300px|thumb|Panzerkampfwagen I Ausf və ya Panzer I

Sonderkraftfahrzeug (qısaldılmışı Sd. Kfz.) Almanca xüsusi məqsədlər üçün yaradılmış texnika mənasına gəlirdi. (ya da Xüsusi Ordu Texnikası). Bu texnikalar sadəcə olaraq Nasist Almaniyası ordusu olan Wehrmacht tərəfindən II. Dünya Müharibəsi sırasında istifadə edilmişdir. Ümumi olaraq zirehli müharibə texnikası kateqoriyasına daxil olardılar. Məsələn: Panzer I tanklarının Nasist Almaniyası ordusunun qeydlərindəki adı Sd. Kfz.101-dir.

Sd. Kfz-nin nömrələmə sistemi Kütləvi istehsalı ilə bağlı qəti şəkildə qəbul edilmiş olan qərarlar yoxdur. Məsələn: Panzer II tankları bir kəşfiyyat texnikası olaraq dizayn edilmiş və adlandırılmış, ancaq 200-dən artıq seriyada istehsal edilsə də, cəmi 100 seriyada yerləşdirilmişdir. Ümumi olaraq götürdükdə bu texnikalar aşağıdakı kateqoriyalar üzrə təsnifatlandırılmışlardır:

Sd. Kfz. 1-dən 99-dək: Zirehsiz yarı paletli texnikalar

Sd. Kfz. 100-dən 199-dək: Tanklar, tank məhv edənlər və özüyeriyən artilleriya sistemləri

Sd. Kfz. 200-dən 299-dək: Kəşfiyyat maşınları, zirehli maşınlar, zirehli personal daşıyıcılar və komandanlıq tankları

Sd. Kfz. 300 və yuxarı: Mina təmizləmə vasitələri və hərbi yükdaşıma nəqliyyatı vasitələri

Kateqoriya:Zirehli avtomobillər Kateqoriya:Almaniya Silahlı Qüvvələri Kateqoriya:Nasist Almaniyası Kateqoriya:SSRİ tankları