Santa-Marta — Karib dənizi sahillərində, şimali Kolumbiyada şəhər və bələdiyyə. Maqdalena departamentinin inzibati mərkəzi hesab edilir. Santa Marta şəhəri əhəmiyyətli dəniz limanı, tarixi, mədəni və turistik mərkəzidir. 2005-ci ildə ərazinin, əhalinin siyahıyalınmasına görə, əhalinin sayı 415.270 nəfər idi, şəhərin sahəsi 2393.35 km² idi.
Tarixi Şəhərin əsası 1525-ci il iyulun 29-da ispaniyalı Rodriqo de Bastidas tərəfindən qoyulub. Adı Svataya Marfanın şərəfinə verilən bu şəhərdə hər il 29 iyul xatirəsi qeyd edilir. Bir sıra tarixçilərə görə, şəhərin adını fərqli bir izah var.
Həmçinin bax Kolumbiyanın inzibati bölgüsü Boqota Tunxa Monteriya Kibdo Florensiya (Kaketa) İnirida San Xose del Quavyare
İstinadlar
Xarici keçidlər
Santa Marta şəhərinin rəsmi saytı
Kateqoriya:Kolumbiya şəhərləri