Mənbic (, ) Suriyanın şimalında, Hələb mühafəzəsində şəhər.

Mənbic mühafəzənin şimal-şərqində, Fərat çayından 30 kilometr qərbdə, dəniz səviyyəsindən 483 metr yüksəklikdə yerləşir. Mühafəzənin inzibati mərkəzi Hələb Mənbicdən 74 kilometrlik məsafədə yerləşir.Mənbic: Fallingrain 1981-ci ilin siyahıya alınmasına əsasən şəhərdə 30.812 insan yaşayırdı.World Gazetteer 2012-ci ildə əhalinin sayı hesablamaya əsasən 78.255 nəfər idi.

Şəhərin adı ilk dəfə Bambika kimi qədim yunan mənbələrində çəkilir. Böyük Plini bu şəhəri Atarqatis (Astarta) ilahəsinin sitayiş mərkəzi kimi qeyd edir. Orta əsrlərdə şəhər bizanslılar, ərəblər, əhli-səlib və türklər arasında əldən ələ keçirdi.

Suriyada vətəndaş müharibəsi zamanı Mənbic bir neçə dəfə hücuma məruz qalmışdır. 2012-ci ildə şəhər Suriya müxalifətinin əlində düşmüşdür. 2014-cü ildə şəhəri İŞİD işğal etmişdir. 2016-ci ildə Suriya demokratik qüvvələri ilə kürd hərbi dəstələri şəhəri əhatəyə alıb İŞİD-dən azad etmişdir.

Mənbələr

Kateqoriya:Əlifba sırasına görə yaşayış məntəqələri Kateqoriya:Suriya şəhərləri Kateqoriya:Suriya qaralamaları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri