hansı rəssam tərəfindən işlənməsi bu gün məlum olmasa da, o da, Botiçelli ilə əlaqələndirilir. Hər üç əsər birlikdə 180 lira dəyərində qiymətləndirilir. Sonradan 1503-cü ildə aparılmış inventarizasiyada "Bahar"ın böyük ağ çərçivəyə malik olması qeyd edilir.

"Botiçellinin həyatı"nın 1550-ci ildə həyata keçirilmiş ilk nəşrində Corco Vazari bildirir ki, o, "Bahar" və "Veneranın doğulması"nı Mediçilərə aid Villa di Kastelloda görmüşdür. İnventarın aşkara çıxarılmasından əvvəl belə hesab edilirdi ki, hər iki əsər villa üçün sifariş edilmiş, 1477-ci ildən sonra isə ya Lorenso di Pyerfrançesko tərəfindən alınmış, ya da kuzeni Lorenso de Mediçi tərəfindən ona hədiyyə edilmişdir. Qəribədir ki, Vazari hər iki rəssmdə çılpaq qadın fiqurlarının olmasını qeyd etsə də, bu belə deyildir.Lightbown, 142; Vasari, 148

Hazırda bir çox tədqiqatçılar rəsmin çəkilməsini Lorenso di Pyerfrançesko de Mediçinin evliliyi ilə əlaqələndirirlər. Toyun mayda olması planlaşdırılsa da, 25 martda Böyük Lorensonun anasının vəfatından sonra təirə salınmışdır. Toy mərasimi 19 iyul 1482-ci ildə baş tutmuşdur.Lightbown, 122; Dempsey 1480-ci illərdə Romadan qayıtmış Botiçellinin məhz həmin dövrdə əsərlə bağlı sifariş alması güman edilir.Lightbown, 142–143

Başqa bir köhnə nəzəriyyəyə görə, Böyük Lorenso əsəri qardaşı oğlu Culio di Culyano de Mediçinin (sonradan Papa olur) doğumunun qeyd edilməsi üçün sifariş etsə də, qardaşı Culyanonun 1478-ci ildə ölümündən sonra fikrini dəyişmiş və əsər Lorenso di Pyerfrançeskoya toy hədiyyəsi kimi tamamlanmışdır.Lightbown, 121–122

Belə ehtimal edilir ki, Lorenso di Pyerfrançesko Merkuri obrazı, onun həyat yoldaşı Semirande isə Flore (və ya Venera) obrazı üçün model olmuşdur. Əsəri 1470-ci illərə aid edən köhnə nəzəriyyəyə görə, Venera obrazı üçün model Marko Vespuççinin həyat yoldaşı və məşhur əfsanəyə görə Culyano de Mediçinin (Culyanonun özünün isə Merkuri obrazı üçün model olması düşünülür) sevgilisi Simonetta Vespuççi olmuşdur; lakin, bu nəzəriyyə əsərin 1470-ci illərə aid olması halında düzgün ola bilər, çünki, həm Simonetta, həm də Culyano 1478-ci ildə vəfat etmişlər. Simonetta həm də Lorensonun həyat yoldaşı Semirandenin xalası olmuşdur. Bütün bu məlumatları ümumiləşdirən Leopold Ettlinger rəsmdə, qətlə yetirilmiş Culyano de Mediçi və Simonetta Vespuççinin xatirəsinin german nornları və Aralıq dənizi Qrasiyaları ilə əks etdirildiyini qeyd edir.Ettlingers, 118–119

Kastelloda birləşdirildikdən sonra "Bahar" və "Veneranın doğulması" həmişə birlikdə olmuşdur. 1815-ci ilə kimi onlar Kastelloda asılmış, daha sonra isə Uffitsi qalereyasına köçürülmüşlər. 1919-cu ilə kimi bir neçə il ərzində hər iki əsər Florensiyada yerləşən başqa bir dövlət qalereyası olan Akademiya qalereyasında saxlanmışlar.Legouix, 115–118 1919-cu ildən bu günə kimi hər iki əsər Florensiyadakı Uffitsi qalereyasında nümayiş etdirilir. İkinci Dünya müharibəsində İtaliya cəbhəsi döyüşləri zamanı bomabalamadan xilas etmək üçün hər iki əsər Florensiya yaxınlığındakı Montequfoni qəsrinə gətirilmişdir.

Müharibənin qurtarmasından sonra Uffitsi qalereyasına gətirilən əsər bu günə kimi orda nümayiş etdirilməkdədir. 1978-ci ildə əsər üzərində restavrasiya işləri aparılmışdır.Lightbown, 143–145 Bərpa zamanı müəyyən edilmişdir ki, əsrlər keçdikcə rəsmin rəngləri əhəmiyyətli dərəcədə tündləşmişdir.

Təsviri 200px|thumb|left|Üç Qrasiya Rəsmdə altı qadın, iki kişi fiquru və portağal ağacı üzərində kupidon təsvir edilmişdir. Kompozisiyanın hərəkətliyi sağdan sola təmin edilmişdir və buna görə də həmin ardıcıllıqla baxdıqda, "Mart küləyinin dişlədiyi Zefir, nimfa Xloridanı qaçıraraq ona sahib olmağa çalışır, sonra onlar evlənirlər, Zefir tanrıya Xlorida isə bahar və həyatın əbədi doğulması ilahəsinə çevrilərək yerə qızılgüllər səpir" nimfa Xloridandan sonra onun çevrildiyi ilahə Flora yerləşir.

Kompozisiyanın mərkəzində digər fiqurlardan üzünü çevirmiş qırmızı-mavi geyimli Venera dayanır. Çiçək toplayan Veneranın baxışları izləyicilərə zillənib. Onun arxasındakı ağaclar tağ formalaşdırır, Veneranın tağ ortasında yerləşdirilmiş başı isə göz əmələ gətirir. Onun başı üstündə ucan Kupidon gözlərini yumaraq oxunu sola istiqamətləndirir.Lightbown, 126–128 Rəsmin sol tərəfində yerləşən şəffaf ağ geyimli üç qadın fiquru – Üç qrasiya əllərini birləşdirərək rəqs edir. Rəsmin ən sol tərəfində yerləşən qırmızı geyimli, qılınc və dəbilqəli Merkuri, əlini zəif boz buludlara doğru uzadır.Lightbown, 128–135

Fiqurlar arasında qarşılıqlı əlaqə sirrlidir. Zefir və Xlorida bir-birlərinə baxırlar. Flora və Venera birbaşa izləyiciyə baxırlar, Kupidonun gözləri bağlıdır, Merkuri isə arxasını digərlərinə çevirərək buludlara baxır. Üç Qrasiyadan mərkəzdə olanı Merkuriyə, digər iki Qarsiya isə bir-birlərinə baxırlar. Floranın üzündəki təbəssüm həmin dövrün rəssamlığı üçün çox qeydri-adi detaldır.Lightbown, 138

Peyzaj səhnəsi olduqca mürəkkəb xarakterə malikdir. Rəsmdə 500 müxtəlif bitki növü təsvir olunmuşdur ki, onlardan da 190-ı fərqli güllərdir, həmin güllərin 130-nun hansı növdən olmasını müəyyənləşdirmək mümkün olmuşdur. Rəsmin ümumi ölçüləri və görünüşü həmin dövrlərdə sarayların bəzədilməsi üçün istifadə edilən məşhur flamand milflör (min çiçək) qobelenlərini xatırladır.Lightbown, 123; Ettlingers, 120, 122

Həmin qobelenlər 1480-ci illərin İtaliya İntibahı ənənələrinə uyğun olmasa da, rəsmin kompozisiyasında qobelenlərin aid olduğu qotik stilin aspektlərini görmək mümkündür. Fiqurlar rəsmin ön planında "ip üzərində düzülmüş mivarilər kimi" sərt xətt üzrə yerləşdirilmişdir.Ettlingers, 122 İndi məlumdur ki, şəklin yerləşdirilməsi nəzərdə tutulan şəraitdə onun aşağı hissəsi insan gözü səviyyətində və ya ondan bir qədər yuxarıda yerləşməli idi ki, bu da fiqurtarın düz səth üzərində yerləşməsi və dərinliyə önəm verilməməsini izah edir.

Digər fiqurlarla müqayisədə Veneranın ayaqları daha yuxarıda yerləşdirilmişdir ki, bununla da rəssam Veneranın digər personajlarla müqayisədə daha arxada yerləşdiyini göstərir; buna baxmayaraq, fiqur digərləri ilə demək olar eyni ölçüyə malikdir. Soldakı Qrasiyanın qarşısında Merkurinin qılıncı, Xloridanın qabağında isə Floranın əlinin yerləşməsi, onların bir qədər qabaqd dayandıqlarını göstərir. Arxa fondakı çiçəklərin öndəki çiçəklərdən daha kiçik olmadıqları göstərilmişdir ki, bu da milflör qobelenlərinə xas xüsusiyyətlərdən biridir.Ettlingers, 119–120

Rəsmdə personajların geyindikləri kostyumlar o zaman florensiyalıların geyindikləri kostyumların müxtəlif variantları olsa da, Vazari yazır ki, bu cür geyimləri o, Lorenso de Mediçinin təşkil etdiyi festival və yarış mərasimlərində müşahidə etmişdi. Rəsmdə açıq nəqlin olmaması maskarad və canlı rəsm səhnələri ilə, və ya tipik statik qotik alleqoriyalarla əlaqəli ola bilər.

Təfsiri