ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 1 aprel 2012-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 3 iyun 2012-ci ildə yayımlanmışdır. İkinci mövsüm ABŞ-də Bazar günləri 9:00 pm-də efirə verilmiş və həri biri 50-60 dəqiqə arası davam edən 10 seriyadan ibarət olmuşdur. İkinci mövsümdə, Corc Martinin "Buz və alovun nəğməsi" romanlar seriyasından olan "Kralların toqquşması" adlı ikinci əsərdə təsvir edilən hadisələr Devid Benioff və D.B. Veys tərəfindən ssenariyə uyğunlaşdırılmışdır. HBO kanalı serialın ikinci mövsümünün çəkilməsini 19 aprel 2011-ci ildə sifariş etmiş, 2011-ci ilin iyulunda isə İrlandiya, Şimali İrlandiya, Xorvatiya və İslandiyada ikinci mövsümün çəkilişlərinə başlanılmışdır.
Serialda hadisələr uydurma dünyada, bir süjet xətti Vesteros, digər xətti isə Essos adlı qitələrdə baş verir. Romanda olduğu kimi, ikinci mövsümdə də hadisələr, Lord Eddard "Ned" Starkın dramatik ölümündən sonra bütün Starkların Vestorosa səpələnməsi ilə başlayır. İkinci mövsümdə hadisələr, Beş Kral müharibəsi ətrafında baş verir; Vesteros liderləri Dəmir taxt uğrunda və ya onun təsirindən çıxaraq müstəqil olmaq üçün mübarizə aparırlar.
İkinci mövsümdə serialın geniş aktyor heyətinə Piter Dinkleyc, Lina Hidi, Nikolay Koster-Valdau, Mişel Fayrli və Emiliya Klark kimi aktyorlar daxil olmuşdur. İkinci mövsümdə serialın aktyor heyətinə Stiven Dilleyn, Natali Dormer, Karis van Houten və Liam Kanninqem kimi yeni aktyorlar qatılmışdır.
Tənqidçilər ikinci mövsümün texniki istehsal xüsusiyyətləri və aktyor heyətinin işini yüksək qiymətləndirmişlər. Birinci mövsümlə müqayisədə serialın izləyici kütləsi artmışdır. İkinci mövsüm on bir nominasiyada Emmi mükafatına namizəd göstərilmiş və onlardan altısını qazanmışdır. İkinci mövsüm Dram serialında əlamətdar ikinci plan aktyoru (Piter Dinkleyc) və Əlamətdar dram serialı nominasiyalarında da mükafata namizəd göstərilmişdir. Mövsüm ərzində ABŞ-də serialın izləyici kütləsi 8% artmış, izləyici sayı 3.9 milyondan 4.2 milyona yüksəlmişdir.
Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı ABŞ izləyiciləri(milyon)
Aktyor heyəti
Əsas heyət
Piter Dinkleyc - Tirion Lannister Lina Hidi - Serseya Lannister Nikolay Koster-Valdau - Ceymi Lannister Mişel Feyrli - Keytlin Stark Emiliya Klark - Deyeneris Tarqaryan Eyden Gillen - Petir "Çəçələ" Beyliş Iain Qlen - Corah Mormont Kit Harinqton - Con Snou Liam Kanninqam - Davos Sivort Ayzek Hempsted Rayt - Bran Stark Riçard Madden - Robb Stark Sofi Törner - Sansa Stark Meysi Vilyams - Arya Stark
Alfi Allen - Teon Qreycoy Con Bredli-Vest - Samuell Tarli Cek Qlison - Coffri Barateon Rori MakKan - Sandor Kliqan Stiven Dilleyn - Stannis Barateon Karis van Houten - Melisandra Ceyms Kosmo - Ceor Mormont Cerom Flinn - Bronn Konlet Hill - Varis Sibel Kekilli - Şaya Natali Dormer - Marceri Tirell Çarlz Dens - Tayvin Lannister Ceyson Mamoa - Kxal Droqo
İkinci heyət
Divarın digər tərəfində Saymon Armstronq - Qorin Halfhend Ben Krompton - Eddison Tollett Mark Stenli - Qrin Edvard Doqliani - Sümüklər lordu Rouz Lizli - Yiqritt Robert Puq - Kraster Hanna Mürrey - Cilli Yan Vit & Ross Mullan - Vayt Volker
Kral limanında Kallum Uarri - Tommen Barateon Eymi Riçardson - Mirsella Barateon Culian Qlover - Baş meystr Pisella Dominik Karter - Yanos Slint Yan Betti - Merin Trant Yugen Saymon - Lansel Lannister Uilko - Conson - İlin Peyn Deniel Portman - Podrik Peyn Toni Pey - Dontos Hollard Roy Dotris - Uisdom Hallin Endryu Vayld - Tobo Mott Esme Bianko - Ros Antoniya Kristofers - Myagen Sahara Nit - Armeka Meysi Di - Deyzi Cozefin Gillan - Marei
Fırtınalı torpaqlarda Getin Entoni - Renli Barateon Qvendolin Kristi - Tartlı Brienna Finn Cons - Loras Tirell
Əjdaha daşında Kerr Loqan - Mattos Sivort Lusian Msamati - Sallador Saan Oliver Ford Devis - Meyster Krissen
Dəmir adalarda Patrik Malahid - Balon Qreycoy Gemma Uilan - Yara Qreycoy Ralf İnson - Daqmer Kleftcou Forbs KB - Qara Lorren Devid Koakley - Drennan
Şimalda Art Parkinson - Rikon Stark Donald Sampter - Meyster Luin Ron Donaşi - Rodrik Kassel Piter Ballans - Farlen Kristian Nairn - Hodor Nataliya Tena - Oşa
Çaylı torpaqlarda Oona Çaplin - Talisa Megir Maykl MakElatton - Ruzi Bolton Con Satl - Rikard Karstark Pol Kaddell - Ceks Eydan Krou - Quent Tiron MakElhennon - Torren Karstark Fintan MakKeo - Emori Lorç Yan Gelder - Kevan Lannister Yan Vayt - Qreqor Kliqan Karl Devis - Alton Lannister Entoni Morris - Tikler Endi Kellecer - Polliver Devid Finn - Rennik Frensis Magi - Yoren Co Dempsi - Gendri Ben Houki - Hot Pay Eros Vlahos - Lommi Qrinhends Tom Valaşiha - Yaqen Hqar Endi Bekviz - Rorge Cerard Cordan - Biter
Essosda Nonso Anozi - Ksaro Ksoan Daksos Yan Hanmor - Pyat Pri Nikolas Bleyn - Ədviyyat kralı Slavko Yuraqa - İpək kralı Laura Pradelska - Quaiti Stiven Kol - Kovarro Elis Qabel - Rakaro Roksanna MakKi - Dorea Amrita Açaria - İrri
İstehsal
Serialın premyerasından iki gün sonra, 19 aprel 2011-ci ildə HBO, onun ikinci mövsümünün çəkilməsini sifariş etmişdir. Hadisələrin gedişinə təsir edəcək Qarasu döyüşünün () çəkilməsi üçün, serialın büdcəsi 15% artırılmışdır.
Çəkilişlər 106 gün davam etdirilmişdir. Həmin günlərin 3/4 ərzində iki çəkiliş qrupu ("Əjdaha" və "Canavar") müxtəlif ərazilərdə çəkiliş həyata keçirmişlər.
Ekipaj
Devid Benioff və D.B. Veys ikinci mövsümün əsas ssenari müəllifləri və şourannerləri olmuşlar. Onlar mövsümə daxil olan on seriyadan altısının ssenarisini yazmışlar. Qalan dörd seriyanın ssenarisi ilə Brayan Koqman, "Buz və alovun nəğməsi" seriyasının müəllifi olan yazıçı Corc Martin, Vanessa Teylor tərəfindən yazılmışdır.
Alan Teylor serialın icraçı prodüserlərindən biri və prodüseri olmaqla yanaşı, həm də dörd seriyanın - o cümlədən mövsüm premyerası və final seriyalarının rejissoru olmuşdur. Devid Petrarka və Devid Natter hər biri iki seriyanın rejissoru olmuşdur. Alik Saxarov və Nil Marşal isə, qalan iki seriyanı çəkmişlər.
Aktyor seçimi
İkinci mövsüm üçün aktyor seçiminə 2011-ci ilin mayında başlanılmışdır. Birinci mövsümdə rol almış geniş aktyor heyətinin böyük bir hissəsinin ikinci mövsümdə də qayıtmasına baxmayaraq, prodüserlər çoxsaylı yeni personajların canlandırılması üçün aktyor seçimi təşkil etməli olmuşlar. "Kralların toqquşması" romanında yer almalarına baxmayaraq, prodüserlər, Vinterfelldən Freys və Krannoqmenlərin, Starklardan bayraqdar Frey, Tullilərdən Stannisin həyat yoldaşı və qızı, Teonun dayısı Aeron Qreycoy və bastard Ramsi Snounun serialda yer almayacağına qərar verirlər. Şourannerlər Devid Benioff və D.B. Veys bu ixtisarı şərh edərək deyirlər ki, "Kralların toqquşması"nda təqdim edilən bəzi personajların təqdimatı üçüncü mövsümə kimi təxirə salınacaq. Şorannerlər qeyd edirlər ki, ikinci mövsümdə onsuz da, çoxlu personaj təqdim edilir, izləyicilər isə yeni təqdim edilmiş personajların hadisələrin gedişində iştiraka başlamasına kimi gözləməyi sevmir. Şourannerlər bir neçə açar personajın təqdim edilməsini təxirə salmaqla yanaşı, bəzi personajların xüsusiyyət və rolunu da bir personaj üzərində cəmləşdirmişdilər. Həmçinin bəzi personajların fiziki xüsusiyyətləri, etnik mənşələri və yaşları da dəyişdirilmişdir. Serialın aktyor heyəti, televiziya tarixində ən böyük aktyor heyəti kimi qiymətləndirilmişdir.
Personajlar iki qitə üzrə Dəmir taxta namizədliklərinə görə paylanmışdır: Taxtın dördüncü namizədi ölmüş kral Robertin qardaşı Stannis Barateondur (Stiven Dilleyn). Xarici kahin Melissandra (Karis van Houten) özünü hökmlü kimi göstərsə də, əslində yaxşı manipulyasiya etməyi bacarır. Van Houten birinci mövsümdə Serseya rolu üçün sınaqdan keçirilsə də, sonradan rola təsdiqlənməmişdi. Onun personajı qırmızı saç və geyimdə təsvir edilsə də, romandan fərqli olaraq qırmızı gözlərdən imtina edilməsi personajın daha insani görünməsinə səbəb olmuşdur. Liam Kannigem serialda Stannisin bayraqdarı və keçmiş qaçaqmalçı Ser Davos Sivortu "Soğan kralı"nı canlandırır. Birinci mövsümün çəkilişləri zamanı Kannigemlə rol haqqında danışıqlar aparılmışdı. Aktyor solaxay olduğuna görə, romanda sol əli şikəst olan personaj, serialda sağ əlinin barmaqları qısa kimi təqdim edilmişdir. Müsahibələrindən biri zamanı, Kannigem deyir ki, onun personajı romanlarda nümunəvi insan kimi təqdim edilib, daha çox fikirləri, nəinki həərəkətləri ilə açıldığına görə, onun üün çoxlu sayda dialoqlar yazılmasına ehtiyac olmuşdur. Bu üç personaj başqa ərazidə qurulmuş yeni süjet xəttinə başçılıq etmiş və mövsümün sonunda, həmin süjet xətti əsas süjet xətti ilə birləşdirilmişdir.
Teon Qreycoy (Alfi Allen) birinci mövsümdən əsas personaj heyətinə daxil olsa da, digər əsas personajlarla müqayisədə onun rolu daha az idi; ikinci mövsümdə onun hekayə xətti inkişaf etməyə başladıqca personaj daha çox diqqət mərkəzinə çəkilir. Gemma Uilan onun bacısı Yara Qreycoyu canlandırır. Personajın adı romanda "Aşa" olsa da, Bren Starkın yoldaşı Vəhşi Oşa ilə qarışıq salınmaması üçün dəyişdirilmişdir. Aşa kifayət qədər provokativ və müstəqil qadın kimi təsvir olunmaqla otuz gəmi kapitanı olsa da, onun televiziya kolleqası Yara, Aşanın keyfiyyətlərini saxlamamışdır; buna baxmayaraq, onun Teonla rəqibliyinə toxunulmamışdır. Onların atası Balon Qreycoyu Patrik Malahayd canlandırmışdır. Qreycoyların süjet xətti ilə əlaqəli olan personajların bir çoxu, o cümlədən Balonun qardaşı Aeron Qreycoy serialda təqdim edilməmişdir. Buna baxmayaraq süjet xətti çoxsaylı təriflər almış və yalnız, Yaranın adı dəyişikliyi tənqid edilmişdir.
Aktyor Tom Vlaşiha, Aryanın (Meysi Vilyams) gösətişi ilə insanları öldürən Yaken Xqarı canlandırmışdır. Valşihanın personajın adını tələffüz forması serialda onun adına uyğunlaşdırılmışdır. Showtime telekanalının məşhur "Tüdorlar" serialında ehtiraslı Anna Boleyn rolu ilə tanınmış aktrisa Natali Dormer, "Taxt oyunları" serialında da oxşar xarakterli Marceri Tirell rolunu canlandırmışdır. Qvendolin Kristinin böyük məharətlə canlandırdığı döyüşçü-qadın Brienna Tart, əvvəlcə Renli Brateonun mühafizəçilər dəstəsinə qoşulsa da, sonradan Keytlin Starkın izləyicisi olur. Rola hazırlıaşmaq üçün, aktrisa intensiv məşq etmiş və altı kiloqramdan çox, əzələ kütləsi artırmışdır. Kişi kimi görünməsi üçün onun zirehləri beldən düz keçən xəttlərlə bəzədilmişdir. Uydurma dünyanın digər tərəfində personaj heyətinə iki qadın personajı əlavə edilmişdir ki, onlardan da biri "Azyaşlılar" teleserialının ulduzu Hanna Mürrey tərəfindən canlandırılmış Krasterin qızı Cilli (Samuellin sevgi marağı), digəri isə Rouz Lizli tərəfindən canlandırılmış köçərilərdən olan Yiqrittdir (Con Snounun sevgi marağı).
Deyeneris Tarqaryanın (Emiliya Klark) Qarta gəlməsi, bir neçə ikinci plan personajının təqdim edilməsi üçün yol açmışdır. Nonso Anozi, Qartda Deyenerisi qarşılayan Ksaro Ksxan Daksos rolunu canlandırmışdır. Bu personaj romandakı kolleqasından ciddi şəkildə fərqlənir. Ksaronun homoseksuallığı, femininliyi və Qafqaz mənşəli olması, Anozinin maskulinliyi və heteroseksuallığı ilə əvəz edilmişdir. Onun pərəstişkarlarından biri olan satqın cadugər Pyat Prini aktyor Yan Hanmor canlandırır. Onun üçüncü və sonuncu pərəstişkarı maskalı kahin Quaitini aktrisa Laura Pradelska canlandırmışdır. Xüsusilə serial üçün yaradılmış zəngin tacir "Ədviyyat kralı" obrazı isə Nikolas Bleynə həvalə edilmişdir. Volantisdən olan təbib və Robbun sevgi marağı olan Talisa (Oona Çaplin) obrazı da xüsusi olara q serial üçün yaradılmışdır. O, serialda Robbun sevgi marağı olan başqa bir qadın personaj Ceyn Veserlinqi əvəz etsə də, əslində, onunla bağlı hansısa ortaq xüsusiyyətləri yoxdur. Talisa ilə yanaşı Robbun hekayə xəttində mühüm rol oynayan Ruzi Bolton rolunu canlandırmaq üçün aktyor Maykl MakElhatton da aktyor heyətinə qoşulur. Saymon Armstronq isə əfsanəvi Gecə keşikçisi Qhorin Halfhendi canlandırır.