Mehdi Mirkişi oğlu Mirkişiyev (15 iyul 1928 – 27 sentyabr 1993) – tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Mehdi Mirkişiyev 1928-ci il iyulun 15-də Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olmuşdur. M.Qorki adına Cəbrayıl qəsəbə orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1946-1951). Əmək fəaliyyətinə 1951-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında böyük redaktor kimi başlamışdır. Sonra "Yazıçı" nəşriyyatı bədii tərcümə redaksiyasının böyük redaktoru vəzifəsində işləmişdir (1982-1988).

1993-ci il sentyabrın 27-də Bakıda vəfat etmişdir.

Tərcümələri (ruscadan) 1. Q.Sevuns. Tehran (I kitab). Bakı: Azərnəşr, 1953, 517 səh. 2. İ.Vazov. Səfillər. Bakı: Azərnəşr, 1956, 112 səh. 3. Lu Sin. Hekayələr. Bakı: Azərnəşr, 1956, 120 səh. 4. N.Leskov. Gecə adamları. Bakı: Azərnəşr, 1957, 136 səh. 5. L.Quruns. Günəşli səhər. Bakı: Azərnəşr, 1958, 376 səh. 6. A.Qəhhar. Qoşa çinarın işıqları. Bakı: Azərnəşr, 1959, 304 səh. 7. V.Təvəkkülyan. Çaylar daşanda. Bakı: Azərnəşr, 1960, 490 səh. 8. N.Poqodin. Kəhrəba boyunbağı. Bakı: Azərnəşr, 1962, 314 səh. 9. A.Makarenko. Valideynlər üçün. Bakı: Maarif, 1964, 28 səh. 10.R.Taqor. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1965, 297 səh. 11.S.Ayvazyan. Həyat mənə yar ol. Bakı: Azərnəşr, 316 səh. 12.İ.S.Turgenev. Seçilmiş əsərləri (iki cilddə), I c. 1968, 209 səh. (şərikli) 13.İ.S.Turgenev. Seçilmiş əsərləri (iki cilddə), II c 1968, 193 səh. (şərikli). 14.Polşa hekayələri. Bakı: Azərnəşr, 1978, 293 səh. 15.İ.İ.Kamenkoviç. Yaşamaq qadağandır. Bakı: 1978, 196 səh. 16.A.Çakovski. Müsahibə (I, II kitab). Bakı: Yazıçı, 17.K.Bulıçev. Yüz il bundan irəli. Bakı: Gənclik, 1981 18.Belorus hekayələri. Bakı: Yazıçı, 1982, 188 s. 19.A.Çakovski. Mühasirə (V kitab). Bakı: Yazıçı, 1985

Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Cəbrayıl rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər