Beynəlxalq Tələbə Günü — 17 noyabr tarixində qeyd edilir. Bu tarix 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş beynəlxalq tələbələr konqresində təsis edilib.https://www.obessu.org/resources/news/17th-of-november-and-its-historical-meaning/ Beynəlxalq Tələbə Günü gənclik romantika şənlik günü kimi qəbul edilsə də onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır. Faciəvi hadisələr 28 oktyabr 1939-cu il faşistlərin işğalı altında olan Çexoslovakiyada baş verib. 200px|thumb|left|koreyalı tələbələr
Respublika Günü münasibətilə küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalıb. Anoloji hadisələrin qarşısının alınması məqsədilə 1200 tələbə həbs edilərək konslaqerlərə aparılıb. Tələbə hərəkatının 9 fəal üzvü məhkəmənin hökmü olmadan edam olunub. Adolf Hitlerin qərarı ilə Çexiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılıb. Həmçinin bax Bayram
İstinadlar
Kateqoriya:Beynəlxalq günlər Kateqoriya:17 noyabrdakı bayramlar Kateqoriya:Tələbə mədəniyyəti Kateqoriya:Əlifba sırasına görə bayramlar Kateqoriya:Qeyri-rəsmi bayramlar