Şükrü Naili Gökbərk (; ) — Türk əsgəri və siyasətçisi. Türkiyə İstiqlaliyyət müharibəsinin komandirlərindən biri olmuşdur. Bursa, Əskişəhər və İstanbulun işğaldan azad edilməsində ən böyük əməyi olan Osmanlı komandirlərindən biridir.

Həyatı 1876-ci ildə Salonikidə Mustafa bəyin və Həsibə xanımın ailəsində anadan olmuşdur. Ədirnə liseyindən məzun olduqdan sonra 1899-cu ildə Hərbi Məktəbi, 1902-ci ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Salonikidəki 3-cü ordu komandanlığının nəzdindəki Korça və Vlyorada 2-ci dərəcəli Rədif taboru vəzifəsinə təyin edildi.

Hərbi fəaliyyəti Şükrü Naili Gökbərk Birinci Dünya müharibəsində Osmanlı ordusunda zabit kimi xidmət göstərdi. 1917-ci ilin senytabrın birində polkovnik və Türkiyə İstiqlaliyyət müharibəsi ərzində isə 1922-ci ilin 30 avqustunda general-mayor rütbəsinə yüksəldi. 1926-ci ilin 30 avqustunda isə general-leytenant oldu.

1923-cü ilin 6 oktyabrında İstanbulun Birinci Dünya müharibəsinin müttəfiqlər ordusunun işğalından azad edilməsi münasibətilə ilə təşkil edilən mərasimdə şəhərə daxil olan Ankara hökumətinin Türk qüvvələrinə (3-cü korpusu) rəhbərlik etdi. Bu gün hər il İstanbulun İstiqlaliyyət günü kimi qeyd olunur.

Siyasi fəaliyyəti Türkiyə Böyük Millət Məclisinin II dövründə Kırklareli (1923), daha sonra isə İstanbulun (1935) millət vəkili oldu.

Mükafatları "Osmaniyyə" ordeni Məcidiyyə ordeni Dəmir xaç ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)

Qalereya

Mənbə T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 87.

Kateqoriya:TBMM II çağırış deputatları Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:Makedoniya türkləri Kateqoriya:İstanbul ilinin deputatları