Nərgiz Əliyarova (1968, Bakı ş.) – Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti, Musiqiçilərin II Respublika müsabiqəsinin laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı,Nyu-Yorkda çıxış beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın əməkdar artisti. Həyat və fəaliyyəti Nərgiz Əliyarova 1968-ci ildə Bakıda anadan olub. 1986-cı ildə Bülbül adına orta-ixtisas məktəbini qızıl medalla bitirmiş; 1986-1991-ci illərdə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsində təhsil almış; Oranı "Lenin təqüdü" ilə oxuyaraq, sonda fərqlənmə diplomuna layiq görülmüş; 1991-1993-cü illərdə həmin akademiyanın aspiranturasında elmi araşdırmayla məşğul olmuş; 1992-ci ildə müəllim kimi dərs deməyə başlamış; 2017-ci ilədək Bakı Musiqi Akademiyasında baş müəllimdən professor vəsifəsinədək yüksəlmişdir; 2000-ci ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur; 2002-ci ildən Azərbaycan Dövlət Fortepiano Triosunun solistidir; 2008-ci ildə isə "Azərbaycanın əməkdar artisti" fəxri adına layiq görülmüş; 2008-ci il İtalyada pianoçuların beynəlxalq müsabiqəsinin laureatı olmuş; 2015-ci ildə ona "Nərgiz Əliyarova Şopenin əsərlərini ifa edir" kompakt diskinə görə "Azərbaycan Dövlət Mükafatı" təqdim olunub. Diskoqrafiyası "Nərgiz Əliyarova Şopenin əsərlərini ifa edir"
"Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir"
"Nərgiz Əliyarova Haydn, Motsart və Bethovenin əsərlərini ifa edir"
Mükafatları Musiqiçilərin II Respublika müsabiqəsinin laureatı "Azərbaycanın əməkdar artisti" İtalyada pianoçuların beynəlxalq müsabiqəsinin laureatı "Azərbaycan Dövlət Mükafatı" Həmçinin bax Azərbaycan Dövlət Fortepiano Triosu Azərbaycan Dövlət Akademik Filarmoniyası Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı İstinadlar
Xarici keçidlər YouTube kanalı Əməkdar Artist Nyu-Yorkda solo konsert Qara Qarayevin 100 illiyinə həsr edilmiş konsert
Kateqoriya:Azərbaycan musiqişünasları Kateqoriya:Azərbaycanlı musiqişünaslar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri