Lennart Ti (25 fevral 1992-ci ildə anadan olub) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusu.
Klub karyerası 18 yanvar 2016-cı ildə Bundesliqa təmsilçilərindən olan Verder Bremen klubu Ti ilə 2016-17 mövsümü üçün müqavilə imzaladığını açıqlamışdır. Müqavilə üç illik idi. Kluba qayıtdıqdan sonra 24 sentyabr 2016-cı ildə Ti Volfsburq klubuna qarşı oyunda qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
2017-ci ilin iyul ayında Ti Erediviziya təmsilçilərindən olan VVV-Venlo klubuna 2017-18 mövsümünün sonuna kimi icarəyə verilmişdir.
2018-ci ilin iyul ayında Ti Süper Liqin yeni komandalarından olan BB Erzurumspor klubuna transfer olmuşdur.
2018-ci ilin sentyabr ayında Ti 2018 The Best FIFA Football Awards FİFA Fair Play Mükafatının qalibi olmuşdur. Ti Venlo klubunun PSV Eyndhoven klubuna qarşı oyununda iştirak etməmişdir. Buna səbəb isə onun təcili qana ehtiyacı olan leykoz xəstəsinin həyatını xilas etmək üçün qan bağışlaması olmuşdur. Onun bu hərəkəti bütün dünya xəbər saytlarında geniş yer aldı. Bundan sonra Hollandiyada mobil bağışların artdığı müşahidə edildi. "Hollandiyada minlərlə yeni donorun qeydə alınması bu hekayənin ən yaxşı tərəfidir - bu, həqiqətən, məni qürurlandırır", - demişdir.
5 yanvar 2019-cu ildə Ti Erediviziya təmsilçilərindən olan Zvolle klubu ilə 1.5 illik müqavilə imzalamışdır.
Milli karyerası Ti Almaniya millisi ilə birlikdə 2009 UEFA Avropa U-17 Çempionatının qalibi olmuş və Luk Kastanyos ilə birlikdə turnirin bombardiri ünvanının sahibi olmuşdur. Ti finalda Niderland millisi ilə oyunda Kastanyosun açılış qoluna cavab vermiş və millisi rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Karyera statistikası
KlubMövsümLiqaKubokDFB-Pokal və KNVB Kuboku görüşləri daxildir.KontinentalDigərDiviziyaOyunQolOyunQolOyunQolOyunQolVerder Bremen II2009–103. Liqa132—1322010–113553552011–12222222Ümumi709—709Verder Bremen2010–11Bundesliqa20001UEFA Çempionlar Liqası görüşləri daxildir.0302011–123010—40Ümumi50101070St. Pauli II2012–13Regionalliqa Nord52——52St. Pauli2012–132. Bundesliqa181101912013–14274102842014–15325103352015–1630810318Ümumi1071840—11118Verder Bremen2016–17Bundesliqa6110—71St. Pauli (icarə)2016–172. Bundesliqa15200152VVV-Venlo (icarə)2017–18Erediviziya32721348BB Erzurumspor2018–19Süper Liq12120141Zvolle2018–19Erediviziya000000Ümumi karyera252401011029441
Uğurları Milli komanda Almaniya UEFA Avropa U-17 Çempionatı: 2009 - Turnirin Bombardiri
Fərdi FİFA Fair Play Mükafatı: 2018
İstinadlar
Xarici keçidlər Profile at worldfootball.net
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Verder Bremen FK futbolçuları Kateqoriya:Zvolle FK futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:Sparta Rotterdam FK futbolçuları