Həsən Kardanov (tam adı: Həsən Yakuboviç Kardanov, ; ) — Kabarda əsilli SSRİ və Rusiya bəstəkarı, RSFSR xalq artisti, İkinci Dünya müharibəsi iştirakçısı.

Bioqrafiya Həsən Yakuboviç Kardanov 23 fevral 1923-cü ildə SSRİ-nin RSFSR-nın KBMV-nın Birinci Çeqem kəndində (indiki Çeqem şəhəri) anadan olmuşdur. Məktəbdə təhsil alarkən Kardanovda musiqiyə maraq yaranmışdır. O, xalq musiqi alətləri orkestrında iştirak etmiş, müxtəlif xalq musiqi alətlərini ifa etməyi öyrənmişdir. 1937-ci ildə atasının ölümündən sonra Nalçik şəhərindəki bir internatda təhsil almağa başlamışdır.

1942-ci ildə cəbhəyə getmişdir. O, Mius cəbhəsində pulemyot-minomyot heyətinin komandiri olmuşdur. 18 fevral 1943-cü ildə ağır yaralanan Kardanov sağaldıqdan sonra Ukrayna cəbhəsində vuruşan Konstantinov adına əlahiddə tank əleyhinə qırıcı artilleriya alayına göndərilmiş, orada «RP-12» hərbi radiostansiyanın radio kəşfiyyatı üzrə zabit olmuşdur. O, alayın bir üzvü olaraq Qafqazda, Ukraynada, Belarusda, Polşada və Çexoslovakiyada vuruşmuşdur. Kardanov 1943-cü ildə keçirilən Tehran konfransında təhlükəsizlik xidmətinin bir üzvü olmuşdur. Müharibə sona çatdıqdan sonra o Çeqem Rayon Hərbi Komissariatında çalışmışdır.

Kardanov 1949–1954-cü illərdə Leninqrad Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil almışdır. 1954–1957-ci illərdə Nalçik şəhərində yerləşən Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının xalq incəsənət evində çalışmışdır. 1967–1971-ci illərdə Kabarda-Balkariya radiosunun xorunun incəsənət üzrə rejissoru olmuşdur. 1962–1968-ci illərdə Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikası Bəstəkarlar İttiaqının sədri, daha sonra isə konsultantı olmuşdur.

Kardanov qırx illik yaradıcılıq fəaliyyətində müxtəlif janrlarda 400-dən çox əsərin müəllifi olmuşdur. O, Kabarda-Balkariya Respublikasının Dövlət Himninin bəstəkarıdır.

Mükafat və titullar Vətən Müharibəsi ordeni "Şərəf nişanı" ordeni 15 hərbi medal Kabarda-Balkariya MSSR-nın əməkdar incəsənət xadimi Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının İncəsənət Sahəsi üzrə Dövlət Mükafatı (1974). RSFSR əməkdar incəsənət xadimi (29.06.1982)RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 29 iyul 1982-ci il tarixli fərmanı. RSFSR xalq artisti (1990) III dərəcəli Şərəf ordeni (2006) "Kabarda-Balkariya Respublikası qarşısında xidmətlərinə görə" orden (2018)

Əsərləri «Mədinə» operası (M. Balov ilə, Nalçik, 1970) «Batır ayının oğlu» musiqili komediyası (1971) «Polumulla» operettası (1975)

Solist, xor və orkestr üçün Kantatalar: «Aydın dostluq» (sözləri: M. Alhasov, 1956), «Xoşbəxt diyar» (sözləri: M. Əhmədova, 1957), «Bayram kantatası» (sözləri: M. Qettuyev, 1969). Oratoriyalar: «Ölməz Lenin» (sözləri: M. Txamokova, 1969), «Oktyabr işığı» (sözləri: X. Xavpaçeva, 1977). Rekviyemlər: «Atalar oyanın» (sözləri: M. Txamokova, 1969). Balladalar: «Xatırla, əsgər» (1971), «İtkin düşmüş» (1971). Xor və orkestr üçün: «Marux aşırımının qəhrəmanlarının balladası» (1964). Orkestr üçün «Doğma yurda» (1954), «Kənddə axşam» (1959), «Balkar mövzuları üzrə fantaziya» (1958), «Üç rəqs» (1958). Rapsodiyalar: I (1960), II (1964), III (1970), IV (1972). Poemalar: «Xoşbəxtlik vadisi» (1961), «Pioner» (1963), «Mənim Kabarda-Balkariyam» (1967), «Mənim yurdum» (1971). Süitalar:: I (1964), II (1977). Üverturalar: «Gənclik» (1968), «Bayram» (1971), «Ciqitlər» rəqsi (1972), «Fantaziya» (1973), «Leztinka konserti» (1973). Sur və simfonik orkestr: «Konsert» (1977). Simli kvartet: I (1964), II (1976). Pianino üçün: «Uşaqların albomu» (1973).

Ədəbiyyat «Хасан Карданов. Талант души» (2006).

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə bəstəkarlar Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:Rusiya bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları