thumb|1 İxtiyar Kərim oğlu Hüseynli () — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Tərəqqi" medalı və "Prezident Təşəkkürnaməsi" təltifçisi. Azərbaycan Jurnalistlər Birliyinin üzvü,AZƏRBAYCAN RESPUBLİKASININ MƏTBUAT İŞÇİLƏRİNİN "TƏRƏQQİ" MEDALI İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın katibidir.Daxili İşlər Nazirliyi yanında İctimai şuranın 7 nəfərlik yeni tərkibi seçildi – Heyətdə jurnalist həmkarımız da var

Həyatı İxtiyar Hüseynli 1977-ci ilin iyun ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Əslən Ağdam rayonunun Gülablı kəndindəndir. Həbibbəy Mahmudbəyov adına texniki-humanitar elmləri liseyində orta təhsil almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Tələbəykən təcrübə keçdiyi "Yeni Azərbaycan" qəzetində işə başlayan İxtiyar Hüseynli 1997-ci ilin avqust-dekabr aylarında müxbir və şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1998-ci ilin yanvar ayında — 20 yaşında hakim partiyanın qəzetində baş redaktorun müavini vəzifəsinə təyin olunmuşdur.

Ailəsi Ailəlidir, iki övladı var.

Fəaliyyəti Fəaliyyətini 2001-ci ildə televiziya sahəsində — "Media Holdinq"in "Lider" teleşirkətində davam etdirən İxtiyar Hüseynli burada xəbər və analitik verilişlər departamentində reportyor, həmçinin "Azərbaycan" redaksiyasında redaktor vəzifələrində çalışmış, gündəlik "Sədadan sonra" verilişinin aparıcısı olmuşdur. Həmin dövrdə onun ssenari müəllifliyi ilə 5 sənədli film çəkilmişdir. 2002-2025-ci illərdə rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzetinin Parlament və siyasət şöbəsinin redaktoru, Baş redaktorun müavini vəzifələrində çalışıb.

İxtiyar Hüseynlinin indiyədək 2 mindən artıq analitik məqaləsi, ictimai-siyasi mövzulu araşdırması çap edilmişdir. Onun adı ölkə mediasında məqalələri digər KİV-də ən çox çap edilən, istinad olunan azsaylı jurnalistlər sırasındadır. 150-dən artıq yazılı və elektron KİV-də məqalələri dərc edilmişdir. 30-dan artıq kitabın müəllifi, redaktoru, tərtibçisidir, Jurnalistlər Birliyinin üzvüdür.

2026-cı ilin fevral ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib. İctimai Şuranın katibidir.

Mükafatları 2010-cu ildə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı" ilə təltif edilib. Prezident İlham Əliyevin 14 sentyabr 2018-ci ildə imzaladığı sərəncamla milli mətbuatın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar jurnalisti fəxri adına layiq görülüb."Azərbaycan" qəzetinin əməkdaşlarına "Əməkdar jurnalist" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin 10 dekabrında "Prezident Təşəkkürnaməsi" ilə təltif edilib. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının medalı ilə təltif olunub. "Qızıl qələm" mükafatı laureatı, çoxsaylı yaradıcılıq müsabiqələrinin qalibidir. Həmçinin İ.Hüseynli müxtəlif dövlət orqanları tərəfindən fəxri fərmanlar, təltiflər və medallarla mükafatlandırılmışdır.

İstinadlar

Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:"Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilənlər