() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qafqazda meşələrdə aşağı yaruslarda rast gəlinir.

Botaniki xarakteristikası Orta hündürlüyə malik tikansız ağacdır. Zoğlarının qabığı boz-qonurumtul olub, sıx tükcüklərlə örtülüdür. Yarpaqları 5–10 sm uzunluğunda, 2-4 sm enində, yumurtavari, dilşəkillidir, ucu sivridir, uzunsov, kənarları dalğavari mişardişli, üzəri sıx tükcüklərlə örtülüdür. Yarpaq saplağının uzunluğu 1,5-5 sm-dir. Çiçəkləri 3-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. 5 ləçəkdən ibarət, tək-tək yerləşən çiçək tacı ağ, çəhrayı rəngdədir. Kasacığı 5 kasacıq yarpağından ibarətdir, xaricdən sıx keçətüklü, daxildən seyrək tüklüdür. Dişicik sütuncuğu 5, bəzən 2-4 olub, yumurtalıq 5 yuvalıdır. Meyvələri enli armud və ya şarşəkilli, ləti şirəli, bir az daşlaşmışdır.

Ekologiyası Quraqlığa davamlı ağacdır.

Azərbaycanda yayılması Azərbaycanın bir çox rayonunda yaşıllıqlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Bu armudun meyvələrində çoxlu karbohidrat olduğu üçün faydalıdır. Odur ki, meyvələri həm təzə, həmçinin bişirilmiş halda yeyilir. Meyvə şərabı, sərinləşdirici içkilər, kvas üçün cövhər kimi istifadə edilir. Toxumlarından kofe hazırlanır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Orta Asiya florası Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları