Pavel Adamoviç (tam adı: Pavel Boqdan Adamoviç, ; ) — Polşa siyasətçisi və hüquqşünası. O, 1998-ci ildən 2019-cu ildə sui-qəsdə uğramasına qədər Qdansk şəhərinin meri olmuşdur.
Adamoviç 1988-ci ildə gerçəkləşən fəhlə tətilinin öndərlərindən biri və tətil komitəsinin sədri idi. O, 1990-cu ildə 1990 Qdansk Şəhər Şurasının üzvü seçilmiş, 1994–1998-ci illərdə isə şuranın sədri olmuşdur. Adamoviç 1998-ci ildə Qdansk şəhərinin meri seçilmiş və 10 noyabr 2002-ci ildə səslərin 72%-ni əldə edərək ikinci dəfə mer seçilmişdir. O, 2018-ci ildə partiyasız olaraq üçüncü dəfə mer seçilmişdir. Adamoviç populist və sağçı hökumətdə tərəqqipərvər bir siyasətçi kimi tanınırdı. O, LGBT hüquqlarını, immiqrantları və etnik azlıqları dəstəkləyirdi.
13 yanvar 2019-cu il tarixində Adamoviç Qdansk şəhərində keçirilən xeyriyyə konsertində bıçaqlı hücuma məruz qalmışdır. O, 14 yanvar 2019-cu il tarixində sui-qəsd cəhdində aldığı zədələrə görə 53 yaşında vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər (arxivləşdirilmiş)
Kateqoriya:Polşa siyasətçiləri Kateqoriya:Polşa hüquqşünasları Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:XX əsr Polşa siyasətçiləri