thumb|Binanın küncündə müşahidə kameraları.
Nəzarət, müşahidə və ya nəzarət-izləmə — insanları təsir altına almaq, idarə etmək, yönləndirmək və ya mühafizə etmək məqsədilə davranışların, fəaliyyətlərin və ya digər dəyişən məlumatların izlənilməsi prosesi.
Bura məsafədən elektron avadanlıqlar vasitəsilə və ya elektron şəkildə ötürülən məlumatların tədqiqi yolu ilə aparılan müşahidələr daxildir. Həmçinin, bura kəşfiyyat agentləri və poçt yazışmalarının ələ keçirilməsi kimi sadə və ya nisbətən aşağı texnoloji metodlar da aid edilə bilər.
Müşahidə hökumətlər tərəfindən kəşfiyyat məlumatlarının əldə edilməsi, cinayətkarlığın qarşısının alınması, müəyyən bir prosesin, şəxsin, qrupun və ya obyektin mühafizə edilməsi, yaxud törədilmiş cinayətlərin tədqiqi üçün istifadə olunur.
Növləri
Elektron müşahidə: CCTV kameraları, telefon dinləmələri və GPS izləmə. Məlumat müşahidəsi (): İnternet trafiki, bank əməliyyatları və sosial media fəaliyyətlərinin monitorinqi. Bioloji müşahidə: Biometrik məlumatlar (barmaq izi, üz tanıma) vasitəsilə şəxsiyyətin müəyyənləşdirilməsi.
Nəzarətin formaları
Şəraitdən asılı olaraq nəzarət aşağıdakı formalarda həyata keçirilə bilər: Gizli qeyri-aşkar müşahidə — əməliyyat müvəkkilinin öz iştirakını müşahidə obyektindən tamamilə gizlətdiyi şərait. Şifrlənmiş qeyri-aşkar müşahidə — əməliyyat müvəkkilinin obyektə yaxın məsafədə olduğu, öz iştirakını gizlətmədiyi, lakin hərəkətlərini obyektdə şübhə doğurmayan bəhanələrlə (maskalanma) pərdələdiyi şərait.
Texniki təchizatına görə qeyri-aşkar müşahidə iki yerə bölünür: Texniki müşahidə, video və səs yazan vasitələrdən istifadə etməklə; Texniki vasitələrdən istifadə etmədən.
Təşkilati formasına görə xarici müşahidə stasionar, mütəhərrik (hərəkətli) və zonal (mərhələli-ərazi) hissələrə ayrılır. Xarici müşahidənin iki əsas üsulu mövcuddur: Müşayiətedici müşahidə — obyektin davranışına onun arxasından nəzarət edilir (həm piyada, həm də avtonəqliyyatla hərəkət zamanı). Qarşıdan gələn müşahidə — obyektin hərəkət marşrutu boyu və ya görünmə ehtimalı olan yerlərdə onun önündəki mövqelərdən aparılan müşahidə.
Müşahidə zamanı tətbiq edilən bəzi xüsusi fəndlər: "Zəncir" () — əməkdaşların ifşa olunmamaq üçün müəyyən məsafə saxlayaraq bir-birinin ardınca obyekti izləməsi və vaxtaşırı yerlərini dəyişməsi. "Haça" () — obyektin eyni vaxtda bir neçə tərəfdən müşahidə edilməsi. "Liderlik" () — obyektin avtomobilindən müəyyən məsafə öndə gedən əməliyyat avtomobili vasitəsilə aparılan müşahidə. Paralel küçələrlə müşahidə, qabaqlama və s.
Tarixi
Məlumat əldə etmək metodu kimi nəzarət qədim dövrlərdən bəri mövcuddur.
Rusiya imperiyasında gizli nəzarət rəsmi olaraq XIX əsrin ikinci yarısında qəbul edilmiş Normativ-hüquqi aktlarla müəyyən edilmişdir. Əvvəllər bu funksiya ümumilikdə Rusiya İmperiyası Polis Departamentinin üstünə düşürdü. Polisin cinayət-axtarış və mühafizə bölmələrinin yaradılması ilə bu məqsədlər üçün xüsusi şəxslərin ayrılması ehtiyacı yaranmışdı, çünki ştatda olan agentləri istənilən şəxs üzdən tanıyırdı. Beləliklə, filyorlar institutu meydana gəlmişdir.
SSRİ-də xarici müşahidə xidməti dövlət təhlükəsizlik orqanlarının yarandığı ilk vaxtlardan mövcud idi. 1954-cü ildən xarici müşahidə xidməti SSRİ DTK-nın 7-ci İdarəsinin tərkibinə daxil edilmişdi. 1938-ci ildə cinayət axtarışının da öz xarici müşahidə xidməti yaradılmışdı. SSRİ Daxili İşlər Nazirliyində xarici müşahidə xidmətinə SSRİ DİN-in 7-ci İdarəsi kuratorluq edirdi. 1991-ci ildə Rusiyada regional daxili işlər orqanlarının xarici müşahidə bölmələrinə rəhbərlik edən Rusiya DİN-in Əməliyyat-Axtarış İdarəsi (; Qısaca: ОПУ) yaradılmışdır.
İstinadlar
Əlavə ədəbiyyat siyahısı
Allmer, Thomas. (2012). Towards a Critical Theory of Surveillance in Informational Capitalism. Frankfurt am Main: Peter Lang (publisher). Andrejevic, Mark. 2007. iSpy: Surveillance and Power in the Interactive Era. Lawrence, KS: University Press of Kansas. Ball, Kirstie, Kevin D. Haggerty, and David Lyon, eds. (2012). Routledge Handbook of Surveillance Studies. New York: Routledge. Brayne, Sarah. (2020). Predict and Surveil: Data, Discretion, and the Future of Policing. New York: Oxford University Press. Browne, Simone. (2015). Dark Matters: On the Surveillance of Blackness. Durham: Duke University Press. Coleman, Roy, and Michael McCahill. 2011. Surveillance & Crime. Thousand Oaks, Calif.: Sage Publishing. Feldman, Jay. (2011). Manufacturing Hysteria: A History of Scapegoating, Surveillance, and Secrecy in Modern America. New York, NY: Pantheon Books. Fuchs, Christian, Kees Boersma, Anders Albrechtslund, and Marisol Sandoval, eds. (2012). "Internet and Surveillance: The Challenges of Web 2.0 and Social Media". New York: Routledge. Garfinkel Simson, Database Nation; The Death of Privacy in the 21st Century. O'Reilly & Associates, Inc. Gilliom, John. (2001). Overseers of the Poor: Surveillance, Resistance, and the Limits of Privacy, University Of Chicago Press, Haque, Akhlaque. (2015). Surveillance, Transparency and Democracy: Public Administration in the Information Age. University of Alabama Press, Tuscaloosa, AL. Harris, Shane. (2011). The Watchers: The Rise of America's Surveillance State. London, UK: Penguin Books Ltd. Hier, Sean P., & Greenberg, Joshua (Eds.). (2009). Surveillance: Power, Problems, and Politics. Vancouver, CA: UBC Press. Derrick Jensen (activist) and Draffan, George (2004) Welcome to the Machine: Science, Surveillance, and the Culture of Control Chelsea Green Publishing Company. Lewis, Randolph. (2017). Under Surveillance: Being Watched in Modern America. Austin: University of Texas Press. Lyon, David (1994). The Electronic Eye: The Rise of Surveillance Society. Minneapolis: University of Minnesota Press. Lyon, David (2001). Surveillance Society: Monitoring in Everyday Life. Philadelphia: Open University Press. Lyon, David (Ed.). (2006). Theorizing Surveillance: The Panopticon and Beyond. Cullompton, UK: Willan Publishing. Lyon, David (2007). Surveillance Studies: An Overview. Cambridge: Polity Press. Lyon, David (2018). The Culture of Surveillance: Watching as a Way of Life. Cambridge: Polity Press. Marx, Gary T. (2016) Windows into the Soul: Surveillance and Society in an Age of High Technology. Chicago: University of Chicago Press. Matteralt, Armand. (2010). The Globalization of Surveillance. Cambridge, UK: Polity Publisher. Monahan, Torin, ed. (2006). Surveillance and Security: Technological Politics and Power in Everyday Life. New York: Routledge. Monahan, Torin. (2010). Surveillance in the Time of Insecurity. New Brunswick: Rutgers University Press. Monahan, Torin, and David Murakami Wood, eds. (2018). Surveillance Studies: A Reader. New York: Oxford University Press. Parenti, Christian The Soft Cage: Surveillance in America From Slavery to the War on Terror, Basic Books, Petersen, J.K. (2012) Handbook of Surveillance Technologies, Third Edition, Taylor & Francis: CRC Press, 1020 pp., Staples, William G. (2000). Everyday Surveillance: Vigilance and Visibility in Post-Modern Life. Lanham, MD: Rowman & Littlefield Publishers. Yan, W. (2019). Introduction to Intelligent Surveillance: Surveillance Data Capture, Transmission, and Analytics . Springer Publishers.
Ümumi məlumatlar (Volume 66, Number 3, July–August) ACLU, "The Surveillance-Industrial Complex: How the American Government Is Conscripting Businesses and Individuals in the Construction of a Surveillance Society" Balkin, Jack M. (2008). "The Constitution in the National Surveillance State", Yale Law School Bibo, Didier and Delmas-Marty, "The State and Surveillance: Fear and Control" EFF Privacy Resources EPIC Privacy Resources ICO. (September 2006). "A Report on the Surveillance Society for the Information Commissioner by the Surveillance Studies Network". Privacy Information Center
Tarixi məlumatlar COINTELPRO—FBI counterintelligence programs designed to neutralize political dissidents Reversing the Whispering Gallery of Dionysius – A Short History of Electronic Surveillance in the United States
Qanuni mənbələr EFF Legal Cases Guide to lawful intercept legislation around the world
Xarici keçidlər
Kateqoriya:Nəzarət Kateqoriya:Təhlükəsizlik Kateqoriya:Milli təhlükəsizlik Kateqoriya:Cinayətkarlığın qarşısını alma Kateqoriya:Şəxsilik Kateqoriya:Polis metodları Kateqoriya:Hüquq-mühafizə Kateqoriya:Casusluq texnikaları Kateqoriya:Fransız dilində sözlər və ifadələr Kateqoriya:Münaqişə