Sarayburnu Atatürk Abidəsi () — İstanbul Bələdiyyəsi tərəfindən avstriyalı heykəltaraş Henrix Krippel tərəfindən hazırlanan Türkiyənin ilk abidə heykəli. Heykəl Türkiyədə qoyulan heykəl eyni zamanda ilk Atatürk heykəldir. Abidə Mustafa Kamal Atatürkün, Türkiyə İstiqlaliyyət müharibəsini başlatmaq üçün Samsuna getmək məqsədilə yola çıxdığı yerdə qoyulmuşdur. Abidə, 3 oktyabr 1926-cı ildə dövrün bələdiyyə sədri, Emin Erkul (1924–1928) tərəfindən açılmışdır.

Tarix Abidə Sarayburnu Parkında yerləşir. Buraya bir Atatürk heykəlinin dikilməsi fikri dövrün Bələdiyyə Sədri, Emin Erkul aiddir. Bələdiyyə Məclisi tərəfindən də icazəsi verilən bu təklifin gerçəkləşdirilməsi üçün bir komissiya qurularaq işlərə başlanmışdır. Heykəlin hazırlanması heykəltaraş Henrix Krippelə həvalə edilmişdi. Heykəlin hazırlanmasına 15.000 türk lirəsi xərclənmişdir.[ https://isteataturk.com/g/icerik/Sarayburnu-Ataturk-Aniti-Istanbul/1007 Sarayburnu Atatürk Anıtı, İstanbul// "https://isteataturk.com/g/icerik/Sarayburnu-Ataturk-Aniti-Istanbul/1007” ] Heykəl sənətçinin Vyanada yerləşən atelyesində, tökümüdə Vyanada Birləşmiş Mədən müəssisələrində hazırlanmış, parçalar halında Türkiyəyə gətirilmiş və heykəltaraşın nəzarəti altında yerinə oturdulmuşdur. 25 avqust 1925-ci ildə hazırlanmasına başlanan abidə, 3 oktyabr 1926-da mərasimlə açılmışdır. İstanbul sakinləri abidəyə büyük maraq göstərmiş və gecənin gec saatlarına qədər insanlar seyrə gəlmişdir. Atatürk, heykəlin açılışından sonra bələdiyyə nümayəndələrinə göndərdiyi teleqrafda bunları söyləmişdir:

Abidənin heykəltaraşı Henrix Krippel, Ankaradakı Zəfər Abidəsi, Samsundakı Qürur Abidəsi və Konyadakı Atatürk abidəsinə də imzasını atmışdır. Abidənin son illərdə baxımsız qalması mübahisə mövzusu olmuşdur.

Xüsusiyyətləri right|thumb|220px|Sarayburnu parkında Atatürk abidəsinin arxadan görünüşü Atatürkün Türkiyə İstiqlaliyyət müharibəsi üçün Samsuna gedərkən İstanbuldan hərəkət etdiyi yerə qoyulan abidə, mərmər qaidə və bürünc heykəl olmaqla iki qisimdən ibarətdir və İki pilləli platforma üzərində qoyulmuşdur. Qaidənin üç tərəfinə bürünc medalyon şəklində yazılar həkk edilmişdir. Fəqət artıq bunların heç biri mövcud deyil.

Atatürk, qaidə üzərinde sivil geyimli dövlət adamı görkəmində görünür. Atatürkün sol əli belinə qoyulmuş, sağ əlini yumruq formasında sıxaraq aşağıya doğru uzatmış, başı dik, qaşları azca çatılmış, gözləri azca qısılmış; dinamik duruşu ilə qərarlı bir ifadə içində görünür.

Heykəlin qaidəsinin önündə xəttat Kamil Akdikin yazısı ilə "tarixi mənimsəmə 1336", arxa üzündə heykəlin qoyulma tarixi olan 1926, yan tərəfində isə Cümhuriyyətin elan tarixi yazılmışdır.A A M Cumhuriyet Dönemi Anıt Heykelleri, Yrd. Doç. Dr. Kıvanç Osma, Ankara 2003, s.32–33, ISBN 975-16-1678-6.

Baxımsız dövrü Türkiyədə qoyulmuş ilk Atatürk heykəli olan bu abidənin görünüşü 2004-cü ildən etibarən dəmir lövhələrlə məhdudlaşdırılmışdır. Marmaray proyektinin həyata keçirildiyi dönəmdə zərər almaması məqsədilə ətrafı bağlanmışdır. Heykəlin kirli və paslanmış vəziyyətdə idi. Marmaray proyektinin 29 oktyabr 2013-də tamamlanmasına baxmayaraq heykəlin çevrəsi dəmir lövhələrlə qapalı idi. Buna cavab olaraq 2018-ci ildə Cümhuriyyət Xalq Partiyası hərəkətə keçdi və heykəlin çevrəsində bələdiyyə tərəfindən təmir işlərinə başlandı.

Xarici keçidlər Sarayburnu Atatürk Anıtı'nın açılış videosu (1926) Cumhuriyet Türkiye’sinin ilk heykeli (Anıtın çeşitli açılardan fotoğrafları) Tekiner, Aylin, Atatürk Heykelleri (ss. 69–76 Sarayburnu Atatürk anıtı hakkındadır.)

İstinadlar

Kateqoriya:Türkiyədəki heykəllər Kateqoriya:İstanbul abidələri Kateqoriya:Mərmər heykəllər Kateqoriya:Mustafa Kamal Atatürk abidə və memorialları Kateqoriya:1925-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:1926-cı ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Fatih (İstanbul)