VG247 (VG24/7 kimi üslublaşdırılıb) — 2008-ci ilin fevral ayında Patrik Qarratt tərəfindən Böyük Britaniyada təsis edilən videooyunlar üzrə ixtisaslaşmış bloq. CNET bloqu olan Crave saytı dünyanın ən yaxşı üçüncü videooyun bloqu hesab etmişdir.
Tarix Jurnalist Patrik Qarratt tərəfindən "Eurogamer Network" şirkətinin dəstəyi ilə 2008-ci ilin fevral ayında videogaming247.com adı altında təsis edilən "VG247" Böyük Britaniyadakı ilk videooyun bloqu olmuşdur. Fəaliyyətinin ilk dövrlərində "VG247" videooyunları gözdən keçirmirdi və sadəcə xəbərlər, müsahibələr və öncədənbaxışlara diqqət ayırmışdı. O dövrdə Qarratt saytın redaktor heyətinin yeganə üzvü idi.
2009-cu ilin əvvəllərində sayt "VG247" adı ilə yenidən fəaliyyətə başlamışdır. Saytın url keçidi dəyişdirilmiş, dizaynı yenidən işlənmişdi.
2012-ci ildə "VG247" orijinal video məzmunlar hazırlamağa başlamışdır. 2014-cü ildə Mett Martin saytın yeni baş redaktoru olmuş, Patrik Qarratt isə nəşrçi olmuşdur. Bu dövrdə sayt ikinci dəfə dizaynını dəyişdirmişdir. Həmin ilin mart ayında "VG247" bloqunun italyan dilindəki saytı fəaliyyətə başlamışdır.
2015-ci ilin oktyabr ayında "VG247" "Uncharted 4: A Thief's End" videooyunu üçün olan gözdən keçirmələrini ləğv etmiş və ictimai şəkildə üzr istəmişdir. Buna səbəb "Sony" şirkətinin mütəxəssislərə "Uncharted 4" yerinə "Uncharted 2: Among Thieves" videooyununun yenidən nəşrini gözdən keçirdiklərini bildirməsi idi.
Mükafatlar "VG247" Oyun KİV Mükafatlarında iki dəfə (2008, 2009) ən yaxşı veb-sayt və ən yaxşı onlayn bloq mükafatlarına nominasiya olmuşdur. 2008-ci ildəki nominasiyalarında heç bir mükafata layiq görülməsə də, sayt 2009-cu ildə ən yaxşı onlayn bloq mükafatına layiq görülmüşdür. Həmin il, Qarratt ən yaxşı onlayn mütəxəssis yazıçı mükafatına layiq görülmüşdür.
2010-cu il və 2011-ci ildə Oyun KİV Mükafatlarında sayt yenidən ən yaxşı onlayn bloq mükafatına nominasiya olmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Britaniya bloqları Kateqoriya:Videooyun bloqları Kateqoriya:2008-ci ildə yaranan saytlar