Kəmaləddin Sami Paşa və ya sonradan Kəmaləddin Sami Gökçən (; ) — Osmanlı əsgəri və diplomatı.Dağlı, E. (2021). Osmanlı'dan Cumhuriyete Asker ve Diplomat: Kemalettin Sami (Gökçen) Paşa. Journal of International Social Research, 14(77) Vəfatının ardından çıxarılan Soyadı Qanunu çərçivəsində bütün ailə fərdləri Gökçən soyadını almışdır.
Həyatı
Ailə şəcərəsi haqqında Şəcərəsi, 1467-ci ildə Qaramanoğulları bəyliyinin Osmanlılara ilhaqınınn ardından aparılan köçürmə siyasətilə Niş əyalətinə (indiki Serbiya ərazisinə) köçürülən Yağlızadə Emin Əfəndidən gəlir.Başkan, Y. (2012). Fatih Sultan Mehmed Döneminde Karaman Bölgesinde İstanbul'a Nakledilen Nüfus. Tarih Dergisi, 107-134Karadeniz, H. B. (2015). Karaman Sürgünleri (1467-1474). Belleten, 79(284), 73-104 Ailəsi 2 nəsil boyunca burada məskunlaşdıqdan sonra, atası Əbdürrəhman Sami Əfəndi Sinopa köç etmiş və burada uzun müddət su işləri idarəsində kiçik məmur olaraq çalışmışdır. Ancaq 1897-ci ildə serblərin Balkanlarda apardığı terror aktlarının birində Səhər və Xeyriyyə adlı iki qızıyla birlikdə şəhid edildi.
Anası Əminə xanım isə Bursanın məşhur ailələrindən Burdurizadə ailəsinə mənsubdur. Ana-babası Osman Fevzi Əfəndi ticarətlə məşğul olmuş,Akgün, N. (2022). Bursa Ticaret ve Sanayi Odası Kuruluşu ve Gelişimi. Bursa Ticaret ve Sanayi Odası Yayınları, 17 uzun illər Osmanlı Bankının Bursa təmsilçisi kimi fəaliyyət göstərmişdir. 1875-1883-cü illərdə Bursa Bələdiyyə rəisi olan Osman Fevzi Əfəndi yunanların Bursanı işğal etməsindən qısa müddət sonra - 6 sentyabr 1920-ci ildə vəfat etmişdir.
Ailənin ən böyük övladı olan Kəmaləddin Sami bəyin özündən sonra Nigar, Səhər, Cəmaləddin, Xeyriyyə və Həmdi adlı 5 qardaş-bacısı dünyaya gəlmiş, bunlardan Səhər və Xeyriyyə adlı 2 bacısı serblər tərəfindən şəhid edilmişdir.
Qardaşlarından Hamdi Sami bəy Qalatasaray liseyində təhsil aldıqdan sonra 1914-cü ildə Şahzdə Əbdülhəlim və Fuad Əfəndiylə Potsdam Hərbi Akademiyasına göndərildi. Kəmaləddin Sami Paşanın Berlin səfirliyi dönəmində də bir müddət Almaniyada yaşayan Hamdi Sami bəy burada mədən və kimya sənayesi üzrə təhsil almışdır. Paşanın xanımı Əminə Nabilə xanımın vasitəçiliyi ilə 1929-cu ildə Bursanın mühüm ailələrindən Sidiqə Şükufə xanımla evləndirilmişdir.
Bir digər qardaşı Cəmaləddin bəy isə 1934-cü il tarixli Soyadı Qanununun ardından ailənin digər fərdləri kimi Gökçən deyil, Soykan soyadını almışdır. Kəmaləddin Sami Paşanın dəstəyilə Bursada zeytun yağı fabriki açan Cəmaləddin bəy uzun illər bu sahədə fəaliyyət göstərmişdir.
Bacılarından Nigar Sami xanım isə 21 mart 1962-ci ildə vəfat etmiş və Sinopda Çuxurbağ məzarlığına dəfn edilmişdir.
İlk illəri və təhsil həyatı 19 avqust 1884-cü ildə Sinopda dünyaya gəldi. Uşaqlıq illəri Sinopda keçən Kəmaləddin Sami bəy ilk təhsilini burada aldıqdan sonra 1897-ci ildə atasının vəfat etməsilə İstanbula göndərildi və Darüşşafaka təhsil ocağında yatılı təhsil almağa başladı.İzzet , M., Esad, M., Nuri, O., & Kami, A. (2000). Darüşşafaka-Türkiye'de İlk Halk Mektebi. İstanbul: Darüşşafakalılar Derneği Yayınları Burada təhsilini tamamlamasının ardından 16 oktyabr 1901-ci ildə Topçu məktəbinə yazıldı və hərbi sahədə təhsilini davam etdirdi. Burada keçirdiyi illər ərzində fransız və alman dillərini mənimsəyən Kəmaləddin Sami bəy 27 may 1905-ci ildə buradan məzun oldu və hərbi akademiyaya yazıldı. 1 sentyabr 1908-ci ildə bu akademiyanı da birinciliklə bitirdi və kapitan rütbəsilə məzun oldu.
Hərbi fəaliyyəti
Ərzincandakı fəaliyyətləri Məzun olduqdan sonra Ərzincandakı dördüncü ordunun topçu alayında xidmətə başladı. Bu vəzifədə ikən İstanbulda baş verən 31 mart hadisələri öz təsirini əyalətlərdə də göstərmiş,Akşin, S. (1994). Şeriatçı Bir Ayaklanma 31 Mart Olayı. Ankara: İmge Kitabevi kapitan Kəmaləddin Sami bəy aldığı əmrlər yönündə bölgədə üsyanın böyüməsinin qarşısını almışdır.Aysal, N. (2006). Örgütlenmeden Eyleme Geçiş: 31 Mart Olayı. Ankara Üniversitesi Türk İnkılap Tarihi Enstitüsü Atatürk Yolu Dergisi, 15-53Orhon, A. (1985). Erzurum ve Erzincan'da "31 Mart Olayı" ile ilgili Ayaklanmalar ve Bastırılışları. İkinci Askeri Tarihi Semineri Bildiriler (s. 93-109). Ankara: Genel Kurmay Basımevi
Balkan müharibəsi illərində 29 sentyabr 1912-ci ildə Müstəqil Yanya qolordusu komandanlığına təyin olunan Kəmaləddin Sami bəy burada Əli Fuad bəylə birlikdə yunanlara qarşı Yanyanın müdafiəsində çarpışmışdır.Devlet Arşivleri Genel Müdürlüğü. (2013). Osmanlı Belgelerinde Balkan Savaşları I. İstanbul: Osmanlı Arşivi Daire Başkanlığı Yayın No: 127Genel Kurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı. (1984). Yanya Savunması ve Esat Paşa. Ankara: Kültür ve Turizm Bakanlığı Yayınları Döyüşlərdə sağ qolundan ciddi şəkildə yaralanan Kəmaləddin Sami bəy qərargaha aparıldı və burada 2 dəfə əməliyyat olunsa da, sağ qolu iflic vəziyyətində qaldı. Döyüşlərdə göstərdiyi şücaət səbəbilə 1 mart 1914-cü ildə mayor rütbəsinə yüksəldi.
Birinci Dünya Müharibəsi illərində Birinci Dünya Müharibəsi illərində Çanaqqala və Hicaz cəbhələrində vuruşan Kəmaləddin Sami bəy aldığı süngü yaraları səbəbilə 1 sentyabr 1915-ci ildə yenidən qərargaha alındı. Müalicəsinin tamamlanmasının ardından 29 sentyabr 1915-ci ildə Şahzadə Ömər Fərrux Əfəndinin müəllimi və yavəri olaraq onunla birlikdə Berlinə göndərildi.
Döndükdən sonra isə yeni vəzifə yeri olaraq 18 avqust 1917-ci ildə Hicaz cəbhəsinə göndərildi. Burada ingilislərin təhrikilə Osmanlı hakimiyyətinə qarşı ayaqlanan ərəbləri nizam altına salmağa çalışan Kəmaləddin Sami bəy gedən döyüşlərdə 21 oktyabr 1917-ci ildə yaralandı və fəaliyyətini bir müddət qərargahdan davam etdirdi.Avşar, S. (2004). Birinci Dünya Savaşı'nda İngiliz Propagandası. Ankara: Kim Yayınları O əsnada rütbəsi polkovnik-leytenantlığa yüksəldi. Ardından 28 yanvar 1918-ci ildə 8-ci qolordu komandanlığına təyin olundu və qərargaha edilən basqınlardan birində yaralanaraq müalicə üçün İstanbula göndərildi.
Birinci Dünya Müharibəsinin sonlarına doğru 6 iyun 1918-ci ildə Şimali Qafqaz komandanlığına təyin olunan Kəmaləddin Sami bəy 20 iyunda 10-cu Qafqaz tüməni komandan vəkilliyinə gətirildi. Bu vəzifəsini Batumidən yürütməyə başlayan Kəmaləddin Sami bəy, bağlanan Mudros sülhü şərtləri səbəbilə ard-arda bir neçə vəzifəyə təyinat aldı.
Milli Qurtuluş Hərəkatı illərində Sülhün təmin olunmasıyla Batumidəki tüməniylə birlikdə geri çağırılan Kəmaləddin Sami bəy İstanbulda keçirdiyi günlərdə Anadoluda başlayan Milli Qurtuluş Hərəkatına dəstək verməyə başladı. Hərəkata qoşulmaq istəyənlərin və silah-sursatların Anadoluya təhlükəsizlik şəkildə keçməsinə nəzarət edən Kəmaləddin Sami bəy, İstanbulun müttəfiq birlikləri tərəfindən 16 mart 1920-ci ildə işğalından sonra Mustafa Kamal Paşa tərəfindən İstanbuldakı teleqraf yazışmalarına nəzarət etməklə vəzifələndirildi. Şahzadəbaşı səmtindəki polis idarəsinə ingilislər tərəfindən tərtiblənən basqının ardından Kəmaləddin Sami bəy bir müddət qaçaq həyatı yaşadı.Sürmeli, S. (2010). Şehzadebaşı Karakolu Baskını ve Olay Mahalline Giren İlk Gazete Tevhid-i Efkâr. Atatürk Yolu Dergisi, 103-116 8 aydan sonra isə 20 noyabr 1920-ci ildə Milli Qurtuluş Hərəkatına qoşulmaq məqsədilə gizlicə Ankaraya yola düşdü. Cəmi 2 gün sonra isə Ankara komandanlığına təyin edilən Kəmaləddin Sami bəy həmin ilin 18 dekabrında Birinci Tümən komandanlığına yüksəldi.
Yunanların 6 yanvar 1921-ci ildə hücuma keçməsinin ardından başlayan Birinci İnönü döyüşü əsnasında Ankaranın müdafiəsiylə vəzifələndirildi və bu səbəblə, döyüşlərdə şəxsən iştirak edə bilmədi.Tavukçu, İ. (2019). Milli Mücadele'de İnönü Muharebeleri. Ankara: Ankara Üniversitesi Türk İnkılap Tarihi Enstitüsü Yayınlanmamış Doktora Tezi Döyüşlərin ardından 1 mart 1921-ci ildə polkovnikliyə yüksəldi. 23-31 mart tarixli İkinci İnönü döyüşləri, eləcə də 10-24 iyul tarixli Kütahya-Əskişəhər döyüşləri və 22 avqustda başlayan Sakarya döyüşlərində şücaətlə iştirak etdi.Bolat, C. (2019). Sakarya Muharebesi ve Cephe Gerisi. Kırıkkale: Kırıkkale Üniversitesi Sosyal Bilimler Enstitüsü Yayınlanmamış Yüksek Lisans Tezi 31 avqust 1922-ci ildə mirliva rütbəsinə yüksəldi.
Diplomatik fəaliyyəti İlk iclası 11 avqust 1923-cü ildə baş tutan Türkiyə Böyük Millət Məclisinin ikinci dönəmində 241 səs toplayaraq Sinop millət vəkili olan Kəmaləddin Sami bəy heç vaxt məclisə qatılmadı. Belə ki, cəmi 1 il sonra 8 oktyabr 1924-cü ildə Türkiyə Cümhuriyyətinin Berlin səfiri kimi təyinat aldı. Ancaq hərbi fəaliyyətini davam etdirən Kəmaləddin Sami Paşa 1926-cı ildə general-leytenant rütbəsinə yüksəldi və 2 il sonra təqaüdə ayrılaraq hərbi vəzifələrindən çəkildi. Buna baxmayaraq Berlin səfirliyi vəzifəsini davam etdirdi.
Berlin səfirliyi dönəmi boyunca Almaniyanın digər Avropa ölkələriylə olan siyasi münasibətlərini analiz edən Kəmaləddin Sami Paşa bunlarla bağlı Ankaraya raportlar göndərmişdir.Koçak, C. (2013). Türk-Alman İlişkileri (1923-1939). Ankara: Türk Tarih Kurumu YayınlarıKoçak, Y. (2022). Berlin Büyükelçisi Kemalettin Sami Paşa'nın Raporları'ndan Weimar Cumhuriyetine Bakmak (1925-1933). Ankara: Hacettepe Üniversitesi Sosyal Bilimler Enstitüsü Yüksek Lisans Tezi Almaniyada yüksələn nasional sosializm dalğasının inkişafını aybaay Türkiyəyə raport edən Kəmaləddin Sami Paşa bir neçə dəfə Adolf Hitlerlə rəsmi görüş tərtibləmişdir.Yılmazata, M. (2014). Alman Arşiv Belgelerine Göre Hitler Rejiminin Türkiye'deki Faaliyetleri (1923-1945). İstanbul: İstanbul Üniversitesi Atatürk İlkeleri ve İnkılap Tarihi Enstitüsü Doktora Tezi Türkiyənin hərbi sənayesinin inkişafı yolunda bir çox alman şirkətiylə əməkdaşlıq yaratmışdır.Bolat, B., & Nizamoğlu, A. (2019). Kemalettin Sami Paşa ve Berlin Büyükelçiliği Faaliyetleri (1924-1934). Avrasya İncelemeleri Dergisi, 117-151 Digər yandan Berlin-İstanbul hava yolu ilə sərnişin daşıma xəttinin qurulmasında mühüm rol oynadı. Berlində qaldığı dönəmdə 21 oktyabr 1930-cu ildə məşhur fizik-alim Albert Eynşteynlə görüşmüşdür.
Son illəri Vürtsburq Universitetinin 350-ci ildönümü münasibətilə keçirilən mərasimə qatılmaq üzrə fəxri konsul Metzinqlə birlikdə 11 may 1932-ci ildə yola çıxan Kəmaləddin Sami Paşa, avtomobilin təkərlərindən birinin çıxması və sürücünün yanlış manevrası səbəbilə baş verən avtomobil qəzası nəticəsində ağır yaralandı. Qəza anında Kəmaləddin Sami Paşa və fəxri konsul Metzinq avtomobildən çölə çıxmış, konsulun qızı isə avtomobilin altında qalaraq hadisə yerində həlak olmuşdur. Sağ qolunun iflic olması səbəbilə hərəkət edə bilməyən Kəmaləddin Sami Paşa başından aldığı zədə nəticəsində şüurunu itirmişdir. Veymar şəhərinə aparılan və burada müalicə olunan Kəmaləddin Sami Paşa bir müddət sonra sağlamlığına qovuşdu.
12 aprel 1934-cü ildə Almaniyada ikən tutulduğu mədə xəstəliyi səbəbilə əməliyyat olunan Kəmaləddin Sami Paşa əməliyyatın ardından çox yaşamadı. Cəmi 3 gün sonra - 15 aprel 1934-cü ildə vəziyyəti ağırlaşdı və edilən müdaxilələrə baxmayaraq həyatını itirdi. Adolf Hitlerin əmrilə tərtib edilən cənazə mərasiminin ardından cənazə qatarla Türkiyəyə göndərildi. Berlin türk məzarlığında qılınan ilk cənazə namazının ardından növbəti mərasim 25 aprel 1934-cü ildə Ayasofiya meydanında baş tutdu. Mərasimin ardından 16 mart şəhidlər xiyabanına dəfn edilən Kəmaləddin Sami Paşanın məzarı 1988-ci ildə Ankaradakı Dövlət məzarlığına köçürüldü.
Ailəsi