thumb|"Vəhşi heyvanın rəqəmi 666-dır". Müəllif: Vilyam Bleyk. 1805-ci il.

Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (, ) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir.Revelation 13:18 Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 () kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir.Novum Testamentum Graece, Nestle and Aland, 1991, footnote to verse 13:18 of Revelation, page 659: "" as found in C [C=Codex Ephraemi Rescriptus]; for English see Metzger's Textual Commentary on the Greek New Testament, note on verse 13:18 of Revelation, page 750: "the numeral 616 was also read …"

İnterpretasiya Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir:Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir. Ümumi olaraq qəbul edilmişdir ki, Vəhy Kitabında "heyvan rəqəmi"nin 666-ya çatması, latın dilində "Neron Kesar" (, ; mənası – "imperator Neron") kəlmələrinin ivrit əlifbasında yazılması, ardınca onların gematriyasının ölçülməsi ilə yaranmışdır. Bu, erkən xristianların Neronu müstəsna dərəcədə şeytani fiqur hesab etdiyini göstərir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Bibliya ilə əlaqəli mübahisələr Kateqoriya:Vəhy Kitabı Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Xristianlıqda əcinnələr Kateqoriya:Məhəmməd Kateqoriya:Bibliyanın məzmunu Kateqoriya:Şeytan Kateqoriya:Esxatologiya Kateqoriya:Əhdi-cədid Kateqoriya:Satanizm Kateqoriya:Natural ədədlər