Rəna Qraf (qızlıq soyadı: Məmmədova; ; d. 26 aprel 1966, Bakı, Azərbaycan SSR, SSRİ) — əvvəllər SSRİ-ni və Özbəkistanı, 2001-ci ildən bu yana isə Almaniyanı təmsil edən Azərbaycan əsilli şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (1999).
Həyatı Rəna Qraf 26 aprel 1966-cı ildə Bakı şəhərində anadan olub. Doqquzuncu sinifdə oxuyarkən qızlar və qadınlar arasında Bakı çempionu olub. Sovetlərin dağılmasından sonra Özbəkistanı təmsil etməyə başlayıb. Bu ölkənin qadınlardan ibarət yığmasının heyətində Şahmat Olimpiadasının (1994, 1998) və Asiya çempionatının (1995, 1999) iştirakçısı olub.
Şəxsi həyatı 2001-ci ildə beynəlxalq qrosmeyster Aleksandr Qraf ilə ailə həyatı qurub.Alexander Graf alias Nenaschew überholt seine Landsleute . Frankfurter Allgemeine Zeitung, 10 mart 2001, Nr. 59, S. 39
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər FIDE Chess profili Rena Graf. Chess-DB.com Rena Graf. Chessgames.com Rena Graf. 365Chess.com
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ şahmatçıları Kateqoriya:Özbəkistan şahmatçıları Kateqoriya:Almaniya şahmatçıları Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Almaniya azərbaycanlıları Kateqoriya:Özbəkistan azərbaycanlıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları