IS-10 (Object 730) KV, IS və ya 1943-cü ildən istehsal edilən SSRİ ağır tanklarının ən son məhsuludur. Bu tanklar əvvəllər IS-8 və ya IS-9 adlandırılmalı olsa da, sonda IS-10 adı ilə 1952-ci ildə xidmətə qəbul edilmişdirlər, lakin 1953-cü ildə Stalinin ölümü ilə SSRİ-də dəyişmiş olan siyasi ab-havanın təsiri nəticəsində tankın adı dəyişdirilərək T-10M edilmişdir. Doğrudan da “əcdadı” olan IS-3 tanklarından daha uzun bir gövdəyə, 6 cüt yol təkərləri yerinə 7 cüt yol təkərlərinə, inkişaf etdirilmiş olan bir dizel motoruna və artan zirehi ilə duman çıxardan yeni bir silah montaj edilmiş böyük bir tank qülləsinə sahib idi. T-10 daha artıq cəbbəxana daşımaq qabilliyyətinə sahib olmasına baxmayaraq, ümumi olaraq performansı IS-3 tankları ilə bərabər hesab edilmişdir. T-10M tanklarının ordularına aid müstəqil tank taborları və müstəqil tank alayları formalaşdırılmışdır. Bu müstəqil tank birlikləri piyadaların həyata keçirdikləri hərbi əməliyyatları dəstəkləmək və hərəkət edə bilmək üçün mexanikləşdirilmiş birliklərə bağlı ola bilərdilər. Bu xidmətə qəbul edilmiş olan sonuncu SSRİ ağır tankı olmuşdur. Zaman keçdikcə təkmilləşdirilən T-64MBT tankları T-10M tanklarının yerinə cəbhələrdə vəzifələrə göndərilirdilər.

Zireh: 250 mm

Əsas silah: 122 mm-lik D-25TA topu

Köməkçi silah: 2 ədəd 12.7 mm-lik DShKM pulemyotu (piyadalara və hava hücumlarına qarşı)

Mühərrik: 39 l 12-silindirli dizel model V-2-IS

Mühərrik gücü: 700 at gücü (522 kW)

Hərəkət ehtiyatı: 250 km

Sürəti: 42 km/saat (yolda)

thumb|T-10 M tanklarının tırtılının quruluşu

thumb|T-10M tanklarının şassisi

thumb|T-10, Lutsk, Ukrayna ordusunun Volynskiy regional muzeyi

İstehsal müddəti

İkinci dünya müharibəsindən sonra ABŞ M103, Böyük Britaniya isə Conquerer adlı ağır tanklar istehsal edirdilər. SSRİ ordusu buna cavab olaraq IS seriyalı tanklardan fərqli olaraq daha uzun gövdəyə sahib olan və daha böyük tank istehsal etməyə qərar verir. Tankın idarəetmə sisteminin texnologiyası 1940-cı illərdən qalsa da, mühərriki yenilənmişdi və əvvəlki ağır müharibə tankları kimi yavaş hərəkət etmirdilər. Üstündəki top iki ədəd mərmi atmağı bacarsa da, bu tankın topunun dəqiqədəki atəş gücü zəif idi.

Dəyişən müharibə şərtləri ilə ağır tanklar artıq işə yaramamağa başlamışdı, bunun üçün də, SSRİ əsas döyüş tanklarının istehsalına önəm verməyə başladı. Yavaş-yavaş vəzifədən çıxardılan T-10 tankları 1993-cü ildən etibarən tamamilə sıradan çıxardıldılar. Hal-hazırda bu tankların böyük bir qismindən mərmilərin sınaqları üçün istifadə edilir.

thumb|T-10 tanklarının yandan görünüşü

thumb|Arxangelskiydə Vadim Zadorozhnı adına avtomobil muzeyində sərgilənən T-10 tankı

Xarici keçidlər

Kateqoriya:Tanklar Kateqoriya:SSRİ tankları