Aqdəz (, , ) — Mərakeşin cənub-şərqində, Draa-Tafilalet vilayətinin Zaqora əyalətində şəhər. 2014-cü il əhali siyahıyalmasına görə 10.681 nəfərlik bir əhaliyə malik olan şəhər Atlas dağları üzərində, Kisən dağının ətəyində və Draa çayının sahilində yerləşir.

Toponimikası Aqdəz bərbər dilində "istirahət yeri" deməkdir.

Coğrafiya Aqdəz Varzazat şəhərindən , Zaqora şəhərindən isə uzaqlıqda yerləşir. Aqdəz Mərakeş və Timbuktu şəhərlərini birləşdirən tarixi bir karvan yolunun üzərində yerləşir.

Aqdəzin ən əhəmiyyətli coğrafi xüsusiyyəti Draa vadisinin ortasında və şəhərin şərqində yerləşən Kisən dağıdır.

Tarixi Aqdəz tarixən yerləşdiyi regionun önəmli bir iqtisadiyyat mərkəzi olmuşdur. Daha sonra 1970–1980-ci illərdə baş vermiş quraqlıq nəticəsində əhəmiyyətini itirmiş, şəhər əhalisinin əksər hissəsi Aqdəzi tərk etmişdir.

Ərəbistanlı Lourens filmi 1962-ci ildə burada çəkilmişdir.

Əhali

Qalereya

İstinadlar

Kateqoriya:Mərakeş şəhərləri