alt=Tarix: 23 fevral 1848-ci il — 1849-cu illərin əvvəli|thumb|Barricade on the rue Soufflot, Horace Vernet 1848-ci il üsyanları, Xalqların Baharı və ya İnqilab Yolu — Avropada ən geniş inqilab dalğası olmuşdur.
İnqilablar, əvvəlki monarxik strukturların aradan qaldırılması və müstəqil dövlət qurumlarının yaradılması məqsədi ilə mahiyyətcə demokratik və liberal idi. Fevral ayında Fransada baş verən ilkin mərhələdən sonra inqilab bütün Avropaya yayılmışdır. 50-dən çox ölkəyə təsir göstərməsinə baxmayaraq, inqilabçılar arasında əhəmiyyətli koordinasiya və ya əməkdaşlıq olmamışdır. Üsyanlara təkan verən ən böyük amillər siyasi rəhbərliyə qarşı olan narazılıq, hökumət və demokratik proseslərdə daha geniş iştirak etmək, mətbuat azadlığı və işçi sinfin digər tələbləri, milliyyətçiliyin yüksəlməsi və hökumət qüvvələrinin yenidən qurulmasına dair tələblər daxil idi.
İnqilab islahatçılar, orta və işçi təbəqə üzvlərindən ibarət müvəqqəti koalisya tərəfindən idarə olunduğuna görə uzunömürlü olmadı. On minlərlə adam öldürüldü və bir çoxları sürgünə məruz qaldı. Uzun müddət davam edən islahatlar Avstriya və Macarıstanda təhkimçiliyin ləğvi, Danimarkada mütləq monarxiyanın sona çatması və Hollandiyada parlamentli demokratiyanın tətbiqi ilə nəticələndi. İnqilablar Fransa, Hollandiya, Almaniya Konfederasiyası və Avstriya imperiyasını təşkil edən dövlətlər üçün mühüm rol oynadı.
Başlanğıcı thumb|1848–1849-cu illərdə Avropa xəritəsi, əsas inqilabçı mərkəzləri, əks-inqilabçı hərbi hərəkatlarını və hakimiyyətdən imtina edən dövlətləri əks etdirir. İnqilablar müxtəlif səbəblərdən meydana gəldiyi üçün bu motivləri bir ardıcıl hərəkətdən görmək çətindir. XIX əsrin birinci yarısında Avropa cəmiyyətində çoxsaylı dəyişikliklər baş vermişdir. Bu dövrdə həm liberal islahatçılar, həm də radikal siyasətçilər milli hökumətləri yenidən formalaşdırmağa çalışırdılar.
Texnoloji dəyişiklik işçi sinifdən olanların həyatını kökündən dəyişirdi. Populyar mətbuat siyasi maarifləndirilmə, populyar liberalizm, millətçilik və sosializm kimi yeni dəyərlər və fikirləri əhatə etməyə başladı. Bəzi tarixçilər qeyd edirlər ki, 1846-cı ildə məhsul yığımında olan uğursuzluqlar kəndlilərin və şəhərdə yaşayan yoxsul təbəqənin həyatında çətinliklər yaratdı.
Aristokrat əhalinin böyük bir hissəsi isə kral ailəsinin qismən və tam mütləq hakimiyyəti ilə narazı idilər. 1846-cı ildə Avstriya Qalisiyasında Polşa aristokratiyanın və Prussiyada demokratik qüvvələrin bir neçə ayaqlanmaları baş verdi.
Bundan sonra, orta təbəqə ayaqlanmağa başladı. Elə həmin vaxt Brüsseldə çalışan Karl Marks və Fridrix Engels Kommunist Liqasının (əsasən Alman işçilərindən ibarət olan bir təşkilat) tələbi ilə Kommunist Partiyasının Manifestini (21 fevral 1848-ci ildə Almaniyada nəşr olunmuşdur) yazdılar. Berlində mart ayı qiyamətindən sonra onlar Almaniyada öz ideyalarını təbliğ etməyə başladılar. Mart ayında Parisdən "Almaniyada Kommunist Partiyasının tələbləri"ni ("Demands of the Communist Party in Germany") nəşr etdilər; kitabça, Almaniyanın birləşməsinə, kütləvi seçmə haqqına, feodal statusun ləğvinə çağırırdı.
Orta və işçi sinifləri beləliklə, islahat və bir çox digər konkret məqsədlər üzərində ortaq fikirlərə malik idilər. İnqilablarda onların iştirakı, ancaq bir-birindən fərqlənirdi. Baxmayaraq ki, motivin böyük bir hissəsi orta sinifdən idi, üsyanlarda olan iştirakçıların əsasını aşağı təbəqə təşkil edirdi. Üsyanlar ilk dəfə şəhərlərdə yaranmağa başladı
Şəhər işçiləri thumb|Galician slaughter Polş: Rzeź galicyjska) Jan Lewicki (1795–1871), 1846-cı ildə Polşa, Galiciada aristokratyanın kəndlilər tərəfindən qırrğını təsvir edir.
Fransız kəndlərində əhali sürətlə yüksəlmiş, çoxlu kəndlilər şəhərlərdə özlərinə yeni bir həyat qurmağa üz tutmuşdular. Burjuaziyanın bir çoxu isə kasıb əhalidən qorxduqları üçün uzaqlaşdırdılar. Bir çox təcrübəsiz işçi gündə 12–15 saat işləyərək, dağılmış və xəstəlik yayılmış zonalarda yaşayırdılar. Sənətkarlar isə sənayeləşmənin nəticəsində guildlərini itirdilər. Buna görə də, Karl Marks kimi inqilabçılar aşağıdakıları qurdular.
Ticarət haqqında olan qanunlarda olan sərbəstləşdirmə və zavodların inkişafı 1815-ci ildən bəri sayı 93% artan müxtəlif təbəqədən olan işçilər arasında olan sosyal fərqləri daha da artırdı. Nəticədə, 1831 və 1834-cü illərdə Lyonda, və 1844-cü ildə Praqda böyük proletariat ayaqlanmaları baş verdi. Conatan Sperberə görə, şəhərdə yaşayan işçi əhali alıcılıq qabiliyyətlərində (purchasing power) yüksək azalma olduğunu hiss etdilər: belə ki, insan artımına abxmayaraq, 1930-cu ildən sonra Belçika, Fransa və Almaniyada şəhərlərdə ət istehlakında azalma var idi. Əlavə olaraq, 1847-ci ildə baş verən iqtisadi böhran işsizliyi daha da artırdı: Vienna zavodlarında 10,000 işçi işdən çıxarıldı və Hamburqda 128 firma iflas etdi.Siemann (1998); Pech, p. 14 Hollandiya istisna olmaqla, 1847-ci ilin böhranın ölkələrə olan təsirləri və 1848-ci ildə inqilablarla üzləşənlər arasında güclü korrelyasiya var idi.Berger, Helge, and Mark Spoerer. "Economic Crises and the European Revolutions of 1848." The Journal of Economic History 61.2 (2001), p. 305
Alman dövlətlərində vəziyyət demək olar eyni idi. Prussiyanın bir hissəsi artıq sənayeləşməyə başlamışdı.1840-cı illərdə, toxuculuqda olan mekanikləşdirilmiş istehsal sənayesi pal-paltar qiymətlərində ucuzlaşmaya səbəb oldu və nəticədə, Alman dərzilərinin əldə istehsal etdikləri məhsulların satışında azalmaya səbəb oldu.Merriman, 1996, p. 724 İslahatlar kənd feodalizminin ən qeyri-populyar xüsusiyyətlərini yaxşılaşdırdı , lakin narazı sənaye işçiləri daha da böyük dəyişikliklər üçün təzyiq göstərirdilər.
Şəhərdə yaşayan işçi əhalinin maaşlarının yarısını əsasən çörək və kartofdan ibarət olan ərzaq üzərində xərcləməyə məcbur idilər. Məhsuldarlıqda olan uğursuzluqlar ərzaq qiymətlərinin daha da artmasına və manufaktura məhsullarına olan tələbin azalmasına, nəticədə işsizliyin daha da artmasına gətirib çıxardı. Üsyanlar zamanı, işsizlik problemini həll etmək üçün, inşaat üzrə atelyelər və emalatxanalar təşkil olundu. Sənətkarlar və işsiz əhali sahibkara özləri üzərində daha çox güc verilmələri üçün təhdid olunduqda sənaye makinalarını dağıtdılar.CS1 maint: Multiple names: authors list (link)
Kənd yerləri Kənd əhalisində olan artım ərzaq çatışmazlığı, həm Avropa içərisində, həm də Avropadan Amerikaya miqrasiyaya səbəb oldu. Kəndlilər arasında narazılıq 1840-cı ildən sonra artmağa başladı. 1845 və 1846-cı illərdə kartof əkinlərində olan xəstəlik Şimali Avropada böhrana səbəb oldu, və 1847-ci ildə Sileziyada kartof ehtiyatlarını talanmasına səbəb oldu. Reynlanddə çovdar əkinlərində məhsuldarlıq 20%, Çexiyada isə kartofda məhsuldarlıq 50%-ə qədər azaldı . Nəticədə, ərzaq qiymətləri kəskin şəkildə artdı.Sperber, Jonathan, Rhineland Radicals: The Democratic Movement and the Revolution of 1848 (Princeton, 1991), p. 140; Pech, Stanley Z. The Czech Revolution of 1848 (London, 1969), p. 45 N1845 və 1846-cı illərdə kartof əkinlərində olan xəstəlik Şimali Avropada böhrana səbəb oldu, və 1847-ci ildə Sileziyada kartof ehtiyatlarını talanmasına səbəb oldu. Reynlanddə çovdar əkinlərində məhsuldarlıq 20%, Çexiyada isə kartofda məhsuldarlıq 50%-ə qədər azaldı . Nəticədə, ərzaq qiymətləri kəskin şəkildə artdı.
Aristokratik mülkün əsas hissəsini əkinçilik üçün ayrılmış torpaqların sahibkarlığı, və nəticədə orada çalışan kəndlilər üzərində səlahiyyətlər təşkil edirdi. 1848-ci ildə baş verən kəndli üsyanları əsasən şəhərdəkilərdən qopmuş şəkildə təzahür edirdi, və əsasən uğursuzluqla nəticələnirdi.
İdeologiyaların rolu Radikal ideologiyaların populyarlaşmasına qarşı tətbiq edilərn güc və başqa vasitələr onların qarşısı ala bilmədi. Demokratiya, liberalizm, sosyalizm, nasyonalizm (millətçilik) xalq arasında populyarlaşmaqda davam edirdi. Onların tələblərinə Konstitusiya, mətbuat azadlığı, söz azadlığı və digər demokratik hüquqlar, sivil militanın yaradılması, kəndlilər üzərində olan səlahiyyətlərin ləğv olunması, iqtisadiyyatın liberallaşdırılması, tariflərin ləğv olunması, monarx hakimiyyətinin ləğv olunması və ya respublikalı monarxiyanın yaradılması xeyrinə monarxın səlahiyyətlərinin məhdudlaşdırılması daxil idi.
1840-cı illərin perspektivindən baxsaq demokratiya bütün kişilərə səsvermə hüququnun verilməsindən ibarət idi. 'Liberalizm' prinsipial olaraq "idarə olunanın razılığı" və kilsə və dövlətin səlahiyyətlərində olan məhdudiyyət, respublika orqanlarının yaradılması, şəxsiyyət və mətbuat azadlığı mənasını verirdi. Liberalizmin təsirlərini 1840-cı ildən sonra bir sıra radikal liberal nəşrlərin kimi Rheinische Zeitung (1842), Fransada Le National and La Réforme (1843); Avstriyada Grenzboten (1841); Macarıstanda Pesti Hírlap (1841) kimi bir neçə radikal qəzetlərin nəşr olunmasında görmək olar.
'Millətçilik' vahid dil, mədəniyyət, din, ümumi tarix, və, əlbəttə, vahid coğrafi ərazi daxilində insanların birləşməsini dəstəkləyirdi. Millətçilik, František Palacký'in Almanlarla olan münaqişələrdən bəhs etdiyi "Çex Millətçiliyinin Tarixi" kitabından və Almaniyada millətçilik üzrə meydana çıxan xüsusi musiqi növündən də göründüyü kimi çoxlu dairələr arasında populyarlaşmışdı.Stanley Z. Pech, The Czech Revolution of 1848 (1969), p. 25, Wolfram Siemann, The German Revolution of 1848–1849 (London, 1998), p. 47
Sosyalizm', 1840-cı ildə mənası üzərində hələ də konsensun olmayan, müxtəlif insanlar üçün müxtəlif mənalar verən bir termin idi, lakin, adətən işçi sinfinin səlahiyyətlərinin artırılması kontekstində istifadə olunur.
Ölkələr və regionlar üzrə hadisələr
İtaliya dövlətləri
thumb|Milanda Beş Gün"dən epizod, Rəsm, Baldassare Verazzi O vaxta qədər ciddi bir iğtişaş olmasına baxmayaraq, ilk böyük partlayış Sicilyada 1848-ci ild Yanvarda baş verdi. Bourbonlar sülaləsinə qarşı əvvəllər də bir neçə üsyanlar baş versə də, bu 16 ay ömrü sürən müstəqil bir dövlət yaratdı, əlbəttə ki, Burbonlar hakimiyyəti yenidən ələ alana qədər. Həmin aylar ərzində, ortaya çıxan Konstitusiya həmin dövr üçün liberal domekratik perspektivindən kifayət qədər qabaqcıl idi. Üsyan uğursuzluqla nəticələnsə də, 1860–61-ci illərdə İtaliyanın vahid şəkildə birləşməsi — Risorcimento Burbonların idarə etdiyi İki Siciliya Krallığını (Kingdom of Two Sicilies) tənəzzülə uğratdı.
Fransa
thumb|250px|Lamartin Ratuşa pillələrində, 25 fevral 1848 Keçmiş Fransa İnqilabının qığılcımlarını 1848-cil üsyanlarında, əsasən də, banket kampaniyasında (campagne des banquets) hiss etmək olurdu. Bu inqilab, əsasən xalqın özünü idarə etməsini düşünən Fransız xalqı arasında populyar olan milliyyətçilik və liberalizm ideologiyaları ilə hərəkət edirdi. Bu inqilab Luis Filip'in konstitusiyalı monarxiyasının tənəzzülü və İkinci Respublikanın yaradılması (1852) ilə nəticələndi. Bu hökumətə Luis Napalyon başçılıq edirdi.
Alman Dövlətləri
thumb|İnqilabçılar da Berlində 1848-ci il mart ayında inqilabi bayraqları dalğalandırırlar|alt=|left Almaniyada 1848-ci il kütləvi aksiyalarla seçilrən "Mart Üsyanları" əsasən Almaniyanın cənub və qərbində baş verdi. Ziyalı tələbələr və alimlər tərəfindən yönləndirilənLouis Namier, 1848: The Revolution of the Intellectuals (1964) üsyançılar Alman milliyyətinin birliyini, mətbuat azadlığı və sərbəst toplaşmaq azadlığı tələblərini irəli sürürdülər. Üsyanın kifayət qədər yaxşı təşkil olunmamasına baxmayaraq, Alman Konfederasiyasının 39 ölkəsinin hər birində əvvəlki autokratik hökumət strukturlarının ləğvi üçün çağırış edirdilər. Nəhayət, üsyanda orta-təbəqə və işçi sinfindən olan əhali güclərini ayırdı və konservativ aristokratiyanın üsyançılara qalib gəlməsinə şərait yaratdı, və bütün liberallar sürgünə göndərildi.Theodote S. Hamerow, Restoration, Revolution, Reaction: Economics and Politics in Germany, 1825–1870 (1958) focuses mainly on artisans and peasants
Danimarka thumb|Birinci Schleswig Döyüşündə qalib gəldikdən sonra Danimarkalı əsgərlərin Kopenhaqendə paradı, 1849